525.Az

Dedektiv roman və ciddi ədəbiyyat anlayışları


 

Dedektiv roman və ciddi ədəbiyyat anlayışları<b style="color:red"></b>

Detektiv romana verilən müxtəlif təriflər mövcuddur. Bu təriflərdən danışmazdan öncə detektiv detektiv roman terminlərinin məna fərqini müəyyənləşdirməyimiz daha düzgün olardı. Çünki dedektiv roman xüsusi bir janr yolunda addımladığı bir zamanda detektiv hekayə, detektiv film, detektiv serial kimi ifadələr ayrıca bir mövzudur. Əgər bir az dərindən düşünsək baş vermiş hadisənin üstündən sirr pərdəsinin götürülməsi, hadisənin necə baş verdiyini müəyyən süjetlə oxucuya çatdırılması detektivlikdirsə, o zaman bütün bədii əsərlərdə bu var. Məgər "Müsibəti Fəxrəddin" əsərində Fəxrəddinin ya "Səyavuş" pyesində fitnələrlə qarşı-qarşıya qalan Səyavuşun taleyi oxucunu düşündürmü? Yazıçı isə müəyyən inkişaf xətti ilə onların xarakterinin taleyinin açılmasına çalışmırmı? Bu, ədəbiyyat bütün epik janrlarındakı özək hissəsini təşkil edən amildir. Lakin oxucunu daha da həyəcanda saxlamaqla, hadisələri bir az sirli şəkildə təqdim etməklə, əsərə olan marağı artırmaq yazıçının borcudur. Bu baxımdan bəzi yazıçılar məhz detektiv əsərlər yazmasa da, əsərlərində dedektiv çalardan məharətlə istifadə etmişlər. Buna dünya ədəbiyyatında Ceymis Rollinsin, Den Braunun, Umberto Ekonun bir çox əsərlərini, Azərbaycan ədəbiyyatında isə tanınmış yazıçılar Çingiz Abdullayevin "Əclafların qanunu", Elxan Elatlının "Qan ləkəsi", "Cəhənnəmdən gələn səs", Varisin "Yaşıl üzlü gündəlik", Şəmil Sadiq Müşfiq Xanın  birgə yazdığı "Ümidlərin izilə"  kimi romanlarını misal göstərə bilərik.

Detektiv əsər üçün üç əsas amil vacibdir: qətl hadisəsi, qatil xəfiyyə.  Bu üç ifadənin açılışı üçün üç əsas sual prinsipini götürə bilərik: kim, niyə, necə? Bütün bu üç sualın ətrafında xəfiyyənin-detektivin quru, sinxron, xronoloji aspektdə araşdırmaları günümüzün oxucusu üçün maraqlı deyil. Bu artıq Konon Doyulun, Aqata Kristinin klassik dedektivçilik oyunun bitməsi yeni dönəmin başlanmasından xəbər verir. Bu cür sinxron cinayət işləri prokrorluq orqanlarındakı sənədlərin rəsmi dilidir. İstənilən cinayət işinin müəyyən ardıcıllıqla düzüb, üslubuna dilinə yüngülvari əl gəzdirsən, detektiv əsər adı ilə təqdim edilən bəzi əsərlərdən daha yaxşı olar. Bu isə haqlı olaraq dedektivin  ciddi ədəbiyyat hesab edilməməsinə gətirib çıxarır. Bir vaxtlar istər dünya, istərsə milli ədəbiyyatımızda Çingiz Abdullayevin dedektiv əsərləri böyük hörmət qazandı. Onun dünya ədəbiyyatına gətirdiyi siyasi dedektiv janrı belə bu gün öz əvvəlki populyarlığını itirmiş durumdadır. Siyasi-analitik araşdırmalar bu tip romanları əvəz etməkdədir.

Çağımızda yazılan romanların əksəriyyətində ədəbiyyatın ədəbiyyatşünasların qəbul etmədiyi detektivçilik aydın şəkildə müşahidə olunmaqdadır. Həyati romanlarda belə bu amildən zərif şəkildə istifadə edilir oxucunu əsəri oxumaq üçün bu ədəbi priyoma salmış olur.

Dedektiv roman haqqında bir çox ədəbiyyatşünaslar, yazıçılar müxtəlif fikir bildirsələr , ümumi məzmun demək olar ki, eynidir. Bu nəsr növünün nəinki janr, hətta ciddi ədəbiyyat kimi qəbul etməyənlərin sayı əks mövqedə duranların sayından daha artıqdır.

