525.Az

Elm xəzinəsini zənginləşdirənlər


 

Elm xəzinəsini zənginləşdirənlər<b style="color:red"></b>

AMEA-nın "Elm" nəşriyyatında 2014- ildə nəşr olunmuş kitablardan biri "Elm xəzinəsini zənginləşdirənlər" adlanır. Kitabda XIX əsr daxil olmaqla keçən əsrdə yaşamış 100-ə yaxın Azərbaycan alimi haqqında çox maraqlı oçerklər toplanmışdır. Yazıların böyük bir qismi Azərbaycanda uzun illər yeganə elmi-kütləvi jurnal olan "Elm həyat"da dərc olunmuşdur. Əsərin müəllifi milli mətbuatımızda 40 ildən çox çalışan "Elm həyat" jurnalında isə 35 il dəqiq elmlər şöbəsinin müdiri işləyən, 2001 2011-ci illərdə Həsən bəy Zərdabi diplomu, 2001-ci ildə Azərbaycan KİV işçiləri AHİŞ-in "Qızıl qələm" mükafatı, 2010-cu ildə isə AMEA-nın Fəxri Fərmanı ilə təltif olunmuş Mehparə Axundovadır.

542 səhifəlik kitabda 1977-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvü Mehparə xanımın hazırladığı yazıların böyük bir qismi işıq üzü görmüşdür.

Azərbaycan alimlərinin elmi axtarışları, aparılan tədqiqatların istehsalata tətbiqi, fizika, kimya, kibernetika kimi dəqiq elm sahələrindəki yeniliklərlə bağlı məlumatlar M.Axundovanın "Elm həyat" jurnalında çap olunan yazılarının əsas mövzusu olmuşdur.

Kitabda akademiklərdən Zahid Xəlilov ("Funksional analiz məktəbinin yaradıcısı"), Lətif İmanov ("İstedadlı alim, mahir pedaqoq"), Murtuza Nağıyev ("Zamanı qabaqlayan alim"), Mustafa bəy Topçubaşov ("Böyük cərrah"), Azad Mirzəcanzadə ("Ensiklopedik alim"), Həsən Əliyev ("Təbiət vurğunu"), Məmməd Arif Dadaşzadə ("Kamil şəxsiyyət"), Çingiz Cuvarlı ("Fundamental tədqiqatlar müəllifi"), korifey memarlardan olan Mikayıl Hüseynov  ("Tikdim ki izim qala"), Abdulla Qarayev ("Azərbaycanda fiziologiya elminin banisi"), Həsən Abdullayev ("Görkəmli alim, mahir elm təşkilatçısı"), Hacıbəy Sultanov ("Dünya şöhrətli astronom"), Əli Quliyev ("Aşqarlar kimyası məktəbinin yaradıcısı"), Musa Əliyev ("Məşhur geoloq"), İzzət Orucova ("Görkəmli kimyaçı"), Cəlil Hüseynov ("Patoloji anatomiyanın bilicisi"), məşhur geoloq Mirəli Qaşqay ("Yeri görünən geoloq"), EA-nın müxbir üzvlərindən Xudu Məmmədov ("Məşhur kristalloqraf"), Əsgər Abdullayev ("Yeni elmi məktəbin yaradıcısı") başqalarına həsr olunmuş yazılarda sözügedən alimlər haqqında geniş məlumat verilir.

Kitab məşhur azərbaycanlı şərqşünas, 1855-ci ildən Peterburq Universitetinin Şərq dilləri fakültəsinin dekanı, şərqşünaslıq elm tarixinin ən parlaq səhifələrini yazmış professor Mirzə Kazım bəy haqqında oçerklə başlayır. 4 səhifəlik oçerkdə Kazım bəyin həyatı, yaradıcılığı haqqında çox maraqlı, yığcam məlumat oxucunu zəmanəsinin bu görkəmli şəxsiyyəti ilə yaxından tanış edir. "Mirzə Kazım bəy kimdir" məqaləsində jurnalist M.Axundova  Mirzə Kazım bəyi bizə həm fransız alimi Qarsen de Qassinin sözləri ilə tanıdır: "Mirzə Kazım bəy - Şərqin bu böyük oğlu ardı-arası kəsilməyən tədqiqatları ilə bizim dövrümüzdə  (XIX əsr - Ü.H.) Avropada yaşamış ən görkəmli, ən mədəni alimlərin içərisində ən qabaqcılı idi... Rusiya fəxr etməlidir ki, onun belə bir alimi var".

