525.Az

İpoteka kreditlərinin məbləği artırılacaq


 

İpoteka kreditlərinin məbləği artırılacaq<b style="color:red"></b>

Azərbaycan İpoteka Fondunun (AİF) xətti ilə verilən güzəştli (sosial) ipoteka kreditlərinin maksimum məbləği artırılacaq. 

APA-nn məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankının sədr müavini Alim Quliyev bildirib. Onun sözlərinə görə, artıq AMB sosial ipoteka kreditlərinin məbləğinin artırılması ilə bağlı təkliflərlə Nazirlər Kabinetinə müraciət edib. Təkliflərə görə, kreditin maksimum məbləğinin indiki 35 min manatdan 50 min manata qədər artırılması nəzərdə tutulur.

A.Quliyev bildirib ki, AİF xətti ilə verilən kommersiya ipoteka kreditləri üzrə də kreditin maksimum məbləğinin artırılması nəzərdə tutulur.

Xatırladaq ki, hazırda kommersiya ipoteka kreditlərinin maksimum məbləği 50 min manat təşkil edir.

 





14.11.2012    çap et  çap et