525.Az

Bakıda müstəntiqi öldürməyə cəhd edilib


 

Bakıda müstəntiqi öldürməyə cəhd edilib<b style="color:red"></b>

Azərbaycanda prokurorluq işçisinə silah çəkilib.
 
APA-nın məlumatına görə, hadisə Azərbaycan Karlar Cəmiyyətinin Bakının Yasamal rayonunda yerləşən ofisində qeydə alınıb. Səbail Rayon Prokurorluğunun müstəntiqi Allahyar Əliyev prokurorluqda istintaq olunan cinayət işi üzrə izahat almaq məqsədi ilə adıçəkilən cəmiyyətin ofisinə gedib. Bu zaman prokurorluq işçisi ilə Karlar Cəmiyyətinin sabiq direktoru Ayaz Məmmədov arasında mübahisə düşüb. Mübahisə zamanı A. Məmmədov qanunsuz gəzdirdiyi tapança ilə müstəntiqi öldürmək istəyib. O, müstəntiqə atəş açmaq istəsə də, tapança açılmayıb. Hadisə yerində olan şəxslərin köməkliyi ilə A. Məmmədov zərərsizləşdirilib və Yasamal rayon Polis İdarəsinə təhvil verilib. Ondan hadisə zamanı istifadə etdiyi tapança və patronlar götürülüb.
 
Faktla bağlı Yasamal Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

 





15.11.2012    çap et  çap et