525.Az

Bakıda Gənclər Siyasəti üzrə Birinci Qlobal Forum keçirilir


 

3 GÜN DAVAM EDƏCƏK FORUMDA DÜNYANIN 156 ÖLKƏSİNDƏN 700 NƏFƏRƏ YAXIN NÜMAYƏNDƏ İŞTİRAK EDİR

Bakıda Gənclər Siyasəti üzrə Birinci Qlobal Forum keçirilir<b style="color:red"></b>

Dünən Bakıda Gənclər Siyasəti üzrə Birinci Qlobal Forum öz işinə başlayıb.

Açılış mərasimində BMT baş katibinin gənclər üzrə elçisi Əhməd Əlhəndavi çıxış edərək forumun əhəmiyyətindən danışıb. O bildirib ki, bu forum yaxın gələcəkdə öz müsbət nəticəsini verəcək:

"
Azərbaycanda infrastruktur inkişaf edir. Gənclər siyasətinə xüsusi diqqət yetirilir. Ölkənizdə gənclərin müxtəlif sahələrə yönləndirildiyinin, onların bilik bacarıqlarının artırılması üçün müxtəlif tədbirlər həyata keçirildiyinin şahidi oldum". BMT nümayəndəsi qeyd edib ki, Gənclər siyasəti üzrə Birinci Qlobal Forumun Bakıda keçirilməsi böyük əhəmiyyət daşıyır. O, Azərbaycanın beynəlxalq tədbirlərdə fəal çıxış etməsini yüksək qiymətləndirib. Gənclərin "İŞİD" digər terror qruplaşmalarına qoşulmasına münasibət bildirən Ə.Əlhəndavinin sözlərinə görə, gənclərə sərmayə qoyulmalıdır ki, onlar öz enerjilərini başqa müxtəlif istiqamətlərə yönəldə bilsinlər: "Gənclərin düzgün istiqamətləndirilməməsi onların gələcəkdə silahlı qruplaşmalara qoşulmasına səbəb olur. Biz  istərdik ki, bütün ölkələrdə bu məsələyə xüsusi diqqət yetirilsin gənclər düzgün istiqamətləndirilsin".

Prezident Administrasiyasının (PA) ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov dövlət başçısı İlham Əliyevin forum iştirakçılarına təbrik məktubunu çatdırıb. Dövlət başçısının təbrik məktubundan bildirilir ki, Gənclər siyasəti üzrə Forumun Bakıda keçirilməsi qərarı ölkəmizin təcrübəsinə verilən yüksək qiymətdir:

"
Gənclər siyasəti öz müstəqilliyini 23 il əvvəl bərpa etmiş Azərbaycan dövlətinin fəaliyyətinin prioritet istiqamətlərindəndir. Bu siyasəti uğurla həyata keçirmək üçün ölkəmizdə əlverişli sosial-iqtisadi ictimai-siyasi şərait yaradılıb. Son illər aparılan ardıcıl islahatlar sayəsində iqtisadiyyatımız sürətli inkişaf yoluna qədəm qoyub, əhalinin bütün təbəqələri, o cümlədən gənclər arasında yoxsulluğun işsizliyin səviyyəsi əhəmiyyətli dərəcədə azaldılıb. Təhsil, səhiyyə, mədəniyyət idmanın maddi-texniki bazası möhkəmlənib, cəmiyyətdə davamlı sabitlik bərqərar olub, əsrlər boyu xalqımıza xas olan qonaqpərvərlik ənənələri tolerantlıq mühiti daha da dərin kök salıb. Gənc nəslin intellektual, fiziki mənəvi inkişafının təmin edilməsi, yaradıcı potensialın üzə çıxarılması, ictimai fəallığının artırılması, sosial-məişət məşğulluq problemlərinin həlli sayəsində kompleks tədbirlərin görülməsi daim diqqət mərkəzində saxlanılır. Bu məqsədlə son 10 ildə müvafiq dövlət proqramları təsdiqlənərək icra edilib, bunun nəticəsi olaraq, gənclər təşkilatlarının ayrı-ayrı gənclərin layihə təşəbbüslərinə dəstək verən fond yaradılıb".

