525.Az

"Kompüter-qayış" heyvanlarla ünsiyyəti asanlaşdıracaq


 

"Kompüter-qayış" heyvanlarla ünsiyyəti asanlaşdıracaq<b style="color:red"></b> ABŞ-ın Şimali Karolina Universitetinin alimləri kompüterin köməyi ilə insan və it arasında qarşılıqlı anlaşma və qarşılıqlı təsiri yaxşılaşdırmağa çalışıblar.

Bu barədə Trend İTAR-TASS-a istinadən xəbər verir.

Bu məqsədlə onlar kompüter platformasının qüvvədə olan modelini yaradıblar. Onların sözlərinə görə, bu,
insana və heyvana hətta bir-birilərini görmədən, uzaqdan ünsiyyət qurmağa kömək edəcək.

Bu platforma müxtəlif tənzimləyicilərlə itin döş qayışı formasında hazırlanıb. Onun köməyi ilə insan daim itinin nə etdiyini biləcək.

Alimlərin sözlərinə görə, qurğu itin nəbzi və bədən temperaturundan fiziki, hətta stress və ya sevincli olma əlamətlərinə qədər emosional vəziyyətini müşahidə etməyə imkan verir. Öz növbəsində, itin bələdçisi döş qayışına quraşdırılıb keçirilmiş dinamiklərin və vibratorların köməyi ilə siqnal və komandalar verə bilər.

Bu sistemi yaradanlar hesab edirlər ki, qurğu özünə müxtəlif profilli xidmət itlərinin təlimindən ev itlərinin
tərbiyəsinə qədər ən müxtəlif tətbiq sahələri tapacaq.
 





31.10.2014    çap et  çap et