Məqalədən öyrənirik ki, Mirzə Kazım bəy Rusiya Elmlər Akademiyasının müxbir üzvü, Londondakı Böyük Britaniya, Asiya Cəmiyyətinin həqiqi üzvü, Kopenhagendəki Nadir Sənətkar Kral Cəmiyyətinin həqiqi üzvü, Fransa, Amerika, Almaniya Şərqşünaslıq cəmiyyətlərinin üzvü idi. Vəfatı ilə əlaqədar çap olunmuş nekroloqların birində yazılmışdır ki, İslamı, müsəlman qanunlarını onun qədər bilən ikinci bir alim Qərbi Avropanın özündə belə yoxdur.

Mən 35 ilə yaxın "Elm həyat" jurnalının redaksiyasında Mehparə xanımla bir otaqda işləmişəm. Onun hazırladığı bütün materialların ilk oxucusuyam hər bir yazıya necə məsuliyyətlə yanaşdığının şahidi olmuşam. Mehparə xanım hər bir alimdən yazı hazırlayarkən, onun haqqında xeyli elmi ədəbiyyatla ətraflı tanış olur. Məşhur rus sovet şairi Mayakovskinin sözləri ilə desək, min ton söz kütləsindən iki-üç səhifəlik çox yığcam, lakin alim haqqında hərtərfli məlumat verən oçerklər hazırlamışdır. Məsələn, fəxr etdiyimiz general-leytenant Kərim Kərimov haqqında material hazırlayarkən onun rus dilində yazılmış 300 səhifəlik "Kosmosa yol" memuarını oxumaqla kifayətlənməyib. K.Kərimov haqqında A.Nikolskinin "Kosmik səfərlər xeyir duaçısı general Kərim Kərimov" kitabını da oxuyub.

"Kosmos fatehi" oçerkində ömrü boyu strateji əhəmiyyətli qapalı müəssisələrdə - 25 il SSRİ Kosmik Uçuşlar üzrə Dövlət Komissiyasının sədri vəzifəsində çalışan general-leytenant Kərim Kərimovun fəaliyyəti haqqında yazını oxuyan hər bir azərbaycanlı bu gün qürur hissi keçirir. Yalnız istefaya çıxdıqdan sonra 1988-ci ildə bir neçə günlüyə doğma vətəni Azərbaycana gələn Kərim Kərimovu mənə Mehparə xanıma Kosmos muzeyinin açılışında, təhsil aldığı 8 saylı məktəbdə, filarmoniyada təşkil olunmuş görüşlərdə yaxından görüb tanımaq qismət olmuşdur. Bu tanışlıq ona vaxtilə çox qüdrətli, SSRİ kimi nəhəng bir dövlətin general-leytenantı haqqında oçerk yazmağa imkan yaratdı. Oçerki oxuyarkən baş ucaldan bu el oğlumuza Azərbaycanda, anadan olduğu Bakıda layiqli bir xatirə ansamblının, heç olmasa, mənzil-muzeyinin yaradılmamasına təəssüfləndim. Turizm şəhəri kimi tanınan Bakıya gələnləri SSRİ kosmonavtikasının ön sırasında duranlardan biri ilə tanış etmək yaxşı olardı. Bakıda dəfn olunmasını vəsiyyət etsə , nəşi Moskvada yandırılaraq yer üzündə heç bir izi qalmayan bu böyük şəxsiyyətin xatirəsini əbədiləşdirmək bizlərin borcudur.