Məktubda qeyd edilib ki, sosial-iqtisadi inkişafın sürətləndirilməsi mükəmməl infrastrukturun formalaşdırılması istiqamətində həyata keçirilən layihələr müxtəlif ölkələr beynəlxalq təşkilatlarla qurulan ikitərəfli çoxtərəfli əlaqələr, irimiqyaslı tədbirlərin təşkili sayəsində qazanılan zəngin təcrübə son illər Azərbaycanın region, qitə dünya səviyyəli forumlara, konfranslara, zirvə toplantılarına idman yarışlarına ev sahibliyi etməsinə imkan verib: "Əminəm ki, işə başlayan gənclər siyasəti üzrə Birinci Qlobal Forum da həmin tədbirlər sırasında layiqli yer tutacaq. Biz ilk gündən Bakı şəhərində keçirilməsi barədə qərarı ölkəmizin gənclərlə sahəsində təcrübəsinə verilən yüksək qiymət kimi dəyərləndiririk. Hesab edirik ki, bu toplantı qloballaşmanın geniş vüsət aldığı müasir dövrdə gənclər siyasətinin prioritetlərinin dəqiqləşdirilməsi, problemlərinin həlli yollarının araşdırılması, iştirakçı dövlətlərin dövlət orqanları qeyri-hökumət təşkilatları arasında təcrübə mübadiləsinin aparılması baxımından əhəmiyyəti olacaq, səmərəli müzakirələrlə yadda qalacaq".

Daha sonra Bakıda Gənclər siyasəti üzrə Birinci Qlobal Forumun keçirilməsinin əhəmiyyətindən  danışan Ə.Həsənov bildirib ki, tədbirdə dünyanın müxtəlif ölkələrindən gənclər, gənclər təşkilatları, bu sahədə siyasəti həyata keçirən dövlət qurumlarının rəhbərləri, akademik dairələr, QHT-lər iştirak edir: "Forumda dünya Azərbaycan gənclərinin problemləri müzakirə olunacaq, yekun sənəd qəbul ediləcək. Tədbirin Bakıda keçirilməsi 20 il ərzində Azərbaycanda reallaşdırılan davamlı səmərəli gənclər siyasətinə verilən qiymətdir. Ümummilli lider Heydər Əliyev tərəfindən təməli qoyulmuş gənclər siyasəti bu gün davam etdirilir. Gənclər siyasətinin həyata keçirilməsində dövlət strukturları ilə yanaşı gənclərin özləri yaxından iştirak edirlər".

PA rəsmisi qeyd edib ki, Azərbaycan dünyanın 200-dən artıq dövləti sırasında əhalisinin ərazisinin sayına görə sonuncu 50 dövlətdən biri olmasına baxmayaraq, ölkəmiz yürütdüyü siyasətə, inkişafına, gənclərə, ümumiyyətlə, insanlara yaratdığı şəraitə, dünya dövlətləri siyahısındakı iqtisadi, siyasi, sosial inkişaf reytinqlərinə görə ilk 30 dövlət sırasındadır: "Bu siyasət diqqətdən kənarda qala bilməzdi. Bu forumun keçirilməsinə təsir göstərən əsas amillərdən biri Azərbaycanda uğurlu siyasət aparılmasıdır.

Hesab
edirəm ki, forum Azərbaycan gənclərinin dünya gəncləri sırasına daha sıx inteqrasiyasına dəstək verəcək, gənclər siyasətinin inkişaf etdirilməsində mühüm amilə çevriləcək".

