525.Az

“Qardaş qələmlər”in daha bir sayı


 

DƏRGİNİN YENİ SAYINDA AYB KATİBİ RƏŞAD MƏCİDİN 50 İLLİYİ İLƏ BAĞLI YAZILARA XÜSUSİ YER AYRILIB

“Qardaş qələmlər”in daha bir sayı<b style="color:red"></b>

Bu yaxınlardaQardaş qələmlərdərgisinin sentyabr sayı işıq üzü görüb. Jurnal baş redaktor Ali Akbaşın annotasiyası ilə açılır: “Qardaş qələmləryeni könül qələm qardaşlıqları qurmağa davam edir. Dərgimizdə sovet dönəmində yaşayan Qazaxıstanın görkəmli yazıçılarından biri- Berdibek Sokbakbayevin 90 illiyi münasibətilə hazırladığımız xüsusi bölümlə tanış olacaqsınız.

Digər bir özəl bölüm isə dəyərli dostumuz, Azərbaycan Yazıçılar Birliyinin idarə heyətinin üzvü katibi Rəşad Məcidə həsr olunub. Azərbaycan Yazıçılar Birliyinin olduğu qədər Avrasiya Yazarlar Birliyinin fəaliyyəti üçün əməyini əsirgəməyən Rəşad Məcidin 50 illik yubileyi münasibətilə yazılmış yazıları sizlərlə paylaşırıq. Bu sayımızdakı dəyərləndirmə yazılarından sonra keçən ay yayımladığımızOn sentyabrhekayəsini yenidən oxumağınızı tövsiyə edirik. Dostluğu bizim üçün bir xəzinə olduğu kimi qələmi, ürəyi Azərbaycan bütün türk dünyası üçün böyük bir dəyər olan Rəşad Məcidə bundan sonra da uzun, sağlam ömür məhsuldar ədəbi həyat arzulayırıq. Əziz dost, “Dəlicəsinəsev eləcə yaşa!”

Baş redaktorun yazısını Türkməneli-İraqdan olan şair Kamal BayatlınınMədəniyyət ritmidavam etdirir.

Qırğızıstanın tanınmış şairlərindən Markabay Aamatovun həyat yaradıcılığına da dərgidə yer ayrılıb.

Qərbi Trakyadan Rəhmi Əlininfotolara baxarkən-1” silsiləsindən ilk yazısı da bu sayda oxuculara təqdim olunub.

Böyük qazax yazıçısı Berdibek Sokbakbayevin həyat yaradıcılığı haqqında Malik Otarbayevin tərcüməsində  Amangəldi Kenşılıkuli, Akim Tarazi, Damira İbrahim, Tınımbay Nurmağambetovun yazıları yubilyarınAna ürəyihekayəsi jurnalda öz əksini tapıb.

Ömər Kiçikməhmətoğlunun Altay İnstitutunun əməkdaşı, professor Nadejda Tıdıkovadan götürdüyü müsahibədə Altay dili, türkoloji məsələlər, şaman ritualları sair mövzular işıqlandırılıb.

Günel AnarqızınınAğachekayəsi jurnalın sentyabr sayında oxucuların ixtiyarına verilib.

Tatarıstandan Fərid YahininMübarək nənələrin duasıadlı hekayəsi dərgidə yer alıb.