Cinayət insanlığın var oluşundan başlayan bir hadisədir. İnsanın ilk yaradılışının Adəmlə başladığını qəbul etsək, deməli cinayətin Adəmlə-insanla  ekiz doğulduğunu görərik. Adəmin qadınının qadağan olunmuş meyvəni yeməsi, övladlarının bir-birini öldürməsi bunun sübutdur.  Seval Şahinin dili ilə desək, "Cinayət ədəbiyyatı janrın ən böyük çətirini yaratmaqdadır". (Ədəbiyyat izində. Polisiyyə Ədəbiyyat. Ankara, Bağlam yayıncılık, 2013. səh. 7)

Sadəcə, cinayət üstündə qurulan əsərləri demək olar ki, bir çox tədqiqatçılar, ziyalılar ciddi ədəbiyyat hesab etmirlər.

Bu janrda yazan oxuyanlar bu cür münasibət zamanı "ciddi ədəbiyyat"  sözünün özünü belə ciddi hesab etmir bu ədəbi janrın inkişafı üçün bir növ tər tökürlər. Bu cür münasibətlərin kökündə kampaniya xarakteri olsa da,  əslində, haqları da var.

"Peşəkar ədəbiyyatçılar yaxşı bilirlər ki, son illərin bədii əsərlərində ictimai-sosial mahiyyətli, cəmiyyəti düşündürən problemlər, ciddi məsələlərlə bağlı cəhətlər olduqca çox zəifləyib". (Aydın Xan (Əbilov) Heç bir bəşəri əhəmiyyəti olmayan bir qətlin açılması üçün bir süjet qurub oxucu ilə gizlən-qaç oynamaq, əlbəttə ki, ədəbiyyat ola bilməz. Bu məqamda yadımıza xalq oyunları, tapmacalar düşür. Halbuki, adını çəkdiyimiz janrları şifahi xalq ədəbiyyatı nümunəsi kimi qəbul edirik. Bu zaman sual doğur, bəs tapmaca ədəbiyyat deyilmi? Əgər şifahi xalq ədəbiyyatı ciddi ədəbiyyat sayılmırsa, o zaman ümumiyyətlə ədəbiyyatın varlığından söhbət açmaq düzgün deyil.

Ədəbiyyat bir sənət olaraq insana xidmət edir. Ədəbiyyatın vəzifələri arasında tərbiyələndirmək, maarifləndirmək, zövqü formalaşdırmaq, həyəcanlandırmaq, həyatın çatışmayan tərəflərini nümunələrlə göstərmək var. Detektiv romanlarda da insan həyatında tez-tez rastlaşdığımız müəmmaların əslində üzə çıxarılma yollarını göstərmə, dərs vermə var. Digər tərəfdən məntiqi təfəkkürün inkişafına da xidməti var.

Jozef Krutç  detektiv romanı nəsrin mükəmməl modern növü hesab edir. V.H Audenə görə detektiv roman cinayət hadisəsindən sonra bütün şübhəlilərin gözdən keçirilməsi nəhayət cinayətkarın ələ keçirilməsinin hekayəsidir. Hovard Heykraft isə düşünür ki, detektiv roman əsərin sonunda günahkarın üzə çıxarılmasını hədəfləyir.

 Bütün ədəbi növlər insana dərinləməsinə təsir etməyə xidmət edə bilməz. Bəziləri bir ömür, bəziləri isə bir anlıq təsir gücünə malikdir. Ola bilsin ki, bəzi dedektiv romanlar insana bir anlıq təsir etmə gücünə ya həyəcan vermə, adrinalin artırma gücünə malikdir. Fikrimizcə, bu cür yanaşma bir ədəbi janrın meyarı ola bilməz.

Son dövrlər müasir Azərbaycan ədəbiyyatında da müzakirə obyektinə çevrilən "ciddi ədəbiyyat necə olmalıdır?", "Dedektiv ciddi ədəbiyyat hesab edilə bilməz" kimi fikirlər Avropa ədəbiyyatşünaslığında XX əsrin əvvəllərində başlamışdır. Edmund Vilson 1945-ci ildə yazdığı "Roger Akyordun qatilindən kimə ?" adlı məqaləsində dedektiv romanı "ağılsızlıq zərər baxımından tapmaca tapmaqla siqaret çəkmək arasında dəyərləndirilə biləcək axmaq bir vərdiş" dedektiv oxucularını isə "Affekt dərəcəsində bağlanan" adlandıraraq "Bu cür boş şeylərlə özümü məşğul etməməli, dedektiv oxuyaraq kağız israfına şərait yaratmamalıyıq".