Gənclər idman naziri Azad Rəhimov tədbirin dünya miqyasında önəmli yer tutduğunu vurğulayıb. O, bildirib ki, 1998-ci ildən bəri belə bir forum keçirilməyib:
 
"
Bu forum 21-ci əsrdə gənclər sahəsi üzrə keçirilən çox vacib tədbirdir. Azərbaycan gənclər siyasətinə önəm verən ölkə kimi bu foruma ev sahibliyi etməkdən qürur duyur. Azərbaycan gənclər siyasətindəki uğurları ilə dünyaya örnək ola biləcək ölkəyə çevrilib. Biz gənclər siyasətindəki mövcud problemlərin araşdırılması həll edilməsi istiqamətində dünya dövlətləri ilə qarşılıqlı əməkdaşlığa hazırıq".

Nazir forumda müzakirə olunacaq mövzular barədə məlumat verərək, qeyd edib ki, gənclər sahəsinin bütün detalları nəzərdən keçirilərək, 3 gün ərzində 20-dən çox mövzu ətrafında vacib müzakirələr aparılacaq:

"
Dünya yeni bir çağırışlarla üzləşib bu çağırışlar bütün dünyada əsasən gənclərlə bağlıdır. Forumda qəbul olunacaq qətnamə dünya qlobal gənclər siyasətinə yeni təkan, yeni impuls verəcək.  Bununla da yeni prioritetlər aşkar olunacaq".

BMT-nin inkişaf proqramının rəhbərinin müavini Maqdi Martinez-Soliman gənclərin maraqları naminə fəaliyyət üzrə Dünya Proqramının gənclər siyasətinin hazırlanması ilə bağlı ölkələrə müraciət olunduğunu deyib. O, qeyd edib ki, dünya ölkələrinin dövlət büdcələrində BMT-nin büdcəsində gənclər siyasətinin maliyyələşdirilməsi məsələsi əks olunmalıdır:
 
"
Azərbaycan fəal şəkildə gənclər siyasəti proqramlarına qoşulur. Ölkədə yoxsulluq azalır, sosial sahəyə sərmayələr yatırılır, yerləri açılır. Bu, ölkə siyasətinin nəticəsidir. Azərbaycan təbii resurslarından əldə etdiyi gəlirləri insan kapitalının inkişafına yönəldir".

UNESCO-nun sosial humanitar elmlər üzrə baş direktorunun köməkçisi Lalla Aişa Ben Barka gənclər sahəsində UNESCO-nun təcrübəsindən danışıb, gənclərə bacarıqlarının artırılması üçün şəraitin yaradılmasının zəruriliyini vurğulayıb: "Bizi 3 gün ərzində vacib müzakirələr gözləyir. Hesab edirəm ki, gözlədiyimiz nəticələri əldə edə biləcəyik".

Avropa Şurasının demokratiya üzrə baş direktoru Snejana Markoviç gənclər siyasətinə dəstək olmağın, onu maliyyələşdirməyin zəruriliyini qeyd edərək təmsil etdiyi qurumda bu sahəyə ciddi önəm verildiyindən danışıb:

"
Bu forum həqiqətən bizim üçün unikal imkanlar yaradır. 3 gün ərzində Bakı dünya gənclər mərkəzinə çevriləcək. Çünki gənclər sahəsində çalışan bu qədər mütəxəssisi bir arada görmək həmişə təsadüf olunmur. Ona görə , biz bu forumdan ciddi nəticələr gözləyirik. Avropa Şurası birinci beynəlxalq təşkilatdır ki, gənclər sahəsində işini öz fəaliyyətinin bir hissəsi kimi qarşısına qoyaraq vacib tapşırıqları yerinə yetirməyə çalışır. Gənclər siyasəti yalnız gənclərin aktiv iştirakı fəaliyyəti ilə uğur qazana bilər. Bu forum dünyada gənclər siyasətinə olan münasibəti tam arzuolunan müstəviyə keçirə bilər".

