525.Az

"Bu təşkilatların əsas məqsədi çirkin niyyətlərini həyata keçirməkdir"


 

"Bu təşkilatların əsas məqsədi çirkin niyyətlərini həyata keçirməkdir"<b style="color:red"></b>

"Ümumiyyətlə, "Freedom House", Soros Fondu kimi təşkilatların Azərbaycana qarşı sanksiyaların tətbiq edilməsinə dair çağırış etməsinin mahiyyəti ölkəmizdə hər kəsə məllumdur".

Belə bir açıqlama ilə Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, millət vəkili Musa Quliyev çıxış edib. Onun sözlərinə görə, bu təşkilatlar yüksək sürətlə inkişaf etməkdə olan ölkələrdə öz təsirini daim saxlamaqdan ABŞ-ın bəzi qüvvələrinin maraqlarının ifadə etməkdən ötrü şəbəkələrini yaradırlar, eləcə müəyyən qrant layihələri verməklə s. ölkənin daxilində müəyyən təxribatçı hərəkətlər törətməyə çalışırlar:
 
"
Bu qurumlar başqa ictimai təşkilatlar vasitəsilə ictimai-siyasi basqılar törətməyi planlaşdıran bir təşkilatdır. Məhz buna görə "Freedom House" Soros Fondunun hər hansı müsbət əməlindən danışmaq bunu gözləmək doğru olmazdı. Bu təşkilatların istənilən addımları öncədən düşünülmüş, planlaşdırılmış saxtalaşdırılmış addımlardır". M. Quliyev hesab edir ki, "Freedom House" Soros Fondunun əsas məqsədi ölkə daxilindəki anti-milli qüvvələri tapıb, öz ətrafında birləşdirib, onları maliyyələşdirərək öz çirkin niyyətlərini həyata keçirməkdir: "Beləcə, onların hansısa aksiyasını, tədbirini, layihəsini xüsusi bir təəccüb narahatçılıqla qarşılamağa ehtiyac yoxdur. Son 20 ilə yaxın müddətdə onlar hər dəfə Azərbaycana maddi təsirlər göstərmək istəyib, amma bunların hər biri iflasa uğrayıb heç bir nəticə verməyib.

Azərbaycan
xalqı öz iqtidarına, Prezidentinə dövlətçiliyinə inanır. Bu təşkilatlar yaxşı olardı ki, gedib özlərinin obyektlərini başqa ölkələrdə yerlərdə axtarsınlar".

Böyük Qurtuluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa isə deyib ki, Vaşinqtonda "Freedom House" Soros Fondunun  Azərbaycanda insan haqlarının vəziyyəti ilə bağlı müzakirələr keçirməsi ənənəvi olaraq Azərbaycana təzyiq üçün düşünülən addımlardan birdir. Partiya sədri hesab edir ki, bu müzakirələrin Azərbaycan Ermənistan prezidentlərinin Paris görüşünə elə bir aidiyyatı olmadığını əlavə edib:

"
Azərbaycan Ermənistan prezidentlərinin görüşü Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi üçün növbəti görüşlərdən biridir. "Freedom House" Açıq Cəmiyyət Fondunun Azərbaycanda insan haqlarının vəziyyəti ilə bağlı müzakirələri isə Azərbaycana təzyiq üçün düşünülən addımdır. Bu müzakirələrin eyni gündə keçirilməsini təsadüf kimi qiymətləndirirəm".

Millət vəkili qeyd edib ki, Azərbaycanın əsas problemi Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsidir:
 
"
Bu məsələni Azərbaycan Prezidenti İlham Əliyev ən yüksək səviyyədə dünya ictimaiyyətinin diqqətinə çatdırır, danışıqlar prosesində ölkəmizin mövqeyini yüksək səviyyədə ifadə edir. Ona görə belə çağırışlar, gündəlikdir. İnsan haqları mövzusunda Azərbaycanın üzərinə gəlmək başqa mövzularda təzyiq etmək məqsədi güdür. Bura həm iqtisadi mənfəət əldə etmək, həm təzyiq aiddir. Ona görə Azərbaycan öz yolu ilə getməli, bu kursu uğurla davam etdirməlidir".

Millət vəkili Asim Mollazadə isə bildirib ki, bütün baş verənlərin hər biri təhlil olunmalı məqsədlərə ciddi önəm verilməlidir. Bu addımın nəyə görə atıldığı araşdırılmalıdır:
 
"
Bu təşkilatların arxasında Avropada, Fransada fəaliyyət göstərən erməni təşkilatlarının dayandığı istisna deyil. Təbii ki, sözügedən təşkilatlar Ermənistanın sülh istiqamətində addım atmamasını pərdələmək üçün dinləmələr keçirə bilərlər. Çox güman ki, onların bu dinləmələri keçirməkdə israrlı olmasının arxasında "Amnesty İnternational" təşkilatının Ukraynadakı hadisələrlə bağlı verdiyi bəyanatlar da dayanır".

PƏRVANƏ

 





31.10.2014    çap et  çap et