525.Az

Tarixi qurultay başa çatdı


 

Tarixi qurultay başa çatdı<b style="color:red"></b>

82 milyon üzvü olan Çin Kommunist Partiyasının yeni rəhbərliyinin müəyyənləşdiyi tarixi qurultay başa çatıb.

525.az-ın TRT-yə istinadən verdiyi məlumata görə, 2200 nümayəndənin iştirak etdiyi 18-ci qurultayın sonunda prezident və Çin Kommunist Partiyasının baş katibi Xu Cintao çıxış edib. Cintao yaşlı liderlərin gənclərlə əvəzləndiyini söyləyib.

Kommunist Partiyası Mərkəzi Komitəsinin 24 üzvünün hamısı yenidən seçilib. Komitə sabah Siyasi Büro üzvlərinin adlarını açıqlayacaq. "Politbüro" üzvlərinin sayının 9-dan 7-yə düşürülməsi gözlənilir. Mərkəzi Komitənin qərarlarında bəzi ilklər də ola bilər. Məsələn, əvvəlki müddətdə Mərkəzi Komitənin üzvü olan Liu Yandonq "Politbüro" üzvlüyünə gətirilə bilər. Bu reallaşarsa, Çin tarixində ilk dəfə bir qadın ölkəni idarə edən komandaya daxil olacaq.

Komitənin açıqlayacağı başqa bir qərar isə vitse-prezident Si Jinpinqin Xu Cintaonun yerinə partiyanın baş katibliyinə seçilməsi ilə bağlı olacaq. Bundan sonra - gələn ilin martında isə Jinpinq ölkə prezidenti olacaq. Baş nazirin müavini Li Keçianq isə baş nazir vəzifəsinə gətiriləcək.

 





14.11.2012    çap et  çap et