525.Az

Dilçilik İnstitutu və MTRŞ telekanallarda ciddi nöqsanlar aşkarlayıb


 

Dilçilik İnstitutu və MTRŞ telekanallarda ciddi nöqsanlar aşkarlayıb<b style="color:red"></b> Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutu özəl telekanalların monitorinqini başa çatdırıb.

Dilçilik İnstitutunun Monitorinq şöbəsinin müdiri Qulu Məhərrəmli APA-ya açıqlamasında deyib ki, Milli Televiziya və Radio Şurası ilə birgə aparılan monitorinq zamanı bütün özəl kanallarda xəbər, ictimai-siyasi, şou proqramlarının dili araşdırılıb. Onun sözlərinə görə, monitorinq zamanı müəyyən olub ki, teleradio verilişlərinin dilində müəyyən problemlər var:
 
“Birincisi, ən ciddi məsələ Azərbaycan dilinin normalarına əməl edilməməsidir. Fonetik normalar pozulur və sözlər düzgün tələffüz olunmur. Bundan əlavə, üslub, etik normaların pozulması müşahidə edilir. Verilişlərdə həddindən artıq alınma sözlər, aydın olmayan ifadələr işlədilir. Monitorinq ümumi nəticələri barədə gələn həftə ictimaiyyətə məlumat veriləcək”
 
Q.Məhərrəmli qeyd edib ki, monitorinqin ikinci mərhələsi müstəqil şəkildə Dilçilik İnstitutu tərəfindən aparılacaq. O bildirib ki, monitorinq xəbər proqramları və xəbərdən törəmə proqramların dil qüsurları ilə bağlı olacaq:

“Bu gün ən çox qüsurlar şou xarakterli proqramlardadır. Təəssüf ki, bu nöqsanlar həm də xəbər proqramlarına sirayət edir. Bəzən xəbərlər düzgün redaktə edilmir, vurğu səhvləri olur, məntiqi vurğular düzgün deyilmir və s. Bu da  tamaşaçılarda ciddi narazılığa səbəb olur. Ona görə də, bu istiqamətdə monitorinq davam edəcək”.
 





30.10.2014    çap et  çap et