"Dünyanı bütün çalarları ilə görən insan" oçerki isə adı dünya elm dahiləri - Aristotellə, Viner, Eynşteyn, Nyutonla birlikdə çəkilən, həm XX əsrin, həm XXI əsrin dahilərindən olan beş fundamental nəzəriyyənin banisi, həmyerlimiz Lütfi Zadədən bəhs edir.

Azərbaycandan çox uzaqlarda, ABŞ-ın Kaliforniya ştatındakı Berkli Universitetində çalışan qeyri-səlis məntiqin atası titulunu daşıyan Lütfi Ələsgərzadə haqqında material hazırlamaq hər jurnalistin işi deyil. 1921-ci ildə Bakıda dünyaya gəlmiş, ibtidai təhsilini şəhərimizdəki 2 saylı məktəbdə almış, hazırda ABŞ-da ömrünün 94- ilini yaşayan Lütfi Zadənin adını daşıyan Tədqiqat İnstitutu yaradılmışdır. Mehparə xanımın Lütfi Zadə haqqında hazırladığı oçerki oxuyan hər kəs əsrlərin dahisinin həm həyatı ilə tanış olur, həm müasir elmə gətirdiyi yenilikləri öyrənir. Belə bir oçerki ərsəyə gətirmək üçün o, Lütfi Zadə haqqında rus dilində dünya alimlərinin Lütfi Zadənin həyat yoldaşı Fey Zadənin irihəcmli avtobioqrafik "Qeyri-səlis məntiqin atası ilə həyatım" əsərlərini mütaliə etmiş çox maraqla oxunan bir oçerk yazmışdır.

Kitabı oxuduqdan sonra belə bir qənaətə gəldim ki, Azərbaycan xalqının dünya miqyasında tanınan çox görkəmli alimləri var. Ötən əsrin axırlarında AMEA-nın akt zalında kibernetika üzrə beynəlxalq konfrans keçirilirdi. Konfransda çıxış edən İsveç-alman mənşəli bir alim çıxışına bu sözlərlə başladı: "Bakı Landaunun, Lütfi Zadənin vətənidir". Bunu xatırlatmaqda məqsədim gündən-günə böyüyən, müasirləşən turizm şəhərinə çevrilən Bakıda şairlər, bəstəkarlar, rəssamlarla yanaşı, elm aləmində tanınan, qəbul edilən zəka sahibləri - alimlərimizə , məsələn, Nəsirəddin Tusiyə, Mirzə Kazım bəyə, şərqşünas Mirzə Cəfər Topçubaşova, Marağayiyə, Kərim Kərimova, Lütfi Zadəyə, memar Əcəmiyə heykəl yox, müxtəlif məzmunlu abidələrin, qoyulması xalqımızı şairlər, sərkərdələr, bəstəkarlar, eyni zamanda görkəmli alimlər yetişdirmiş bir xalq kimi tanıtdırmaqda bələdçilik edə bilər.

M.Axundovanın jurnalist fəaliyyəti yalnız Azərbaycanda yaşayan alimlərlə sərhədlənməyib. Dünyaya səpələnmiş azərbaycanlı alimlər onun maraq dairəsində olub. Onun əslən azərbaycanlı olan Asim Yıldız haqqında maraqlı oçerkini həyəcansız oxumaq olmur. Nüvə fizikasının kvark modelləri üzrə tədqiqatlarla məşğul olan Asim Yıldızın ailəsinin keşməkeşli həyat yolu, Asim Yıldızla bərabər onun digər qardaşları Sirri Musa Yıldızlar, bacıları Yüksəl Türkan haqqında da məlumat vermişdir. Oçerkdən öyrənirik ki, Musa Yıldız da qardaşı Asim kimi fizikdir, Amerikada yaşayır, tanınmış alimlərdəndir, 1000-ə qədər elmi məqalənin müəllifidir, pedaqoji fəaliyyətlə məşğul olur. Sirri Yıldız isə kinoaktyordur, Los-Ancelesdə yaşayır. Bacıları Yüksəl Türkan həkimdir, Türkiyədə yaşayırlar.