Edmon Vilsonun fikri ilə ortaq olan peşəkar ədəbiyyatçılar bu janrı ciddi olmayan ədəbiyyat adlandıra-adlandıra bir növ təbliği ilə məşğul olurlar. Ədəbi prosesdə qızışmaqda olan bu polemika tez-tez gündəmə gəlir. Lakin heç bir ciddi ədəbiyyatşünasın bu mövzuda geniş bir araşdırma aparmaması, ədəbiyyatşünaslıq əsərlərində bu mövzuya toxunmaması, hətta görməzdən gəlməsi meydanın boş qalması sadəcə həvəskar ədəbiyyatçıların, ədəbiyyatsevərlərin publikadakı kiçik, əsassız fikirləri ilə bitməsinə, daha doğrusu bitməməsinə gətirib çıxarır. Ədəbiyyatımızda bizə məlum olan heç bir ədəbiyyat nəzəriyyəsində detektiv termininə janr deyəkmi, deməyəkmi, detektiv ədəbiyyat ciddi ədəbiyyatdırmı, deyilmi suallarına nəinki cavab tapa bilmərik, hər hansı bir bilgiyə belə rast belə gəlmərik. "Detektiv" terminin yaşadığı bu haqsızlıq Türkiyə ədəbiyyatında da yaşanır.  "Türk  ədəbiyyatı ilə bağlı əsas əsərlərdə detektiv roman mövzusuna ya heç toxunulmamış, ya da inanılmaz dərəcədə ötəri toxunulmuşdur. Məsələn yetkin bir əsər olan Atilla Özkırımlının 5 cildlik "Türk Ədəbiyyatı Ensiklopediyası"nda detektiv romanlardan bəhs etmək bir yana, bu növ roman yox sayılır.  Necə? Roman bölümündə roman növləri sadalanır. Ona görə tam 53 növ roman vardır, amma bunların arasında hörmətli yazar "detektiv roman"ı əlavə etməyib. O zaman da Türk ədəbiyyatında  polis romanlarının yerini bir qeyri-peşəkarın araşdırması qaçılmaz olur". (Erol Üyepazarcı)

Bu gün dünya ədəbiyyatını Azərbaycan oxucusuna tanış etməkdə böyük rol oynayan Türkiyə ədəbiyyatında da detektiv roman janrı ilə bağlı bir çox müzakirələr getməkdədir. Suut Kemal Yetkin detektivin ədəbiyyatşünaslar tərəfindən bir janr olaraq ədəbiyyatın qapısından içəri buraxılmamasının səbəbini məntiqi olaraq düzgün izah edir: "On beş, iyirmi il əvvəl öncəyə qədər detektiv roman insan duyğularına maraq göstərmədiyi, böyük əksəriyyəti pis bir dillə yazıldığı üçün ədəbiyyatdan kənar hesab olunmaqda idi.

 Lakin Azərbaycanda fəaliyyət göstərən nəşriyyatların, kitab mağazalırının, saytların ara-sıra təqdim etdiyi sorğulara, statistikalara diqqət etsək, bu gün ən çox oxunulan əsərlərin məhz dedektiv əsərlər olduğunu görərik. Ciddi hesab edilməyən bu ədəbiyyat növünün psixoloji, siyasi, fantastik, elmi, mistik kimi növlərinin ortaya çıxması, hekayə, povest, roman formalarından istifadə edilərək klassik, modernist, postmodernist cərəyanlarda özünə müstəqillik qazanmaq uğrunda iriaddımlı mübarizəsi artıq bu ədəbiyyata ciddi yanaşmanı tələb edir.

Türkiyəli hüquqşünas Taceddin Şimşeyin dedektiv romana münasibətini Hebibe Cizer öz doktorluq dissertasiyasında bu cür izah edir: "Detektiv romanı "ədəbiyyatın ögey övladı" olaraq dəyərləndirən Tacedin Şimşək dünyada bu növə aid əsərlərin sürətlə çoxalmasına rəğmən  hələ bu növün ədəbi olub-olmadığını müzakirə edildiyini bildirərkən son illərdə posmodern yanaşmanın detektivi ədəbi əsərlər arasında dəyərləndirdiyini detektivlə bağlı ədəbiyyatdan kənar həm psixoloji, həm sosioloji həm iqtisadi araşdırmaların aparıldığını, ancaq bütün bunların yenə detektiv romanın ədəbiyyat estetik normalar çərçivəsində çox da ciddiyə alınmayan bir növ olduğu gerçəyini dəyişdirmədiyini vurğulayır".  Dedektiv ədəbiyyat haqqında münasibət bildirən şəxslərin kimliyinə baxsaq, əksəriyyətinin ciddi bir ədəbiyyatşünas olmadığını görərik. Bu dəyərli insanlar bu gün gündəmdə olan ya yazar, ya köşə yazarlarıdır. Bu da yuxarıda qeyd etdiyimiz kimi, dedektiv janrının elmi əsaslarla ciddi şəkildə incələnməməsindən xəbər verir. Görəsən, bunun əksini düşünənlər varmı, varsa  kimlərdir necə düşünürlər?

