525.Az

Haqqın.az Leyla Yunusun Şnobel mükafatına namizədliyini irəli sürür


 

Haqqın.az Leyla Yunusun Şnobel mükafatına namizədliyini irəli sürür<b style="color:red"></b>

Nobel Sülh mükafatına namizəd kimi irəli sürülən Leyla Yunusla bağlı Haqqın.az xəbər agentliyində rus dilində material dərc olunub. Məqalənin xülasəsini təqdim edirik.

Leyla Yunus mükafat almağa layiqdir. Öz işinin vurğunu olduğu üçün böyük siyasətin bütün qütblərini dolaşaraq hüquq müdafiəçisi fəaliyyətində dayanan balaca magikanın arzusunu reallaşdırmağı qarşımıza məqsəd qoyduq. Beləliklə, Haqqın.az vətəndaş Leyla Yunusun Şnobel mükafatına namizədliyini irəli sürür. Bu mükafat 1991-ci ildə Mark Abrahamson "İnanılmaz tədqiqatlar salnaməsi" adlı yumoristik jurnal tərəfindən təsis edilib. Bəli, qəbul edirik ki, biz bu mükafatı təsis etməkdə bir az gecikmişik. Hamıya məlumdur ki, Şnobel mükafatı hər il oktyabr ayının əvvəllərində Nobel mükafatının laureatları qalibləri müəyyənləşən ərəfədə təqdim olunur. Digər tərəfdən, indiyənə qədər Azərbaycanda bu mükafat heç kimə təqdim olunmayıb. Əsas məsələ isə odur ki, Leyla Yunus əvvəlcə insanı gülüş hədəfinə çevirən, daha sonra isə dərin düşüncələrə qərq etdirən Şnobel mükafatına layiq olduğunu xeyli müddətdir sübut edib. Yeri gəlmişkən, qeyd edək ki, bu ad mükafatın rus dilində olan variantıdır. İngilis dilində bu mükafat "İg Nobel Prize" adlanır. Bu söz oyunudur. Fikir versək, ingilis dilində nobel mükafatı "Nobel Prize" olaraq yazılır buna oxşar tələffüzə malik "Ignobel" sözü isə hərfi mənada "nanəcib", "utanmaz" kimi tərcümə olunur. Məgər, hüquq müdafiəçisi statusundan istifadə edərək, xarici banklarda böyük hesablar, daşınmaz əmlaklar ələ keçirməkdən utancverici nəsə ola bilər?

Onun əri Arif Yunus bir zamanlar vaxtaşırı peyda olaraq "ruhi xəstə" rolunu oynayırdı. Ancaq onun oynadığı oyun indi əvvəlki effektini vermir. Arif Yunus əyninə mətbəx libası öz həyat yoldaşına onu ziyarətə gələn qonaqlarına çay təqdim edən vəfalı kişi rolunu ifa edirdi. Bu o deməkdir ki, Arif Yunus əvvəl, indi Leyla xanıma mane olmaq ixtidarındadır. Bu baxımdan, öz himayəçilərindən böyük məbləğdə qrantlar almaq üçün Ermənistanın xüsusi xidmət orqanları ilə apardığı əməkdaşlıqla bağlı onun əleyhinə irəli sürülən ittihamlar arasında məntiqi əlaqəni müəyən etmək olar. Mümkün olma ehtimalı belə olmayan , yalnız Leyla Yunusla bərabər başqa qüvvələrin iştriakı ilə baş verdikdə reallığa çevrilə bilər.

Xatırlayaq ki, Belarus prezindenti Aleksandr Lukaşenko 2013- ildə Şnobel sülh mükafatına layiq görülüb. A.Lukaşenkoya bu mükafat ölkəsində bir əli olmayan adamın müxalifətçilərə əl çaldığı üçün cərimələndiyinə görə verilib. Qeyd edək ki, 2011-ci ildə bu mükafat Litva siyasətçisi, sahibkar Vilnüsün meri Arturas Zuokasa təqdim olunub. Şəhər merinə Şnobel mükafatı şəhərin mərkəzi hissəsində maşın saxlanılmaması üçün küçələrə zirehli texnika yeritdiyinə görə verilib.

Əgər Leyla Yunus  buna uyğun kampaniya aparmaq qərarına gəlibsə, ona xatırlatmaq lazımdır ki, Şnobel mükafatına hesabat üzrə hesabatına dair hesabatın hazırlanmasına tövsiyə xarakterli hesabat üzrə hesabatın hazırlandığına görə Amerika Birləşmiş Ştatlarının Hesablama Palatası da layiq görülüb. Kim deyə bilər ki, Leyla Arif Yunuslar insan hüquqlarına dair yalnız kağız üzərində yazı möhürdən ibarət olan, əslində isə heç bir həqiqəti əks etdirməyən hesabatlarına görə Şnobel mükafatına layiq görülə bilməz?

Həmçinin, xatırladaq ki, bu mükafata 2010-cu ildə britaniyalılardan ibarət  alimlər qrupu da layiq görülüb. Bilirsinizmi nəyə görə? Həmin alimlər sübut etməyə çalışıblar ki, söyüş söymək insanı çəkdiyi ağrılardan azad edir. Bax, bu məsələdə Leyla xanım as hesab oluna bilər. Biz hamımız şahidi olduq ki, Leyla Yunus azərbaycanlı polisləri söyməklə, onlardan birinin başından papağını yerə salmaqla ona mənəvi əziyyət verən ağrılardan necə azad olur. Ona görə , Şnobel mükafatı onun şöləsində olduqca parlaq görünür. Bir tərəfdən , Leyla Yunus öz əməlləri ilə əslində britaniyalı alimlərin kəşfini isbat etmiş oldu. Bu mükafat onun üçün sadəcə avans rolunu oynaya bilər. Çünki o, insan hüquqları adı ilə Azərbaycanı ləkələmək üçün canla-başla məkirli niyyətlərini həyata keçirməyə hazırdır.

Bəli, doğrudan da Şnobel mükafatı Leyla Yunusa avans kimi qəbul oluna bilər. Çünki bir neçə il bundan əvvəl Nobel Sülh mükafatı Amerika Birləşmiş Ştatlarının prezidenti Barak Obamaya avans kimi təqdim olunub. Nəyə görə axı, amerikalı dövlət başçısı Leyla Yunusdan fərqlənir? Hətta, deyərdik ki, Leyla xanım Şnobel mükafatına daha çox yaraşır. Leyla Yunus Şnobel mükafatının - Alfred Nobelin uzun burunlu təsvirinin canlandığı fonda şəklin görünüşünü qətiyyən korlamaz, əksinə daha sanballı edər. Ümid edirik ki, bu mükafatı o, sevinclə qarşılayacaq.

 





30.10.2014    çap et  çap et