Hazırda ABŞ-ın Florida ştatında, Texnologiya Universitetində çalışan Uğur Abdullayev isə Bakı Dövlət Universitetinin yetişdirməsidir. O, qeyri-xətti xüsusi törəməli sistemlərin tədqiqi ilə məşğuldur. Mehparə xanımın "Özününizamlama nəzəriyyəsinin tədqiqatçısı" oçerki Azərbaycan aliminin elmin yeni sahəsi - sinergetikadakı uğurlarından ətraflı məlumat verir. Qeyri-xətti sistemlərin öyrənilməsi müasir təbiətşünaslığın ən mühüm sahələrindən - biologiya fizika arasında olan ziddiyyətin aradan qaldırılması üçün zəmin yaradıb. Özününizamlama nəzəriyyəsi adlandırılan sinergetika biologiya, fizika, kimya riyaziyyatın kəsişməsində yaranan yeni bir elm sahəsidir. Bu elm sahəsi yenicə inkişafdadır. Lütfi Zadənin qeyri-səlis məntiq nəzəriyyəsi kimi onun da gələcəkdə təbabətdə, fiziologiyada yeni tətbiq sahələrini görəcəyik.

Uğur Abdullayev sinergetikanın köməyi ilə qeyri-xətti sistemlərdə özünütənzimləmə mexanizmlərini tədqiq edir böyük uğurlar qazanır. Təsadüfi deyil ki, Beynəlxalq Riyaziyyatçılar Birliyinin prezidenti, Oksford Universitetinin professoru Son Boll həmyerlimiz Uğur Abdullayevi xüsusi törəməli differensial tənliklər sahəsi üzrə dünyanın əsas eksperti adlandırıb.

Oçerkdən öyrənirik ki, Uğurun qardaşı Yalçın Abdullayev Amerikanın Oreqon Ştatında beyin fiziologiyası üzrə tədqiqatlarla məşğuldur. Qeyd edim ki, elm sahəsində öz sözlərini demiş ABŞ-da yaşayan bu alim qardaşlar Azərbaycanın müstəqilliyi uğrunda hələ lap gənc  yaşlarından mübarizəyə qoşulan, istiqlaliyyət uğrunda həbsxanaya düşmüş vətənpərvər şairimiz, Bakı Dövlət Universitetinin professoru olmuş Gülhüseyn Hüseynoğlunun övladlarıdır.  Yeri gəlmişkən, internetdə oxuduğum bir xəbər məni çox sevindirdi. Uğur Abdullayevin 15 yaşlı oğlu Məhəmməd Uğur ABŞ-da məktəblilər arasında keçirilən elm mühəndislik müsabiqəsinin 30 qalibindən biridir. Məhəmmədin biotibb mühəndisliyi, deterministik statistik analiz nominasiyası üzrə müsabiqəyə təqdim olunmuş işi riyaziyyatın tibdə tətbiqi ilə bağlıdır.

Məlumdur ki, XXI əsrdə təbii enerji mənbələrinin xeyli azalması gözlənilir. Odur ki, bəşəriyyət alternativ enerji mənbələrindən istifadə etmək qayğısına qalmalıdır. Bu istiqamətdə dünya alimləri geniş tədqiqat aparırlar. Günəş, külək, termal sular, termonüvə enerjisi üzərində tədqiqatlar diqqət mərkəzindədir. Qeyd edim ki, Azərbaycanda günəş enerjisindən hələ keçən əsrin 50-ci illərində istifadə edən qurğular yaradılmışdı. Bu aktual mövzu da M.Axundovanın hazırladığı bir sıra məqalələrdə ətraflı, çox sadə oxunaqlı dildə şərh olunmuşdur. Onun akademik Arif Həşimovla hazırladığı "Azərbaycan elminin bu günü sabahı", "Bərpa olunan enerji mənbələri" adlı müsahibələrində bu mövzu ətraflı işıqlandırılmışdır. Müsahibələrdən öyrənirik ki, əsrimizin 50-ci illərindən dünya energetikası əsasən nüvə reaktorlarının istehsal etdiyi enerji üzərində qurulacaq.

