525.Az

Özlərini müfəttiş kimi təqdim edən şəxslər taksi sürücüsünə hücum edib (VİDEO)


 

Özlərini müfəttiş kimi təqdim edən şəxslər taksi sürücüsünə hücum edib<b style="color:red"> (VİDEO)</b>

Ötən gün gecə saat 1 radələrində Nizami rayonunun Babək prospektində Məmmədov Fəxrəddin İsrafil oğluna bir qrup şəxs hücüm edib.

Zərərçəkənin bildirdiyinə görə, prospektlə "Mersedes" markalı 10 NF- 772 nömrə nişanlı maşını ilə hərəkət edərkən özünü Nəqliyyat Nazirliyinin müfəttişləri kimi təqdim edən 4 nəfər avtomobili saxlatdıraraq maşına əyləşiblər.

Sürücüdən sənədlərini təqdim etməsini tələb ediblər. Sürücü onlardan Nəqliyyat Nazirliyinin müfəttişi olmaları barədə sənəd təqdim etmələrini tələb edəndə sürücüyə qarşı zor tətbiq etməklə bədəninə xəsarətlər yetiriblər. Sürücü iddia edir ki, özlərini Nəqliyyat Nazirliyinin müfəttişi kimi təqdim edən şəxslər ona maşınında olan küllü miqdarda pul vəsaitini və evinin açarını götürməyə imkan verməyiblər.

Sürücü Fəxrəddin İsrafilov: “Mən onlardan sənəd tələb edəndə məni döydülər, maşından yerə atdılar. Maşınımda 530 dollar və 1260 manat pul var idi. Evimin açarlarını da götürməyə icazə vermədilər.

Çəkiliş qrupumuzla birgə maşının saxlandığı cərimə meydançasına gedən sürücü meydançada maşına baxış keçirən zaman ona məxsus sənədlərin yerində olmasına baxmayaraq, maşında olan küllü miqdarda pulun yerində olmadığını iddia edib.

Nəqliyyat Nazirliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Namiq Həsənov isə baş verən hadisədən xəbərsiz olduğunu, məsələnin araşdırılmalı olduğunu bildirmişdir. Onun sözlərinə görə, müfəttişlərin günahı varsa, onlar cəzalandırılacaqlar.

Xatırladaq ki, Nəqliyyat Nazirliyinin müfəttişləri ilə taksi sürücüləri arasında tez-tez belə münaqişələr baş verir. Mübahisələr zamanı hətta ölüm halı da qeydə alınıb.

ANS Press

 





14.11.2012    çap et  çap et