525.Az

Bakının mərkəzinə gələn yol bağlandı


 

Bakının mərkəzinə gələn yol bağlandı<b style="color:red"></b>

Bakıda keçiriləcək "Baku World Challenge 2014" yarışı ilə əlaqədar bu gün səhər saatlarından etibarən Mikayıl Useynov prospekti, Akademik Əhəd Yaqubov və Aqil Quliyev küçələrində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Lent.az-a verilən məlumata görə, sürücülərə alternativ olaraq Qurban Abbasov, Xanlar küçələri və Badamdar şosesindən istifadə etmələri tövsiyə olunur.
 
Yarışlar noyabr ayının 2-dək davam edəcək.
 
Qeyd edək ki, Bayıl qəsəbəsi istiqamətindən “Azneft” meydanına doğru gələn yol bağlandıqdan ərazidə nəqliyyat sıxlığı yaranıb. Yarışların noyabrın 1-i və 2-si keçiriləcəyi bildirilsə də, yol artıq bu gündən bağlıdır.

 





30.10.2014    çap et  çap et