525.Az

Gənclər siyasəti üzrə Birinci Qlobal Forum öz işinə başlayır


 

FORUMDA 156 ÖLKƏDƏN 700 NƏFƏR QONAĞIN İŞTİRAKI NƏZƏRDƏ TUTULUB

Gənclər siyasəti üzrə Birinci Qlobal Forum öz  işinə başlayır<b style="color:red"></b>

Gənclər İdman Nazirliyində nazir müavini İntiqam Babayev bu gün keçirilən Gənclər siyasəti üzrə Birinci Qlobal Forumdan əvvəl media nümayəndələri ilə görüş keçirib.

"525"in məlumatına görə, bu forumun gənclər siyasəti üzrə 21-ci əsrin ən böyük tədbiri olduğunu bildirən nazir müavini İ.Babayev qeyd edib ki, daha əvvəl BMT tərəfindən keçirilən böyük tədbir 1998-ci ildə Lissabonda baş tutub. O, bildirib ki, keçən əsrə aid olan tədbir "Gənclər nazirlərinin konfransı" adlanıb: "Lissabon konfransının həm ölkə, həm iştirakçı sayına görə, Bakı forumundan daha az əhatə dairəsi olub. Ancaq həmin tədbir qlobal əhəmiyyətə malik olub. Çünki həmin il Beynəlxalq gənclər günü təsis olunub. Hesab edirəm ki, bu forum beynəlxalq gənclər siyasətində özünə layiq yer tutacaq. Çünki bu tədbirin əsas məqsədi ölkələrdə mövcud olan gənclər siyasətləri arasına təcrübə mübadiləsi aparmaq, hansı ölkələrdə bu sahədə boşluq, zəiflik varsa, onlara öz təcrübəmizlə dəstək verməkdən ibarətdir. Eyni zamanda, gənclər sahəsi üzrə dünya miqyaslı ekspertlər bir araya gələrək, növbəti mərhələ üçün BMT səviyyəsində tövsiyələr hazırlayacaqlar. Çünki keçən dövr ərzində - 1998-ci ildən bu günə qədər olan uzun müddəti nəzərə alaraq, yeni rəqəmlər müəyyənləşdirilməlidir. Qloballaşan dünyada çox qısa bir zamanda dəyişikliklər baş verir".

İ.Babayev qeyd edib ki, tədbirdə iştirak üçün 194 ölkəyə dəvət göndərilsə , Ermənistan da daxil olmaqla bir neçə dövlət tədbirdə təmsil olunmur: "Forumda 156 ölkədən 700 nəfər qonağın iştirakı nəzərdə tutulub. Müxtəlif ölkələrdən olan nümayəndə heyətlərinin ölkələrində gənclər siyasətini həyata keçirən dövlət qurumlarının rəhbərləri onların müavinləri, eyni zamanda aparıcı gənclər təşkilatlarının sədrləri, beynəlxalq səviyyədə gənclər siyasəti üzrə mütəxəssislər beynəlxalq təşkilatların - Avropa Şurası, BMT-nın müxtəlif strukturlarının nümayəndələri iştirak edir".

Nazir müavini bildirib ki, bu forum dövlət başçısı cənab İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiq olunan Azərbaycan hökuməti ilə BMT-nin inkişaf proqramı arasında "Qlobal siyasi müzakirələrdə gənclərin iştirakının dəstəklənməsinə dair geniş platformaların yaradılması" haqqında beynəlxalq sənəd çərçivəsində keçirilir: "Azərbaycan hökuməti BMT-nin gənclər üzrə elçisinin siyasətinə dəstək verir. Hesab edirəm ki, bu şəkildə davam olunacaq".

İ.Babayev qeyd edib ki, gənclərin maraq dairəsi, problemləri hədəfləri forumun müzakirə mövzusu olacaq. Onun sözlərinə görə, 3 gün ərzində keçiriləcək forumda "Təhsil", "Məşğulluq sahibkarlıq", "Urbanizasiya", "Səhiyyə", "Gender bərabərliyi", "Sülh təhlükəsizlik", "Nəsillər mədəniyyətlərarası dialoq" başqa sahələr üzrə müzakirələr aparılacaq: "20-dən artıq mövzu var ki, onlar 3 gün ərzində müzakirə olunmalıdır. Son nəticə olaraq, gələcək dövr üçün tövsiyə xarakterli yekun sənədin qəbul olunması gözlənilir. Məqsəd oxşar şəkildə həmin təlimatların digər ölkələrdə tətbiq olunmasıdır. Əlbəttə ki, belə bir təcrübə yoxdur ki, başqa ölkə həmin müddəaları tam şəkildə tətbiq etmək arzusunda olsun. Hər bir ölkənin, o cümlədən Azərbaycanın öz hədəfləri, milli mənafeyi maraqları var. Ancaq ümumi modullar gənclər siyasəti çərçivəsində reallaşmalıdır".

Bir ara bəzi mətbuat orqanlarında Ebola xəstəliyi yayılan ölkələrdən imtina edildiyinə həmin ölkə vətəndaşlarına qarşı embarqo qoyulduğuna dair yanlış əsassız məlumatların getdiyini deyən nazir müavini qeyd edib ki, narahatlığa heç bir əsas yoxdur: "Səhiyyə Nazirliyi forumun təşkilat komitəsində təmsil olunur. Sözügedən nazirlik tam məsuliyyətlə bildirib ki, ölkəmizdə virus əleyhinə profilaktik tədbirlər görülüb. İndi bütün dünyada hər kəs Ebola virusundan narahatdır. Biz iştirakçıların təhlükəsizliyi üçün bütün tədbirləri görmüşük, Ebola təhlükəsinə qarşı səhiyyə işçiləri təlimatlandırılıb. İştirakçılar hava limanında yoxlanılacaq. Biz heç bir problemin olmayacağına ümid edirik".

İ. Babayev diqqətə çatdırıb ki, Ebola virusu, eləcə dünyada baş verən digər məsələlərlə bağlı BMT-nin baş katibi Pan Ki Mun gərgin qrafiklə işlədiyinə görə, tərbirdə iştirak edə bilmir. O, bildirib ki, BMT-nin baş katibi iştirakçılara video müraciət ünvanlayıb.

Nazir müavini onu da əlavə edib ki, digər beynəlxalq tədbirlərdə olduğu kimi bu forumda da iştirak üçün kvota müəyyənləşdirilib. Onun sözlərinə görə, həmin kvotada hər ölkədən neçə nəfəri qəbul edə biləcəyimiz açıq şəkildə öz əksini tapıb. Ancaq bəzi ölkələrdən daha çox şəxsin qeydiyyatdan keçdiyini hər birinin Bakıya gəlməkdə israrlı olduğunu bildirən nazir müavini şərtləri pozmağın mümkün olmadığını deyib.

Qeyd edək ki, Gənclər siyasəti üzrə Birinci Qlobal Forum Azərbaycan Respublikasının Gənclər İdman Nazirliyi, BMT-nin inkişaf proqramı, BMT-nin gənclər üzrə elçisinin ofisi, YUNESKO Avropa Şurası tərəfindən keçirilir.

Ceyhun ABASOV

 





28.10.2014    çap et  çap et