525.Az

Bakı-Bişkek-Bakı istiqaməti üzrə müntəzəm aviareyslər açılıb


 

Bakı-Bişkek-Bakı istiqaməti üzrə müntəzəm aviareyslər açılıb<b style="color:red"></b> “Azərbaycan Hava Yolları” QSC (AZAL) Bakı-Bişkek-Bakı istiqamətindən birbaşa aviareysləri yerinə yetirməyə başlayıb.
 
AZAL-dan “APA-Economics”ə verilən məlumata görə, Bişkekə yola düşən nümayəndə heyətinə deputat Fəttah Heydərov, Qırğızıstanın Azərbaycanda müvəqqəti işlər vəkili Ayciqit Buranov, habelə Azərbaycandakı qırğız diasporasının üzvləri daxildir.
 
AZAL-ın mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərli bildirib ki, Bişkek AZAL-ın təyyarələrinin uçacağı 38-ci şəhər olacaq. Onun sözlərinə görə, reyslər “A-320” sərnişin tipli təyyarələrdə yerinə yetirilir: “Biletlərin satış qiymətləri 386 manatdan başlayır”.
 
Qeyd edək ki, Bakı-Bişkek-Bakı istiqamətində müntəzəm uçuşlar həftədə iki dəfə olmaqla, çərşənbə axşamı və bazar günləri yerinə yetiriləcək.
 





27.10.2014    çap et  çap et