Kosmik təbiətşünaslıq cavan elm sahələrindəndir. Bu elm sahəsi torpaqların, təbii sərvətlərin, Yerin bitki heyvanat aləmini kosmosdan qlobal şəraitdə, kosmik sürətlə tədqiq edir. Belə bir aktual problem haqqında da M.Axundova oxucuları maarifləndirməyi özünün jurnalistlik borcu bilmişdir. Onun Azərbaycan SSR Kosmonavtika Federasiyasının sədri, texnika elmləri doktoru Tofiq İsmayılovla "Kosmik tədqiqatlar xalq təsərrüfatı" adlı geniş müsahibəsi bizi bu problemlərlə ətraflı tanış edir.

"Xatirələrdə yaşayan insan" oçerki çox faciəli şəkildə həlak olmuş, kosmik tədqiqatlar sahəsindəki fəaliyyətinə görə Azərbaycan Dövlət Mükafatına, Əməkdar elm xadimi adına layiq görülmüş, Sialkovski, Korolyov, Qaqarin adına medallarla təltif olunmuş Tofiq İsmayılovun həm elmi fəaliyyətinə, həm əziz xatirəsinə həsr olunmuşdur.

Mühacir Azərbaycan ədəbiyyatının bənzərsiz nümayəndəsi, bu günədək milliyyəti mübahisə doğuran Məhəmməd Əsəd bəy, Qurban Səid, hətta Nissimbaum kimi tanıdılmasına cəhd edilən Məhəmməd Əsəd bəy haqqındakı yazıda Mehparə xanım müxtəlif mənbələrə üz tutmuş, araşdırmalar aparmışdı. Respublikamızda Məhəmməd Əsəd bəyin irsini öyrənən mütəxəssislərdən filologiya elmləri doktoru Zeydulla Ağayevlə, professor Həsən Quliyevlə söhbətlər edərək "Mühacir ədəbiyyatının görkəmli nümayəndəsi" yazısında respublikamızda geniş dairələrdə o qədər tanınmayan, 25 ildə 24 dəfə "Əli Nino" əsəri ABŞ-da nəşr olunan Məhəmməd Əsəd bəyi bizlərə tanıdır. Yazıdan öyrənirik ki, cəmi 37 il yaşamış Məhəmməd Əsəd bəy 20- yaxın əsərin müəllifidir. Bu günədək həmin əsərlərin 6- Azərbaycan, 9-u isə rus dilində Qafqazın Strateji Tədqiqatlar İnstitutu tərəfindən nəşr edilmişdir.

"Azərbaycan alimi dünya arenasında" yazısında biz alimlər ailəsi kimi tanınan Babayevlərin Amerikada yaşayan bir üzvü  Cahangir Babayevin elm yollarındakı fəaliyyəti ilə tanış oluruq. "Səsdən böyük sürətlə uçan üçbucaqşəkilli təyyarə qanadının qeyri-xətti nəzəriyyəsi" mövzusundakı namizədlik dissertasiyasını SSRİ EA-nın Mexanika Problemləri İnstitutunda keçən əsrin 50-ci illərində uğurla müdafiə edən Cahangir Babayevin tədqiqatları elə o zamanlardan dünya alimlərinin diqqətini cəlb edib, onun yeni nəzəriyyəsi elm aləmində çox böyük əks-səda doğurub.

