525.Az

Nazirlik və İcra Hakimiyyəti məhkəmə qarşısında


 

Nazirlik və İcra Hakimiyyəti məhkəmə qarşısında<b style="color:red"></b> Azərbaycanda vətəndaş Maliyyə Nazirliyi və Abşeron Rayon İcra Hakimiyyətini məhkəməyə verib.

Lent.az-ın Bakı Apellyasiya Məhkəməsinə istinadən verdiyi məlumata görə, Hüseynov Xaqani adlı vətəndaş hər iki dövlət qurumundan vurulmuş maddi və mənəvi ziyanın ödənilməsini tələb edir.

Məhkəməyə verilən qurumlar sırasında “Azərsu” SC də var. Belə ki həmin SC  “Cavid” MMC tərəfindən  məhkəməyə verilib. Şirkət “Azərsu”dan aktın və ona əlavənin ləğv edilməsini iddia edir.

“Azəriqaz İstehsalat Birliyi” isə qərarın ləğv edilməsi iddiası ilə Xətai rayon icra şöbəsinə müraciət edib.
 





30.10.2014    çap et  çap et