525.Az

Akademik Milli Dram Teatrında daha bir premyera


 

Brextin “Kuraj və uşaqları” tamaşaçılara təqdim olundu

Akademik Milli Dram Teatrında daha bir premyera <b style="color:red"></b> Dünən Akademik Milli Dram Teatrında Bertolt Brextin əsəri əsasında hazırlanmış “Kuraj və uşaqları” tamaşasının premyerası keçirildi.

525.az-ın məlumatına görə, dünya teatr tarixində epik teatr nəzəriyyəsinin banisi kimi tanınan B.Brextin məşhur əsərinə Akademik Milli Dram Teatrının səhnəsində Xalq Artisti, “Qızıl dərviş” mükafatı laureatı Rafiq Əliyev quruluş verib. Yazıçı-tərcüməçi Yaşarın  dilimizə çevirdiyi pyesin səhnə redaksiyasının müəllifi Əməkdar İncəsənət Xadimi, Dövlət mükafatı laureatı Ramiz Fətəliyevdir. Tamaşanın quruluşçu rəssamı Ülviyyə Zərbəliyeva, bəstəkarı Əməkdar İncəsənət Xadimi Aydın Əzimov, mahnı mətnlərinin müəllifi Mahir Qarayevdir.

Səhnə əsərində əsas obraz olan – Kuraj rolunu Xalq artisti Bəsti Cəfərova ifa edir. Digər rollarda Əməkdar artistlər Pərviz Bağırov (Feldfebel), Abbas Qəhrəmanov (Aşpaz), Kazım Həsənquliyev (Komandan, Qoca polkovnik), Elşən Rüstəmov (Alay keşişi), Sevinc Əliyeva (Kəndli qadın, kənd sakini), aktyorlar İlahə Həsənova (Katrin), Mətləb Abdullayev (Eylif), Vüsal Mustafayev (İsveçrəli), Elnar Qarayev (Gizir, Mirzə) Rəşad Bəxtiyarov (İntendant, Kəndli), Şəhla Əliqızı (İvetta Rotye), Əlvida Cəfərov (II Feldfebel, Əsgər), Elnur Qədirov (Gənc kəndli), Ramin Şıxəliyev (Sarıqlı adam, Əsgər), Əlləz Əhmədov, Şəmsəddin Quliyev, Amil Babayev (Əsgərlər) çıxış edirlər. 

Günel
 





15.11.2012    çap et  çap et