Gənclərin dünyada aparıcı qüvvə olduğunu bildirən Qlobal gənclər səfiri Bəşər Hobbi hesab edir ki, yeni nəsli gənclər siyasətinə cəlb etmək üçün yaradılan fürsətlərdən istifadə etməlidirlər:
 
"
vaxt ki, biz gənclərdən danışırıq, bu zaman milyonlarla işsiz, haqları pozulan, insan alverinə çevrilən, istismar edilən, yoxsulluqdan əziyyət çəkən, təhsil ala bilməyən gəncləri yaddan çıxarmamalıyıq. Qəbul etmək lazımdır ki, dünya ideal məkan deyil. Onun hər iki üzünü görən yaşayan insanlar var. Biz bütün hallarda gənclər siyasətinə dəstək verməli, onları fəaliyyət istiqamətlərinə qazandırmalıyıq. Dünyanın bir çox nöqtələrində, eləcə Suriyada müharibələr davam edərkən müxtəlif səpkili humanitar yardımlarda könüllü  olmaq qərarı verirlər. Əgər suriyalı digər münaqişə ocaqlarında yaşayan gənclərin əllərində imkan olsaydı dərhal qanlı iğtişaşları dayandırar uğurlu gələcəyə addımlayardılar. Bu imkanları biz gənclərə yaratmalıyıq".

Təşkilat komitəsində təmsil olunan gənclər idman nazirinin müavini İntiqam Babayev jurnalistlərə açıqlamasında Bakıda keçirilən Gənclər siyasəti üzrə I Qlobal Forumu iştirakçılarının "Ebola" virusu ilə bağlı heç bir problemi olmadığını bildirib:
 
"
Bizim Səhiyyə Nazirliyinin nümayəndələri tərəfindən tam profilaktik tədbirlər həyata keçirilib. Eyni zamanda tibb işçiləri hava limanında vəziyyətə nəzarət edirlər. Sadəcə olaraq, bəzi ölkələrdən iştirakçıların sayından çox nümayəndə gəlib onlar geri qaytarılıb. Dəvət edilən şəxslər toplantıda iştirak edir. Yəni, geri qaytarılmalar "Ebola" virusu ilə bağlı deyil. "Ebola" virusunun yayıldığı 3 ölkə - Syerre Leone, Liberiya Qvineyaya forumda iştirak etməkdən imtina edib. Həmin ölkələrə tədbirdə iştirak etmək üçün müraciət edilmişdi. Lakin onlar öz istəkləri ilə foruma qatılmayıb. Bu ölkələrin nazirləri konfransa videomüraciətlə qoşulacaqlar".

Ukrayna gənclər idman naziri Dmitri Bulatovun sözlərinə görə, gənclər siyasəti sahəsində Azərbaycanla sıx əməkdaşlıq etmək, təcrübə mübadiləsi aparmaq istəyirlər. Forumla bağlı fikirlərini bildirən D. Bulatov hesab edir ki, qlobal səviyyədə gənclər siyasəti ilə bağlı yeni, mütərəqqi addımlar atmaq lazımdır:

"
Azərbaycan çətin günlərdə Ukraynanın yanında olub. Bu ölkələr arasında daim dostluq olub, onlar bir-birini dəstəkləyiblər. Ukraynada azərbaycanlı gənclər az deyil. Onlar Ukraynanın mədəni həyatında yaxından iştirak edirlər, idman sahəsində fəallıqları ilə seçilirlər. Azərbaycandan olan gənclərə qarşı xüsusi rəğbətim var, onların dəstəyinə daim bel bağlaya bilərik. Azərbaycanın Gənclər Siyasəti üzrə Birinci Qlobal Forumu yüksək səviyyədə təşkil etməsi göz qabağındadır. Biz ölkənizin bu cür təşəbbüslərini yüksək qiymətləndiririk".

Qeyd edək ki, tədbirdə BMT-nin Baş katibi Pan Gi Munun iştirakçılara ünvanladığı video müraciət nümayiş olunub. Plenar iclaslarla öz işini davam etdirən forum oktyabrın 30-da başa çatacaq.

Ceyhun ABASOV

 





29.10.2014    çap et  çap et