525.Az

Millimiz Şimali İrlandiyaya qalib gələ bilmədi


 

Millimiz Şimali İrlandiyaya qalib gələ bilmədi<b style="color:red"></b>

"DÇ-2014"ün seçmə mərhələsi çərçivəsində millimiz bu axşam növbəti matçına çıxıb.

Qol.Az-ın məlumatına görə, Berti Foqtsun komandası səfərdə Şimali İrlandiyanın qonağı olub.

Rusiya ilə görüşdə matçın sonlarına yaxın 1 xalı əldən verən yığmamız bu dəfə səfərdən sərfəli nəticə ilə qayıtmaq niyyətində idi. Lakin oyunda hesabı açan millimiz son dəqiqədə qələbəni əldən verib - 1:1. 

Qeyd edək ki, Azərbaycan millisi seçmə mərhələdə növbəti matçını 2013-cü ilin mart ayında səfərdə Lüksemburqa qarşı keçirəcək. 

 





15.11.2012    çap et  çap et