525.Az

Mehman Rasimoğlunun şeirləri


 

Mehman Rasimoğlunun <b style="color:red">şeirləri</b>

QARIŞDI

 

Bahar fəsli ötdu keçdi ömürdən,

Payız gəldi, yağmur qara qarışdı.

Xəzəl oldu könlüm bağı yamanca,

Bülbül küsdü, güllər xara qarışdı.

 

Mən həsrətə, kədər mənə qovuşdu,

Könlum küsdü, ruhum sənə qovuşdu.

Hicran seli, gözum sənə qovuşdu,

"Segah" dindi, kaman tara qarışdı.

 

Şən ülfət dolandım, yetimlər kimi,

Üşüdu, titrədi qəlbimin simi.

Əlacıma çağırsam da həkimi

Ümid soldu, ağa qara qarışdı.

 

İSTƏYİR

 

İçim tufan, üzdə həzin mehəm mən,

Kür mənə rəqib olmaq istəyir.

Könlüm buzdu, sözüm buzdu, nədənsə?

Qış da məndən soyuq almaq istəyir.

 

Zərrə sevincim məndən qəm çəkir,

Könlümün havası qəmdən nəm çəkir.

Mən taleyə, ruhum mənə çəmkirir

Mənə baxan gül solmaq istəyir.

 

Bumu həyat, bumu sevgi, məhəbbət?!

Alışıb həsrətdən yanır səadət.

Nifrət, kədər məndə görür rəqabət

Əzrayıl ruhumu çalmaq istəyir.

 

Şeirlərim qəmdən çıxa bilmədi,

Qələmin gözyaşı vərəq silmədi.

Şair şöhrət oldu, üzü gülmədi,

Cansız torpaq altda qalmaq istəyir.

 

MƏN

 

Yanır, xilas edin qəlbimi qəmdən,

Aylardı hicrana, qəmə yaram mən.

Ruhuma sevinci tanıtmaq ücün

Sinəmdə könlümü gərək yaram mən?!

 

Gülmədi gözlərim: nurum çəkildi,

Yoluma hicrandan körpu tikildi.

Həsrətəm sevincə gör neçə ildi,

Məhəbbət gəzənə aşikaram mən.

 

Açmamış çiçək , vədəsiz solmaz,

Ürəyi olmayan ağlamaz, dolmaz!

Şairin dərdinə dağ da yar olmaz

Sevgi-məhəbbətdə bəxti daram mən.

 





29.10.2014    çap et  çap et