525.Az

Yeni başqan ilk mətbuat konfransını keçirəcək


 

Yeni başqan ilk mətbuat konfransını keçirəcək<b style="color:red"></b>

Oktyabr 31-i saat 14-də Müsavatın mərkəzi qərargahında partiya başqanı Arif Hacılının ölkədəki ictimai siyasi vəziyyət, 8-ci qurultaydan sonrakı dövrdə partiya strukturlarının formalaşması prosesi, bu dövrdəki ictimai diskussiyalar və sair mövzulara həsr olunan mətbuat konfransı keçiriləcək.

Xəbər “Media forum” saytına Müsavat Partiyasının mətbuat xidmətindən verilib.

Arif Hacılı partiyanın sentyabrın 27-də keçirilən 8-ci qurultayında başqan seçilib.

O, Müsavatın altıncı başqanıdır. Müsavat Partiyasının ilk başqanı Məhəmməd Əmin Rəsulzadə, ikinci başqanı Mirzə Bala Məmmədzadə, üçüncü başqanı Kərim Odər, dördüncü başqanı Məhəmməd Azər Aran, beşinci başqanı İsa Qəmbərdir.

Arif Hacılı 1962-ci ildə anadan olub. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Azərbaycan xalq hərəkatının öncül şəxslərindən biridir. 1991-1992-ci illərdə Azərbaycan Xalq Cəbhəsi Ali Məclisinin sədri, 1990-1995-ci illərdə parlamentin deputatı olub. Əbülfəz Elçibəyin prezidentliyi dövründə dövlət müşaviri postunu tutub. 1992-ci ildən Müsavat Partiyasının üzvüdür. 2003-2005 və 2011-2012-ci illərdə həbsdə olub.

 





30.10.2014    çap et  çap et