525.Az

Baş nazir Mədəniyyət və Turizm Nazirliyinin kollegiyasını yenilədi


 

Baş nazir Mədəniyyət və Turizm Nazirliyinin kollegiyasını yenilədi<b style="color:red"></b> Mədəniyyət və Turizm Nazirliyinin kollegiyası təsdiq edilib.
 
Nazirlikdən Lent.az-a verilən məlumata görə, baş nazir Artur Rasizadə   “Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin kollegiyasının tərkibi haqqında” 2006-cı il 14 iyun tarixli qərarında dəyişiklik edib.
 
Baş nazirin qərarına əsasən, nazirliyin kollegiyasının yeni tərkibi təsdiqlənib.  Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev kollegiyanın sədri kimi təsdiq edilib.
 
Mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev, mədəniyyət və turizm nazirinin müavinləri Sevda Məmmədəliyeva, Nazim Səmədov, Ədalət Vəliyev, Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Sarvan İbrahimov, Mədəniyyət və Turizm Nazirliyi Aparatının rəhbəri Rafiq Bayramov, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Əlikram Əliyev, Mədəniyyət və Turizm Nazirliyi Kinematoqrafiya şöbəsinin müdiri Cahangir Məmmədov, Azərbaycan Turizm İnstitutunun rektoru Cəfər Cəfərov, nazirliyin Tikilən Obyektlərin Birləşmiş Müdiriyyətinin rəisi Zakir Sultanov kollegiyanın üzvləridir.
 





30.10.2014    çap et  çap et