30 il Azərbaycan EA-nın Kibernetika İnstitutunda işləyən texnika elmləri doktoru Cahangir Babayev 10 ildən çox ABŞ-ın Kolorado ştatındakı Boulder Universitetində Elmi-Tədqiqat Mərkəzində çalışmışdır. ORSA mükafatına layiq görülmüş Cahangir müəllim həm ABŞ-da apardığı elmi tədqiqat işlərinə görə 2 patentin müəllifidir.

 Qeyd edim ki, "Elm həyat" jurnalında çap olunmuş oçerklər əsasən redaksiyanın tapşırığı ilə hazırlanan materiallardır. Lakin kitabda jurnalistin öz qəlbinin diktəsi ilə yazılan materiallar da vardır. Qəlbin diktəsi ilə yazılmış oçerklərdən biri tanınmış oftalmoloq, akademik, Əməkdar elm xadimi, tibb elmləri doktoru Zərifə Əliyeva haqqındadır. İctimai Radionun Maarifçilik departamentindən Zərifə xanım haqqında material sifariş ediləndə, Mehparə xanıma bu ziyalı insan haqqında yazmaq çətin olmadı. Ötən əsrin 70-ci illərində anası Hürü xanım gözləri ilə əlaqədar xəstəxanada müalicə olunurdu. O vaxtlar Zərifə xanımı bir həkim kimi görmək, tanımaq ona müyəssər olmuşdu. Odur ki, Zərifə xanım xatirində xəstələrlə qeyri-adi səmimi rəftar edən, yalnız dərmanla deyil, həm qayğı, nəvaziş göstərməklə, cavanla cavan, yaşlı ilə yaşlı kimi davranan, müalicə edən bir həkim kimi qalmışdı. Müəllifin "Böyük alim, xeyirxah insan" yazısında oxuyuruq: "Onunla söhbət  edən hər kəs saflaşır daxilən zənginləşirdi. Bu mənəvi zənginlik ona dünyaya göz açdığı müqəddəs Əziz Əliyevin ailə ocağından gəlirdi"/

"Həqiqi həkim olmaq odur ki, o xəstənin əzabını öz şəxsi əzabı kimi qəbul etsin. Sağalmış insanın gülərüzü, şadlığı həkim üçün ən böyük mükafat, şərəfdir". Bu sözlər isə akademik Zərifə Əliyevaya məxsusdur.

5 səhifəlik oçerkdə Mehparə xanım Zərifə xanımın çoxsahəli elmi həkimlik fəaliyyətini hərtərəfli işıqlandırmışdı. Zərifə xanımla işləmiş həmkarlarının onun haqqında xatirələrini oxuyan hər kəs "İridodiaqnostika" "İridodiaqnostikanın əsasları" əsərlərinin müəllifi Zərifə Əliyevanın oftalmologiya sahəsində qazandığı uğurlar haqqında ətraflı məlumat alır. Zərifə xanım elm aləminə gətirdiyi ən böyük yeniliklərə - peşə oftalmologiyasının tədqiqinə alınmış nəticələrə görə SSRİ EA-nın Averbax adına mükafatına layiq görülmüşdür.

Oçerkin ən mənalı sətirləri isə Ulu Öndərimiz Heydər Əliyevin ömür-gün yoldaşı Zərifə xanım haqqında dediyi sözlərdir:

"Ömür yoldaşım kimi, həyatımda keçdiyim yolda mənə həmişə dayaq, arxa olduğuna görə, ailə həyatımı xoşbəxt etdiyinə görə Zərifə xanım mənim üçün çox əzizdir... Zərifə xanımın məzarı qarşısında baş əyirəm, mən onu bir dəqiqə unutmuram unutmayacağam".

Nakam taleli alimlər Mehparə xanımın jurnalist fəaliyyətində xüsusi yer tutur. O, 100-ə yaxın azərbaycanlı alimin həyatına yaxından nəzər salarkən onların həyat yaradıcılığını öyrənərkən həm qürur hissi keçirmiş, həm bəzilərinin faciəli həyatını sanki özü yaşamalı olmuşdur. Azərbaycanda  dilçiliyin əsasını qoyan alimlərdən biri - Bəkir Çobanzadə haqqında "Tanrıdan yaxşı ölüm istəyən alim" oçerkində geniş məlumat verilmişdir.    

