525.Az

Peşə təhsili üzrə yeni qəbul planı hazırlanıb


 

Peşə təhsili üzrə yeni qəbul planı hazırlanıb<b style="color:red"></b> “Bu tədris ili üçün Təhsil Nazirliyi ilk dəfə olaraq peşə təhsili üzrə əmək bazarı və iqtisadiyyatın strukturunun tələbatlarını öyrənərək yeni qəbul planı hazırlayıb”.
 
Lent.az-ın məlumatına görə,  bunu təhsil naziri Mikayıl Cabbarov bildirib. Onun sözlərinə görə, bazar iqtisadiyyatı şəraitində hər bir təhsil müəssisəsinin fəaliyyətinin səmərəliliyi kadrlara əmək bazarında olan tələbatla ölçülür:

“İlk dəfə olaraq çalışmışıq ki, Azərbaycanın hər bir bölgəsindəki peşə təhsili müəssisələrinin maddi-texniki bazasını qiymətləndirək. İqtisadi inkişafdan irəli gələrək qəbul planı ehtiyaclara uyğunlaşdırılmalıdır”.
 
Nazir qeyd edib ki, mövcud olan kadrların yenidən hazırlanması, peşəkarlığının artırılması bütün təhsil pillələrində həyata keçirilə bilər. Onun sözlərinə görə, təhsil müəssisələri kadr hazırlığını həyata keçirərkən əsas məqsədi tədris prosesində əldə edilən biliklərin məzunlar tərəfindən işəgötürənlərə lazım olan şəkildə çatdırılmasıdır:

“Bunun ən düzgün və qısa yolu bu işin işəgötürənlərlə birgə həyata keçirilməsidir. Təbii ki, bu əməkdaşlıq yalnız bir təhsil pilləsi ilə məhdudlaşmır. Ali, orta ixtisas təhsili pilləsində də tətbiq olunacaq”.
 





30.10.2014    çap et  çap et