525.Az

"Terrorizm Ermənistanın dövlət siyasətinin tərkib hissəsidir"


 

"Terrorizm Ermənistanın dövlət siyasətinin tərkib hissəsidir"<b style="color:red"></b>

"Terrorizm Ermənistanın dövlət siyasətinin tərkib hissəsidir və Ermənistan Respublikası terroru dəstəkləyən dövlətdir".

Bu barədə APA-ya Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edən Hikmət Hacıyev Ermənistanın xarici işlər naziri E.Nalbəndyanın oktyabrın 24-də mətbuat konfransında səsləndirdiyi fikirlərini şərh edərək bildirib.
 
H.Hacıyev qeyd edib ki, Ermənistanın xüsusi xidmət orqanlarının bilavasitə dəstəyi və iştirakı ilə 80-ci illərin sonundan başlayaraq, Azərbaycana qarşı 30-dan artıq terror-təxribat əməli törədilib: “Bu terror əməllərinin Ermənistanın xüsusi xidmət orqanları tərəfindən törədilməsi əməliyyat-istintaq yolları ilə tam şəkildə sübut olunub.  19 mart və 3 iyul 1994-cü il tarixində Bakı metrosunda Ermənistanın xüsusi xidmət orqanları tərəfindən törədilmiş terror aktları ilə məhz Ermənistan dünyada metro nəqliyyatında terrorun əsasını qoyub.  Ermənistan xüsusi xidmət orqanlarının bu ənənələri əsasında 10 il sonra Madrid və London metrolarında terror aktları törədilib”.
 
XİN rəsmisinin sözlərinə görə, Ermənistan dünyada yeganə ölkədir ki, faşist müharibə cinayətkarı “general  Dro” və qatı terrorçu Monte Melkonyan Ermənistanın milli qəhrəmanları elan edilib və onların şərəfinə Yerevanda abidələr qoyulub: “Dünyada terrorizmə qarşı mübarizədə “erməni terrorizmi” (Armenian terrorism) və onun “modus operandi”si xüsusi bir sahə kimi öyrənilir. Tarixdən danışan Ermənistan xarici işlər nazirinə XİX əsrdən başlayan daşnak erməni terrorizmi, hələ Çar Rusiyasının 12 iyun 1903-cü il tarixli qərarı, beynəlxalq terrorun tərkib hissəsi olan və Ermənistanın xüsusi xidmət orqanlarının tərkibinə keçən ASALA terrorunu xatırlatmaq lazımdır”.
 
“Azərbaycan Respublikası bu gündə Ermənistan tərəfindən dövlət səviyyəsində aparılan terrorizm və beynəlxalq terrorizmlə üz-üzədir və Azərbaycanın beynəlxalq terrorizmə qarşı mübarizədə verdiyi töhfələri dünya birliyi tərəfindən layiqincə qiymətləndirilir”, deyə H.Haciyev vurğulayıb.  

 





26.10.2014    çap et  çap et