"Azərbaycanda XIX əsr ictimai fəlsəfi fikir tarixindən" adlı monoqrafiyasında Şeyx Şamil hərəkatı haqqında obyektiv fikir söylədiyinə görə M.C.Bağırov tərəfindən kəskin tənqid edilərək, özünü intihar etmək dərəcəsinə çatdırılan Heydər Hüseynovun keşməkeşli həyatı "Fəlsəfə tarixinin görkəmli araşdırıcısı" adlı oçerkdə öz əksini tapmışdır.

"Yarımçıq qalmış ömür" görkəmli ədəbiyyatşünas, maarif xadimi, üç cildlik "Azərbaycan türklərinin ədəbiyyatı" əsərinin müəllifi Firidun bəy Köçərlinin faciəli taleyi bizi XX əsrin əvvəllərində bolşeviklərin Azərbaycan ziyalılarının başına gətirdiyi müsibətlərdən xəbərdar edir.

"Ömrü yarıda qalan memar" sərlövhəli oçerk çoxlarının tanımadığı, lakin bir çox məşhur tikililərin, o cümlədən "Təzə Pir" məscidinin memarı, Azərbaycan Xalq Cümhuriyyəti dövründə Bakının baş memarı olmuş, ilk dəfə şəhərimizin baş planını işləyib hazırlamış Zivər bəy Əhmədbəyovun memarlıq fəaliyyətindən, faciəli ölümündən bəhs edir.

"Yeniliyə can atan ədəbiyyatşünas" oçerkində isə hələ sağlığında yaradıcılığı birmənalı qarşılanmayan, daim tənqidlərə məruz qalan filologiya elmləri doktoru, professor, tənqidçi, tərcüməçi kimi tanınmış Mikayıl Rəfilinin həyat elmi fəaliyyətindən söhbət açılır.

"Azərbaycanın Ziyası"  adlı məqalə Azərbaycanın Yaxın Şərq tarixinin orta əsrlər dövrünün ən görkəmli tədqiqatçılarından biri olan akademik Ziya Bünyadova həsr olunmuşdu. İkinci Dünya müharibəsində faşist gülləsinə tuş gəlməyən, Sovet İttifaqı Qəhrəmanı, Vətən, Qarabağ dərdini ürəyində daşıyan el ağsaqqalı, deputat, akademik Ziya Bünyadovun məhz vətəni Azərbaycanda faciəli ölümü Mehparə xanımı da sarsıtmışdı. Ziya müəllimlə bir neçə dəfə yaxından təmasda olan jurnalist ona olan ehtiramını qələmi ilə bildirməyə çalışmışdır. 6 səhifəlik oçerkdən oxucu Ziya Bünyadovun mərd obrazı ilə yanaşı, tarix elmindəki sanballı yaradıcılığı ilə tanış olur.

Üzümüzə gələn il Həsən bəy Zərdabi tərəfindən əsası qoyulmuş mətbuatımızın 140 ili tamam olur. M.Axundovanın elmi mövzuda yazan bir çox həmkarlarımızla bərabər, bu mətbuat bayramında özünün "Elm xəzinəsini zənginləşdirənlər" məqalələr toplusu ilə sevinməyə haqqı vardır. Mehparə xanım bütün mənalı həyatını elm adamlarının həyat fəaliyyətini araşdırmağa həsr edən, onları biz oxuculara tanıtdıran hərtərəfli biliyə malik bir jurnalist - ziyalıdır.

Mən deyərdim ki, M.Axundovanın görkəmli Azərbaycan alimlərinə həsr etdiyi oçerklərin hər biri elmi jurnalistikamızın ən gözəl nümunələrindəndir.

 





31.10.2014    çap et  çap et