525.Az

Jurnalistlər cəbhə bölgələrində olublar - Fotoreportaj


 

Jurnalistlər cəbhə bölgələrində olublar - <b style="color:red">Fotoreportaj</b>

Oktyabrın 23- Təhsil Nazirliyinin təşkilatçılığı Müdafiə Nazirliyinin dəstəyi ilə birgə təşkil etdiyi səfər çərçivəsində KİV nümayəndələri Tovuz rayonunun Hacallı kəndindəki Milli Qəhrəman Qasım Rzayev adına tam orta məktəbdə olublar.
 
Qeyd edək ki, ikigünlük səfər çərçivəsində 30-dan çox KİV nümayəndəsi Tovuz rayonunun Hacallı, Qazax rayonunun Aslanbəyli Çaylı kənd tam orta məktəbləri ilə tanış olublar, bölgədəki hərbi hissələrin birində əsgər zabitlərlə görüşüblər. Səfərin təşkilində məqsəd ölkəmizdə informasiya təhlükəsizliyinin qorunması ictimaiyyətin düzgün məlumatlandırılması işində kütləvi informasiya vasitələrinə şərait yaratmaqdan ibarətdir.

 

Jurnalistlər Tovuz rayonu Q.Rzayev adına Hacallı kənd tam orta məktəbi ilə tanış olublar. Məktəbdə 48 müəllim 24 texniki işçi çalışır hazırda 437 şagird təhsil alır. Ermənistanla sərhəddə yerləşən Q.Rzayev adına Hacallı kənd tam orta məktəbində 2012-2013- dərs ilində 445 nəfər şagird təhsil alıb, I sinifdə 36 nəfər, XI sinifdə 28 nəfər şagird oxuyub. Onlardan 4 nəfəri ali məktəbə, 3 nəfəri kollecə daxil olub. 2013-2014- dərs ilində məktəbdə ildə 455 şagird oxuyub: 54 nəfər I sinfə qəəbul olunub, 37 nəfər XI sinfi bitirib onların 9 nəfəri ali mıktəbə, 3 nəfəri kollecə daxil olub. Hazırda məktəbin XI sinfində 43 nəfər, I sinfində 37 nəfər təhsil alır. Son 5 il ərzində məktəbin məzunlarından 24 nəfər müxtəlif istiqamətli ali hərbi məktəblərə hərbi liseylərə qəbul olub. Hacalı məktəbinin direktoru Mehriban Rüstəmova qeyd edib ki, erməni postundan atılan qəlpələr lövhəyə dəyib. “Bu hadisə avqust ayında olduğu üçün heç bir fəsad olmayıb. Atışma olduğu müddətdə biz şagirdləri kolidorlarda yerləşdiririk. Onların təhlükəsizliyini təmin edirik. Cəbhə bölgəsində olmağımıza baxmayaraq biz təhsilimizi davam edirik. Hər zaman təhlükədə olsaqda son 5 ildə bizim məktəbin şagirdləri hərbi akademiya, liseylərə başqa ali məktəblərə qəbul yüksəkdir. Hal-hazırda 437 şagird oxuyur. 350 yerlik, 34 sinif otagimiz var. 11-ci siniflərdə 43 şagird təhsil alır”.

 

Tovuz Rayon Təhsil Şöbəsinin müdiri Validə Hüseynova bildirib ki, rayon ümumi təhsil müəssisələrinin 40 faizindən çoxu Ermənistanla sərhəd ərazilərdə yerləşir müntəzəm olaraq düşmən tərəfindən atəşə məruz qalır. Lakin buna baxmayaraq, həmin tədris ocaqlarının normal fəaliyyəti qorunub saxlanılır. Təsadüfi deyil ki, ilbəil rayon məktəbləri nailiyyətlərini artırır məzunların ali məktəblərə qəbulu göstəriciləri yüksəlir.

 

Daha sonra jurnalistlər Qazax rayonu Aslanbəyli kənd orta məktəbində 2012-2013- dərs ilində 421 nəfər şagird təhsil alıb. Onların təlim-tərbiyəsi ilə 44 nəfər müəllim məşğul olub. Məktəbin direktoru Dilqəm Məmmədovun sözlərinə görə, hazırda məktəbdə 412 nəfər şagird təhsil alir, 44 müəllim fəaliyyət göstərir.

Məktəbdə
təyinatla 3 nəfər müəllim çalışır. Onlar Ağstafa Qazax rayonlarından ezam olunublar. “Məktəbimizin 28 nəfər yetirməsi müharibədə həlak olub. Daha sonra o deyib ki, bu il məktəbdən 45 məzun olub onlardan 9 nəfər tələbə adını qazanıb. Ali məktəblərə 5 nəfər,kolleclərə isə 4 nəfər daxil olub. Bu il məktəbimizdən bir nəfər 594 balla Neft Akademiyasina 1 nəfər isə 546 bal toplayaraq tehsil alırlar. 2 nəfər isə ali hərbi məktəbdə təhsil alır. 36 hərbiçi 24 şəhid məktəbin məzunları olub. Direktor bildirib ki, gün ərzində mütəmadi olaraq güllə səsləri eşidirik, gecələr atışma daha çox olur. Lakin atışmanın dərsə davamiyyətinə heç bir təsiri olmur. Bütün bunlara baxmayaraq kənd sakinləri düşmənə qarşı əzmkarlıq göstərirlər. Onlar asanlıqla minadan qorunma qaydalarına əməl edirlər.

 

Jurnalistlər Qazax rayonu Çaylı kənd orta məktəbində olublar. Çaylı kənd 2 saylı tam orta məktəbində 2012-2013- dərs ilində 532 nəfər şagird təhsil alıb. Onların təlim-tərbiyəsi ilə 97 nəfər müəllim məşğul olub. Məktəbin XI sinfini 54 nəfər bitirib. Ali məktəblərə 18 nəfər qəbul olub. Ali Hərbi Akademiyaya 2 nəfər qəbul olub. 2013-2014- dərs ilində məktəbdə 527 şagird təhsil alıb. XI sinfi 49 nəfər bitirib. 17 nəfər ali məktəblərə qəbul olub.

 

Səfərin məqsədi əhəmiyyəti barədə fikirlərini bildirən Təhsil Nazirliyinin QHT KİV- sektorunun müdiri Cəsarət Valehov Hacallı kənd tam orta məktəbinin nailiyyətləri məzunların ali məktəblərə qəbulu göstəricilərini nəzərə çatdırıb. C.Valehov qeyd edib ki, bu təhsil müəssisəsini bitirən məzunların 30 faizindən çoxu müxtəlif universitetlərə, o cümlədən hərbi ali məktəblərə qəbul olunublar. Daha sonra media nümayəndələri digər qonaqlar Qərb bölgəsindəki hərbi hissədə olub, Hacallı kənd tam orta məktəbinin X XI sinif şagirdlərinin əyani Gənclərin çağırışaqədərki hazırlığı dərsini izləyiblər. Hərbi hissənin zabit əsgərləri döyüş silahları hərbi sursatdan istifadə qaydaları haqqında şagirdlərə məlumat verib, onların tətbiqini əyani şəkildə nümayiş etdiriblər.

 

Vəfa MƏMMƏDLİ
 





27.10.2014    çap et  çap et