525.Az

Hüseyn qağadan yadigar şeir


 

Hüseyn qağadan yadigar şeir<b style="color:red"></b>

Filarmoniyada böyük şairimiz Hüseyn Arifin 90 illik yubileyində iştirak edirdim. Yadıma qəribə bir əhvalat düşdü...

1981-ci ildə mən filarmoniyada bir toplantıda rəyasət heyətində əyləşmişdim, Hüseyn Arif tamaşaçıların arasında idi. Məni aşağıya çağırdı, endim. Şairə çatanda o, həyəcanla dedi:

- Niyə qoymursan öldüyüm yerdə öləm.

Həyəcanlandım:

- Qağa, qələt eləmişəm? - dedim.

- eləyəcəksən, bu gecə sabaha qədər kitabındakı şeirləri oxuyub ağlamışam.

Əlini cibinə salıb yenicə çapdan çıxmış "Ağlı-qaralı" dünya kitabımı çıxartdı, göstərdi. Sonra bir vərəq yazı verib: - Cibinə qoy, - dedi - evdə baxarsan.

Evdə baxdım, gördüm mənə şeir həsr edib.

Bu şeir Hüseyn Arifin haqqında olan kitablara düşmədiyindən şairin öz əlyazmasında "525-ci qəzet"in oxucularına təqdim edirəm.

 





28.10.2014    çap et  çap et