525.Az

Sürücülər, ustalar, dayələr, bağbanlar və mühafizəçilər də vergi verəcəklər


 

Sürücülər, ustalar, dayələr, bağbanlar və mühafizəçilər də vergi verəcəklər <b style="color:red"></b>

Azərbaycanda vergi orqanları iqtisadi fəal əhali kateqoriyasına aid edilən və fərdi əmək fəaliyyəti ilə məşğul olan şəxslərin vergi uçotuna alınması istiqamətində tədbirləri davam etdirir.

 
Vergilər Nazirliyindən APA-ya verilən məlumata görə, aparılan təhlillər zamanı müəyyən edilib ki, bəzi xidmət növlərini fərdi qaydada həyata keçirən şəxslər (şəxsi və ya ailə sürücüləri, qulluqçular, bağbanlar, mühafizəçilər, ustalar, dayələr və s.) vergi orqanlarında uçota durmadan fəaliyyət göstərir və bununla da vergiləri dövlət büdcəsinə ödəməkdən yayınırlar.
 
Nazirliyin apardığı nəzarət tədbirləri nəticəsində 2012-ci ilin yanvar-oktyabr ayları ərzində vergi orqanlarında uçota durmadan fəaliyyət göstərən 1 830 nəfər belə şəxsə qarşı 73,2 min manat məbləğində maliyyə sanksiyası tətbiq edilib. Hazırda vergi orqanları tərəfindən belə vətəndaşlara yazılı bildirişlər göndərilir, çağırışlar edilir, qanunvericiliyin tələbi və vergi orqanlarında uçota durmağın vacibliyi onlara izah olunur.
 
«Vergilər Nazirliyi bir daha xəbərdarlıq edir ki, işçilərin əmək müqaviləsi olmadan işlərin görülməsinə cəlb edilməsi hallarının qarşısı gələcəkdə də qətiyyətlə alınacaq», - deyə məlumatda bildirilir.
 

 





14.11.2012    çap et  çap et