525.Az

“Radio Lider” ad gününü qeyd edir


 

“Radio Lider” ad gününü qeyd edir<b style="color:red"></b>

Bu gün “Radio Lider”in ad günüdür.

525.az-ın məlumatına görə, yerli radio məkanında özünəməxsus yer tutan “Radio Lider”çilər 13 yaşlarını qeyd edirlər.

Saytımızın müxbiri ilə söhbətində “Radio Lider”in baş redaktor əvəzi Emin Quliyev təbrikləri qəbul edərək radionun fəaliyyəti haqda danışıb:

“Bu gün “Radio Lider” üçün önəmli gündür. Yayımımızın ilk günündən “Lider TV və Radio Azərbaycan” rəhbərliyi radionun konseptual mövqeyini təyin edib. Radiomuzun kollektivi yaradıcı insanlardan ibarətdir. Onlar öz potensiallarına güvənərək qarşıya qoyulmuş məsələlərin öhdəsindən layiqincə gələ bilirlər.

Bu gün “Radio Lider” seçilmiş JAZZ & LOUNGE yayım formatı sayəsində brend olaraq təqdim edilir və auditoriyasını dünya radio etiket standartlarına uyğunlaşdırır. “Radio Lider”in uğurlu fəaliyyətinin əsas səbəbi onun keyfiyyəti ilə bağlıdır. Məhz buna görə də radiomuz öz dəyişməz, sabit auditoriyasına malikdir və bundan sonra da incə zövq və keyfiyyətin dəyərini anlayanlar üçün yayım kontentini daha da genişləndirəcək.

Dinləyicilərimiz üçün bir çox yeniliklərimiz var və onlar qısa zaman ərzində bunun şahidi olacaqlar".

525.az saytının kollektivi "Radio Lider"i 13 yaşı münasibətilə təbrik edir, gələcək işlərində uğurlar arzulayır.

 





15.11.2012    çap et  çap et