525.Az

"Bu, Azərbaycana təzyiq üçün düşünülən addımlardan biridir"


 

MÜBARİZ ƏHMƏDOĞLU: "SARKİSYAN HƏDDİNDƏN ARTIQ HƏYASIZ ADAMDIR"

"Bu, Azərbaycana təzyiq üçün düşünülən addımlardan biridir" <b style="color:red"></b>

Dünən Fransada Dağlıq Qarbağ münaqişəsinin nizamlanması istiqamətində Azərbaycan Ermənistan prezidentlərinin iştirakıyla görüş keçirildiyi ərəfə , sülh danışıqlarını əsas mövzudan yayındırmaq həllini gecikdirmək məqsədi ilə azərbaycanlı girovların Xənkəndində qanunsuz məhkəmə işi ilə yanaşı, Vaşinqtonda "Freedom House" Soros Fondunun təşkilatçılığı ilə Azərbaycanda insan haqlarının vəziyyəti ilə bağlı müzakirələr baş tutub. Heç şübhəsiz ki, bu işdə erməni diasporunun əli var.

Bu barədə politoloq Mübariz Əhmədoğlu "525"ə açıqlamasında qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində danışıqlar prosesi 20 ildən artıq müddətdir davam etsə , bundan əvvəl keçirilən müzakirələrdə Paris görüşündəki kimi mükəmməl format ortalığa qoyulmayıb. Görüşün konsepsiyasının 4 variantdan ibarət olduğunu bildirən politoloq bu baxımdan, müzakirələrin çox yüksək səviyyədə təşkil olunduğunu bildirib. Buna baxmayaraq, Ermənistanın həmişəki oyununu davam etdirdiyini bildirən M.Əhmədoğlu qeyd edib ki, dinc yolla torpaqların geri qaytarılması üçün bütöv erməni milləti öz xarakterini dəyişməli, işğalçı mahiyyətindən uzaqlaşmalıdır.

Onun sözlərinə görə, iki azərbaycanlı girovun məhkəmə işini görüşün mahiyyətinə əngəl törətmək üçün eyni tarixə salıblar:  "Sarkisyanın məqsədi, əvvəldən məlum olduğu kimi danışıqların mahiyyətini dəyişmək idi. O, çalışırdı ki, tərəflər girovların məsələsini müzakirə etsinlər. Azərbaycanlılara Dağlıq Qarabağda məhkəmə qurmaq yerli, beynəlxalq qanunlara sığmayan bir addım idi. Ermənilər ən böyük qanunsuz əməllərdən birinə imza atıblar. Onlar yalnız bir məqsədlə bu cinayətə əl atıblar. Ancaq məhkəmənin nəticəsindən asılı olmayaraq, verilən qərar heç bir məna kəsb etmir".

Politoloq M.Əhmədoğlu qeyd edib ki, Vaşinqtonda keçirilən müzakirələrin mahiyyəti danışıqların istiqamətini dəyişmək, başqa mövzuların qabardılmasına yol açmaqdır: "Serj Sarkisyan hədsiz dərəcədə həyasız adamdır. Ö, ömru boyu çalışır ki, danışıqlar masasında əsas müzakirələrdən uzaq mövzular taparaq sülh prosesini uzatmağa cəhd etsin. Bu mövzulardan biri Azərbaycanda insan hüquqlarının pozulması məsələsidir. Onun sözlərinə inansaq, guya Ermənistan demokratiya nümunəsidir, Azərbaycan isə hüquq qaydaların pozulduğu ölkədir. Ona görə , Azərbaycanda anti-milli qurumlara, eləcə şəxslərə tapşırıqlar verilib. Vaşinqtonda keçirilən görüş sahibləri yəqin ki, çalışacaqlar ki, Fransua Ollanda müraciət etsinlər. Çünki Paris görüşü müsbət mənada uzun davamlı müzakirələrə yol açacaq. Bütün bu təxribatlar sülh danışıqlarına mane olmaq cəhdləridir. Bizə isə o lazımdır ki, "Böyük sülh sazişinin" imzalanması məsələsi gündəmdə olsun. Digər məsələlərin isə müzakirə mövzusuna çevrilməsi yalnız ermənilərin xeyrinədir".

"Vaşinqtonda "Freedom House" Açıq Cəmiyyət Fondunun (Soros Fondu - red)  Azərbaycanda insan haqlarının vəziyyəti ilə bağlı müzakirələr keçirməsi ənənəvi olaraq Azərbaycana təzyiq üçün düşünülən addımlardan biridir". Bu fikirləri isə "SİA"ya Böyük Qurtuluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa deyib.

Partiya sədri hesab edir ki, bu müzakirələrin Azərbaycan Ermənistan prezidentlərinin Paris görüşünə elə bir aidiyyatı yoxdur: "Azərbaycan Ermənistan prezidentlərinin görüşü Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi üçün növbəti görüşlərdən biridir. "Freedom House" Açıq Cəmiyyət Fondunun Azərbaycanda insan haqlarının vəziyyəti ilə bağlı müzakirələri Azərbaycana təzyiq üçün düşünülən addımdır. Bu müzakirələrin eyni gündə keçirilməsini təsadüf kimi qiymətləndirirəm".

Millət vəkili qeyd edib ki, Azərbaycanın əsas problemi Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsidir: "Bu məsələni prezident İlham Əliyev ən yüksək səviyyədə dünya ictimaiyyətinin diqqətinə çatdırır, danışıqlar prosesində ölkəmizin mövqeyini yüksək səviyyədə ifadə edir. Ona görə belə çağırışlar, gündəlikdir. İnsan haqları mövzusunda Azərbaycanın üzərinə gəlmək başqa mövzularda təzyiq etmək məqsədi güdür. Bura həm iqtisadi mənfəət əldə etmək, həm təzyiq aiddir. Ona görə , Azərbaycan öz yolu ilə getməli, bu kursu uğurla davam etdirməlidir".

Ceyhun ABASOV

 





28.10.2014    çap et  çap et