525.Az

Yuğ Teatrında "Naməlum Axundzadə" nümayiş etdirilib


 

Yuğ Teatrında "Naməlum Axundzadə" nümayiş etdirilib<b style="color:red"></b>

Yuğ Dövlət Teatrında M.F.Axundzadənin komediyaları "Kəmalüddövlə məktubları" traktatı əsasında hazırlanmış "Naməlum Axundzadə" tamaşası nümayiş olunub.
 
Teatrın mətbuat xidmətindən "525"ə bildirilib ki, tamaşaya baxan mədəniyyət turizm naziri Əbülfəs Qarayev sonra teatrın kollektivi ilə söhbət edib.

Nazir teatrın Azərbaycan teatr məkanında yerini, yaradıcılıq axtarışlarını yüksək qiymətləndirib. O, həmçinin Yuğ Teatrını qoruyub-saxlamağın, buradakı yaradıcılıq prosesinin stimullaşdırılmasının vacibliyini vurğulayıb teatrın daha geniş arealda tanınması, beynəlxalq festivallarda qastrollarda ölkəmizi təmsil etməsi üçün Mədəniyyət Turizm Nazirliyinin həmişə köməyə hazır olduğunu bildirib. Nazir, həmçinin teatrın maddi-texniki bazasının, işıq səs avadanlığının təkmilləşdirilməsinin mühüm bir məsələ kimi gündəmdə olduğunu qeyd edib. Teatrın rejissoru Gümrah Ömərin quruluşunda hazırlanmış "Naməlum Axundzadə" tamaşasını klassik irsə müasir yanaşma baxımından yüksək qiymətləndirən nazir teatrın repertuar siyasəti, tamaşaların nümayişi, reklam-təbliğat işləri digər məsələlərlə bağlı öz dəyərli məsləhətlərini verib kollektivə yaradıcılıq uğurları arzulayıb.

S.ABDULLAYEVA

 





31.10.2014    çap et  çap et