525.Az

Ermənistanda polislə vətəndaşlar arasında toqquşma olub


 

Ermənistanda polislə vətəndaşlar arasında toqquşma olub<b style="color:red"></b> Ermənistan paytaxtında ekoloji aktivistlərlə polis arasında toqquşma baş verib.

APA-nın “News.am”a istinadən verdiyi məlumata görə, “Erməni təbiəti mühafizə dəstəsi” adlı təşkilat bir qrup ekoloji aktivistlə birlikdə İrəvandakı “Hyatt Palace” otelinin qarşısına toplaşıb. Həmin oteldə beynəlxalq ekspertlərlə birlikdə Amulsar qızıl yatağının istismarı müzakirə olunur və fəallar içəri keçərək müzakirədə iştirak etməyə çalışıblar. Lakin otelin önündəki polis kordonu onların qarşısını kəsib və aksiya dağıdılıb. Polis və etirazçılar arasında qarşıdurmanın yarandığı bildirilir.
 
Qeyd edək ki, Cermuk şəhərinin 13 kilometrliyində, Arpaçay və Vorotan (Bərgüşad) çayları arasında yerləşən Amulsar yatağı 32 milyon ton filiz və 40 ton təmiz qızıl ehtiyatı ilə Ermənistanda ən böyük qızıl yataqlarından hesab olunur.
 





30.10.2014    çap et  çap et