525.Az

“İran-Ermənistan sərhədində SES inşasının Qarabağ münaqişəsi ilə heç bir əlaqəsi yoxdur”


 

“İran-Ermənistan sərhədində SES inşasının Qarabağ münaqişəsi ilə heç bir əlaqəsi yoxdur”<b style="color:red"></b>

İranın Azərbaycandakı səfirliyinin mətbuat katibi Seyyid Məhəmməd Ayətullahi İran – Ermənistan sərhədində inşa olunan su elektrik stansiyası ( SES) barədə qəzetlərdə gedən materiallara aydınlıq gətirib.

APA-nın məlumatına görə, mətbuat katibi bildirib ki, iki hissədən ibarət olan bu SES, İran-Ermənistan sərhədi istiqamətində, Araz çayının Ermənistan-Naxçıvan Muxtar Respublikası sərhəd nöqtəsindən sonrakı və Azərbaycanın işğal olunmuş ərazilərinə çatmamış hissəsində inşa edilir və Qarabağ bölgəsi ilə heç bir əlaqəsi yoxdur.
 
“Araz çayının suyu SES-in turbinlərini çalışdırdıqdan sonra yenidən Araz çayına qayıdacaq və bu da çayın suyunun azalmasına yaxud da suyun çirklənməsinə heç bir təsir göstərməyəcək. Ermənistanın “Mehri” adlanan ərazisində və İran İslam Respublikasının “Qaraçılar” ərazisində iki SES-in inşa layihəsi İran Energetika Nazirliyi tərəfindən hazırlanmışdır. İran-Ermənistan-Naxçıvan müştərək sərhəd nöqtəsində “Mehri” layihəsinin icrası çərçivəsində 130 meqavat gücündə olan SES-in işə salınması üçün suyun 18 kilometrlik kanala axıdılması nəzərdə tutulub. Başqa hissədə isə İranın “Qaraçılar” adlanan ərazisində Ermənistanla olan müştərək sərhəddə “Qaraçılar” SES-in işə salınması üçün suyun 17 kilometr uzunluğunda olan kanala axıdılması nəzərdə tutulur”.

 





14.11.2012    çap et  çap et