İngilis yazıçısı Somerst Moem " Çox yaxın gələcəkdə detektiv romanların universitetlərdə dərs kimi tədris ediləcəyini, doktorluq oxuyan tələbələrin araşdırma sahəsi olaraq detektiv hekayələri seçəcəyini" irəli sürmüşdür.

Türkiyəli yazar Lale Tunçmanın fikrincə, "Detektiv roman ədalətin boşqabda qarşımıza qoyulduğu bir növdür. Bunu təmin etmək üçün hüquq məhkəmələri qurmaq lazım deyil. Detektivlərdə oxucunun axtardığı ədalət, yeməkdən sonrakı şirniyyat boşqabıdır. O şirniyyat mütləq yeyilir".

Türkiyəli tanınmış dedektiv yazar Ahmet Umut " Bir müddət sonralar detektivin möhtəşəm bir intellektual fəaliyyət içində yazıla biləcəyini gördük. Umberto Ekonun çox satılan "Qızılgülün adı" ya Borxesin yazdığı hekayələr bunun ən gözəl nümunələridir. Avropa ABŞ-da detektivin çox oxunmasının əsas səbəbi, yaxışı oxucu kütləsinin olmasıdır. O oxucu kütləsi üçün  Yaxşı bir detektiv ziyafətdir. Bizdə oxucu kütləsi inkişaf etmədiyi  üçün insanlar hələ romanlardan həyat formulları axtarmaqdadırlar".

Gördüyümüz kimi, dedektivin ciddi bir ədəbiyyat janrı olub-olmaması ilə bağlı müxtəlif fikirlər var. Bu fikirlərin əksəriyyəti bir həqiqətə dayanır. Müasirliyin tələblərindən, "sənət xalq üçün" prinsipidir. Əgər belədirsə, deməli, əksəriyyətin bəyəndiyi, oxuduğu, oxucusu olduğu müəllifin əsərlərinin yeni çapını səbrsizliklə gözlədiyi oxucu kütləsinin olduğu bir durumda ədəbiyyatşünaslıq elminin adından çıxış edərək, bu tip əsərləri görməzdən gəlmək ədəbiyyatdan xaric hesab etmək yanlış düşüncədir. Sevin Okyayın gəldiyi qənaət kimi, dedektiv əsərlərin pisi yaxşısı var. Əgər bir ədəbiyyat nümunəsi kütləviləşibsə, ona qısqanclıq kimi görünən münasibət haqsızlıqdır. Bir zamanlar Servantesin hələ günümüzə qədər sərbəst vəzn anlayışını qəbul etməyən ədəbiyyatşünaslıq bu gün modernist düşüncənin təsiri altında bu islahı vəzn kimi qəbul etməmək kimi bir çıxış edə bilmir. Artıq elə bir dövrdür ki, forma məzmununun quluna çevrilməkdədir bu yanaşmanı haqlı hesab edirik. Çünki heç bir elm nümunə yaratmaq iqtidarında deyil.

Nümunələrin
varlığı elmin onu hansı kateqoriyaya daxil etməsini məcbur edir yönləndirir. O cümlədən ədəbiyyatşünaslıq elmi sadəcə nümunələr üzərindən müəyyən nəzəri bölgü kateqoriyalar müəyyənləşdirir. Bu gün bəşər övladı heç bir tabunu qəbul etmir. Ona görə qəbul etmir ki, onun düşüncə tərzi formalaşmış, beyin qatları daha da genişlənmişdir. Dünyanın dərki yolunda özünün qəbul etdiyi prinsipləri olduğu üçün hansı elmin deməyindən asılı olmayaraq öz həqiqətinə inanır. Onun inandığı həqiqəti isə elm qəbul etməyə öyrənməyə məhkumdur. Bu baxımdan da hesab edirik ki, ədəbiyyatşünaslıq dedektivi bir janr ya ciddi ədəbiyyat nümunəsi kimi qəbul etməli, ciddi qeyri-ciddi nümunələrini bir-birindən fərqləndirmək üçün elmi tədqiqat əsərləri yazılmalı, dissertasiyalar, monoqrafiyalar işlənməli bu ədəbi janra öz qiymətini verməlidir. Düşünürük ki, ədəbiyyatşünaslıq əsərləri bu janra daha fundamental yanşsa, çox maraqlı məqamların ortaya çıxmasına nail olacaqdır.

 





30.10.2014    çap et  çap et