525.Az

Xankəndində Dilqəm Əsgərov və Şahbaz Quliyevin “məhkəmə”si başlayıb


 

Xankəndində Dilqəm Əsgərov və Şahbaz Quliyevin “məhkəmə”si başlayıb<b style="color:red"></b> Xankəndində ermənilər tərəfindən girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyev üzərində “məhkəmə” başlayıb.
 
APA-nın “news.Am”a istinadən verdiyi məlumata görə, girovların müdafiəçiləri kimi separatçı rejim tərəfindən təyin olunmuş “vəkillər” Erik Beqlaryan və Arkadi İsraelyan “proses”ə çıxıblar.
 
Separatçılar tərəfindən irəli sürülən iddiaya görə, Ş. Quliyev, D. Əsgərov və Ermənistan hərbçiləri tərəfindən öldürülmüş Həsən Həsənov silah və hərbi sursatla 2014-cü il iyunun 29-da “qanunsuz şəkildə sərhədləri keçib və kəşfiyyat xarakterli fəaliyyətlə məşğul olublar”.
 
Onlar iyulun 4-də Smbat Mexakoviş Tsakanyan adlı yeniyetmənin öldürülməsində də ittiham olunurlar.
 





27.10.2014    çap et  çap et