525.Az

Oqtay Əsədov Litva səfirini qəbul edib


 

Oqtay Əsədov Litva səfirini qəbul edib<b style="color:red"></b>

Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov Litvanın Azərbaycanda yeni təyin olunmuş səfiri Valdas Lastauskası qəbul edib.

MM-dən APA-ya verilən məlumata görə, O. Əsədov görüşdə bildirib ki, V. Lastauskas  Azərbaycan-Litva əlaqələrinin daha da möhkəmlənməsi  üçün səfir kimi  öz qüvvə  və bacarığını əsirgəməyəcək. O qeyd edib ki, müstəqil Azərbaycan Litva ilə əməkdaşlığın daha da  dərinləşməsində  maraqlıdır:
 
“Dövlət başçılarının  qarşılıqlı səfərləri zamanı aparılan danışıqlar, ölkələrimiz arasında imzalanmış sənədlər münasibətlərimizin gələcək inkişafı üçün yaxşı zəmin yaradıb”.
 
Sədr hər iki ölkənin parlamentlərində dostluq qruplarının fəaliyyət göstərməsini təqdirəlayiq hesab edib.
 
V. Lastauskas Azərbaycanda diplomatik fəaliyyəti dövründə ikitərəfli əlaqələrin daha da inkişafı üçün səylərini əsirgəməyəcəyini deyib.

O bildirib ki, parlamentlərarası əlaqələrin genişləndirilməsi, qarşılıqlı iqtisadi əməkdaşlığın gücləndirilməsi günün tələbidir.

 





31.10.2014    çap et  çap et