525.Az

Biabırçılıq! Azərbaycandakı mundialda qız əvəzinə oğlan oynayıb


 

Biabırçılıq! Azərbaycandakı mundialda qız əvəzinə oğlan oynayıb<b style="color:red"></b>

Sentyabrın 22-dən oktyabrın 13-dək Azərbaycanda keçirilən 17 yaşadək qızlar arasında dünya çempionatında ilginc hadisə qeydə alınıb.

Qol.Az saytının yaydığı xəbərə görə, bununla əlaqədar Bolqarıstan mətbuatı sensasiyalı məlumat yayıb. Bildirilib ki, çempionatda inanılmaz fırıldaq gerçəkləşib.

İddia olunub ki, Qana millisinin yarımfinala qədər irəliləməsi heç də qaydalar çərçivəsində olmayıb. Bolqarıstanlılar iddia edirlər ki, Qana yığmasının aparıcı futbolçularından olan Vida Opoku əslində qız yox, oğlan imiş. “Levski” klubunun üzvü olan futbolçu ölkəmizdəki yarışa Aqyemanq Opoku adı ilə gəlib.

Xeyli vaxtdır Sofiya təmsilçisinin düşərgəsindən qaçan 23 yaşlı futbolçu bu müddətdə həm cinsini, həm də yaşını dəyişdirib, ölkəsinin qızlar yığmasına kömək etməyə qərar verib. Bu fırıldağın üstü açılmadığından, Vida mundialda 6 oyun keçirib.

Futbol mütəxəssisləri Aqyimanq və Vidanin xarici görüşünün eyni olmasından başqa, eyni üslubda oynadıqlarını da iddia edirlər. Onlar Vida Opokunun Aqyemanq Opoku olmasına inamlarını Afrikada belə halların yayılması ilə izah edirlər.

Çünki bir neçə il əvvəl Ekvatorial Qvineyanın 2 futbolçusu eyni addımı atmışdı.

 





15.11.2012    çap et  çap et