525.Az

Bizim qəzetimiz


 

Bakı Dövlət Universiteti Jurnalistika fakültəsinin kollektivinin "525-ci qəzet"ə təbriki

Bizim qəzetimiz <b style="color:red"></b> Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsi min bir tellərlə Azərbaycan Kütləvi İnformasiya Vasitələri sisteminə bağlıdır. Fakültəmizin məzunlarının çalışdığı onlarca qəzet, telekanal, radio və İnternet portalları sırasında adı özünə, məzmunu adına yaraşan bir doğma qəzetimiz var: “525-ci qəzet”. Bu qəzet Azərbaycan gerçəkliyini əks etdirən, oxucularını ictimai maraq çevrəsində olan hər cür informasiya ilə təmin edən, dövlətçiliyimizin qorunmasında və inkişafında ayrıca media payı olan, dəqiq, qərəzsiz, vicdanlı, ədalətli yazıları ilə böyük hörmət qazanan, yalan və böhtandan uzaq olan, insanın şəxsi həyatına sevgi ilə yanaşan- bir sözlə, jurnalistikanın beynəlxalq yaradıcılıq prinsiplərini rəhbər tutan bir mətbuat orqanı kimi tələbələrimizə örnək göstərilməkdədir. “525-ci qəzet” müasir Azərbaycanın salnaməsidir. Bugünkü və sabahkı tarixçilərimizin inamla müraciət edə biləcəyi etibarlı mənbədir.

“525-ci qəzet” ədəbiyyatımızın, mədəniyyətimizin inkişafına və təbliğinə  də önəm verən ensiklopedik mənbədir. Jurnalistika fakültəsinin bir çox müəllimi bu qəzetin daimi müəllifləridir. Qəzet fakültə tələbələrinin yaradıcılıq laboratoriyası kimi ciddi bir vətənsevərlik vəzifəsini də yerinə yetirməkdədir. Azərbaycanın media məkanında – xüsusilə TV kanallarında “525-ci qəzet”də formalaşmış onlarca jurnalist çalışır. Qəzet Azərbaycan media mühitində məktəb səviyyəsinə yüksəlmişdir. Bütün bu ustadlıq keyfiyyətini biz həm də bu qəzetdə çalışanların- baş redaktordan tutmuş redaktor və digər əməkdaşların əksəriyyətinin jurnalistika fakültəsinin məzunu olması ilə də bağlayırıq. Əziz və doğma “525”! Bakı Dövlət Universiteti Jurnalistika fakültəsinin bütün professor, müəllim və tələbə kollektivi 20 illik yubilieyin münasibətilə sənin bütün oxucularını təbrik edir. Artıq ümummilli qəzet səviyyəsinə yüksəlmiş “525-ci qəzet”in daha böyük uğurlar qazanması arzusu ilə

Bakı Dövlət Universiteti Jurnalistika  fakültəsinin kollektivi
 





15.11.2012    çap et  çap et