525.Az

Nazirə yumurta atdılar (VİDEO)


 

Nazirə yumurta atdılar<b style="color:red"> (VİDEO)</b>

Türkiyənin mədəniyyət və turizm naziri Ərtuğrul Günay tələbələrin hücumuna məruz qalıb.
 
Nazir Bursa şəhərində Uludağ universitetində mədəniyyət mərkəzinə daxil olarkən, bir qrup tələbə ona yumurta atmağa başlayıb. Tələbələr "Bizim mədəni dəyərlərimizi məhv edir" şüarı səsləndiriblər.

Etirazçılara müdaxilə edən təhlükəsizlik qüvvələri 5 tələbəni saxlayıb. Polis tələbələrin danışmaması üçün onların ağzını tutub və güclə polis avtobusuna mindirib.

Qeyd edək ki, tələbələrin nazir Ərtuğrul Günaya hücum etməsinə onun "Muradiyyə Külliyyatı"nın yenidənbərpası layihəsini başlatması səbəb olub.

 





14.11.2012    çap et  çap et