525.Az

Poroşenko baş nazir vəzifəsinə yenidən Yatsenyukun namizədliyini irəli sürəcək


 

Poroşenko baş nazir vəzifəsinə yenidən Yatsenyukun namizədliyini irəli sürəcək<b style="color:red"></b>

Ukrayna prezidenti Petro Poroşenko öz blokunun deputatlarını baş nazir vəzifəsinə Arseni Yatsenyukun namizədliyini dəstəkləməyə çağırıb.

APA-nın “Ukrainskaya pravda” saytına istinadən yaydığı xəbərə görə, P. Poroşenko millət vəkilləri ilə görüşündə onları koalisiya sazişinin müddəalarının tam razılaşdırılması şərtilə hazırkı baş nazir A. Yatsenyukun bu vəzifədə qalmasına dəstək verməyə çağırıb.
 
Dövlət başçısı baş nazir vəzifəsinə Vladimir Qroysmanın namizədliyini təqdim etməsi üçün çoxlu təkliflər aldığını, lakin ölkədə birliyi qorumaq üçün A. Yatsenyuku dəstəkləmək qərarına gəldiyini söyləyib. O, “Poroşenko bloku”nun parlament seçkilərinin qalibi olduğunu da vurğulayıb. Belə ki, blokun 132 deputatına 18 bitərəf deputat da qoşulub.

 





31.10.2014    çap et  çap et