525.Az

Hərbçilərimiz beynəlxalq tədbirlərdə iştirak edəcəklər


 

Hərbçilərimiz beynəlxalq tədbirlərdə iştirak edəcəklər<b style="color:red"></b> Silahlı qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirdə iştirak edəcəklər.
 
Müdafiə Nazirliyindən 525.az-a verilən məlumata görə,oktyabrın 28-dən 30-dək Budapeşt şəhərində İlkin tibbi yardım zabitlərini hazırlayan təlimatçılar üçün simpozium və Doha şəhərində (Qətər) "Yırtıcı Şahin – 2015" təliminin əsas planlaşdırma konfransı keçiriləcək.
 
Tədbirlərdə Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələrinin iştirak edəcəyi nəzərdə tutulub.
 





27.10.2014    çap et  çap et