525.Az

Xilaskar


 

Xilaskar <b style="color:red"></b>

"Qəhrəmanlar unudulmur" - deyirlər. Haqqında söhbət açacağımız qəhrəman da adını Azərbaycan tarixinə qızıl hərflərlə yazdırıb. Milli Qəhrəman Çingiz Babayev. O öz şücaəti ilə xeyli sayda insanı ölümdən xilas edərək qəhrəmancasına həlak olub. Qısa da olsa 19 il öncəyə, 1995-ci il oktyabrın 28- baş vermiş dəhşətli hadisənin tarixçəsinə nəzər salaq...

1995-ci il oktyabrın 28- Çingiz Babayev kursant yoldaşları ilə işdən qayıdarkən Bakı Metropoliteninin "Nəriman Nərimanov" "Ulduz" stansiyaları arasında hərəkət edən qatarda dəhşətli bir faciə baş verdi. Sürətlə hərəkət edən qatar qəflətən dayandı işıqlar söndü. Dərhal sonra isə qatarda yanğın başladı. Belə bir təhlükəli vəziyyətdə Çingiz özünü itirməyərək kursant dostları ilə insanları xilas etməyə çalışır. O, döşəməni sökərək adamları vaqondan çıxarmağa başlayır. Nəticədə xeyli sayda insanı ölümdən qurtarır, özü isə qəhrəmancasına həlak olur.

Ölümündən sonra göstərdiyi qəhrəmanlığa şücaətə görə baş leytenant Çingiz Babayevə Azərbaycan Milli Qəhrəmanı adı verildi.

Azərbaycan xalqının yeni bir qəhrəmanlıq salnaməsini yaradan Çingiz Babayev 1964- ildə Bakıda ziyalı ailəsində doğulub. O, 1968-ci ildə Azərbaycan Texniki Universitetini bitirdikdən sonra Azərelektroterm zavodunda əmək fəaliyyətinə başlayıb. Çingizin vətənə sonsuz sevgisi onu 1992-ci ilin avqustunda könüllü olaraq torpaqlarımızın müdafiəsi üçün cəbhəyə aparır o, erməni silahlı birləşmələrinə qarşı döyüşlərdə fəallığı ilə seçilir. 1994- ildə isə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin sərəncamı ilə baş leytenant Çingiz Babayev taqım komandirinin siyasi işlər üzrə müavini vəzifəsinə yüksəlir. Əmək fəaliyyətində qazandığı uğurlarla yanaşı Çingiz həm gözəl insan idi. Yaxınları onun yardımsevər, xeyirxah diqqətcil biri olduğunu söyləyirlər. Atası Adil Babayevin söylədiyi kimi Çingiz az yaşadı, lakin mənalı ömür sürdü.

Milli Qəhrəmanımızın atası, uzun illər dövlət qulluğunda məsul vəzifələrdə çalışmış Adil Babayev 19 illik faciənin ildönümü barədə öz fikirlərini bizimlə bölüşdü: "Çingizin ölümündən artıq 19 il ötüb. Hər il bununla əlaqədar olaraq müxtəlif tədbirlər keçirilir. Bu il artıq oktyabrın 24-dən etibarən tədbirlər keçirilməyə başlayıb. Çingiz əfsanəvi bir qəhrəmandır. O, insanları xilas edərkən özünü qurban verib. O bilirdi ki, həlak olacaq, lakin öz həyatını bir an belə düşünmədən xeyli insanı ölümdən qurtarıb. Sonda isə özü bu terrora qurban gedərək qəhrəmancasına həlak olub. Lakin bütün bu qəhrəmanlıqlara baxmayaraq hələ onun adı "Ulduz" metrostansiyasına verilməyib. 1997-ci ildə Bakı Metropolitenin rəhbərliyi, C.Naxçıvanski adına hərbi liseyin rəhbərliyi, Gənclər İdman Nazirliyi, Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Yasamal Rayon İcra Hakimiyyəti Nazirlər Kabinetinə "Ulduz" metrostansiyasına Çingizin adının verilməsi ilə bağlı müraciət ediblər. Nazirlər Kabinetindən isə müsbət rəy verildi. "Ulduz" stansiyasında Çingizin abidə kompleksi büstü qoyuldu, lakin 19 il keçməsinə baxmayaraq hələ bu məsələ həll olunmayıb. Bir ata kimi məni ən çox narahat edən budur. Çingizin adının əbədiləşdirildiyi günü görsəm rahat ölərəm".

Böyük ürək yanğısı, eyni zamanda qürurla qəhrəman oğlundan danışan ata Çingizlə bağlı xatirələrində oktyabrın 2- doğulsa da, adının məhz bu ayın 28- qoyulduğunu söyləyib. Ölümünün həmin gündə olması fələyin qədər acı bir təsadüfüdür Çingiz üçün.

Qəhrəmanımızın xilas etdiyi insanlarla maraqlanarkən xüsusi bir məqam diqqətimizi cəlb etdi. Çingizin şücaəti ilə qurtulan bir oğlanla qız müalicə aldıqları xəstəxanada tanış olaraq ailə həyatı qurublar. Bir övladları da var. Onlar hər il yenidən həyata qayıtmalarına səbəb olan qəhrəmanlarının məzarını ailəlikcə yad edirlər.

Qəhrəmanlıq yalnız bir yüksəliş deməkdir,
ulduzlar kimi parlayıb sönməməkdir.
Bunun üçün ölümə bir atılış gərəkdir,
Atıldıqdan sonra da bir daha dönməməkdir.

Qeyd olunmuş misralardakı kimi Milli Qəhrəmanımız Çingiz Babayev ölümə qorxmadan atıldı öz yolundan sonadək dönmədi. Bu ilin oktyabrında həmin dəhşətli faciənin 19-cu ildönümü tamam olur. Çingiz Babayevin isə 50 yaşı. Doğrudur, yaşasa idi 50 yaşı olacaqdı. Lakin o heç ölməyib. Yaşayır yaşayacaq da. Çingiz kimi qəhrəmanları yaşatmaq isə bizim gələcək nəsillərimizin borcudur. Ümid edək ki, Çingizin atası Adil müəllimin illərdir həsrətində olduğu arzusu həyata keçəcək qəhrəmanımızın xatirəsi əbədiləşdiriləcək. Axı qəhrəmanlar unudulmur!

Nigar SƏMƏDLİ

 





28.10.2014    çap et  çap et