Rəşad Məcidin 50 illik yubileyi münasibətilə jurnaldakı xüsusi bölüm akademik İsa HəbibbəylininBütün yönləri ilə yaradıcı Rəşad Məcidyazısı ilə açılır: “Çoxcəhətli yaradıcılıq fəaliyyətinə malik olan, şeir , hekayə yazan, publisistik məqalələrini , ədəbi-tənqidi yazılarını müsahibələrini geniş ictimaiyyətə təqdim edən Rəşad Məcidin fəaliyyətində ən uzunömürlü sahə publisistikadır. Özünün etiraf etdiyi kimi, o, hələ 1988-ci ildən ilk məqalələrini çap etdirdikdən bu günə qədər publisistika ilə ardıcıl şəkildə məşğul olmaqda davam etməkdədir. Əgər 1993- ildəMərhəmətjurnalının əlavəsi, yaxud xüsusi buraxılışı olaraq çap etdirdiyiHələ ki, vaxt varadlı şeirlər kitabında toplanan bir qədər sonralar yazıb uzun illər mətbuata çıxarmadığı şeirlərini 2004- ildə nəşr olunan əsərlərinin “10 sentyabradlı külliyyatında oxuculara çatdırmasaydı, Rəşad Məcidin şeir yaradıcılığı keçici bir ovqatın ifadəsi kimi düşünülərək hər halda arxa planda qalmalı olacaqdı. “Hələ ki, vaxt varşeirlər kitabına yazdığıOn il əvvəlin toplusuadlı müqəddimədə etiraf etməli olduğu kimi,  məktəb yaşlarında ikən yaşadıqları binanındəmir çərçivəli pəncərəsindənbaxarkən evdən həyətə, genişliyə çıxmaq arzusunun bədii ifadəsi kimi tumurcuqlayan ağaclar, uzaqdakı qarlı dağlar, torpağımızın bənzərsiz gözəllikləri haqqında qoşduğu misralar formalaşaraq tər-təmiz poeziya nümunələrinə çevrilib”.

Xalq yazıçısı Elçinin təbrik mesajı da bölümdə təqdim olunub: “Əzizim Rəşad!.. Mənim üçün çox xoşdur ki, sənin yaradıcılığın da, fəaliyyətin şəxsiyyətinlə üst-üstə düşür bu mənada əlli yaşlarımız arasında çox azsaylı əsl ziyalılardan birisən”.

Xalq yazıçısı Anarın yazdığıƏlvida 50, salam 51 yazısıda xüsusi bölümdə yer alıb: “...Rəşad Məcidin yaratdığı rəhbərlik etdiyi Gənc Ədiblər Məktəbi  ədəbiyyatımıza neçə-neçə istedadlı cavanı gətirdi. Yazar kimi , şəxsiyyət kimi Rəşadın məziyyətləri az deyil... Rəşad dostluqda etibarlı, rəğbətlərində sabit, münasibətlərində dəyişilməzdir. Həm ən incə mətləbləri duya bilən həssas insandır”.

Mətbuat Şurasının sədri Əflatun Amaşov Rəşad Məcidin xüsusi təqdimata ehtiyacı olmadığını yazısında vurğulayıb: “Onunla yaxınlıqda təmtərağa ehtiyac duyulmadığı kimi, onu xüsusi təqdim etməyə zərurət yoxdur. Adı çəkiləndə gözlər önündə bir çox dəyərlər canlanır. Ədəbi, bədii mühitimizdə, jurnalistikamızda olan hər kəs o dəyərləri sadalayaraq Rəşad Məcidin portretini cıza bilər”.

Sevinc MürvətqızınınYüzü yarı edən Rəşad Məcidin özü, sözü düzü  yazısında yubilyarın şəxsiyyəti, yaradıcılığı müxtəlif yönlərdən təhlil olunub, ona ünvanlanan arzular öz əksini tapıb: “...Əsrin tən yarısında olan Rəşad Məcidin elə bu şövqlə, bu dəlicəsinə istəklə 100 yaşa çatacağına mənim hələ neçə-neçə belə yubiley yazıları yazacağıma bu vəfa borcunu tam ödəyəcəyimə ümid edirəm. “Borclu borclunun sağlığını istəyər” – misalını bu mətləbə calasam, kimsəyə bir ziyanı dəyməz, düşünürəm. Mənəvi cəhətdən borclu olduğum Rəşad Məcidin bundan sonra da ən azı indiyəcən yaşadığı qədər sağlığını arzulayıram...”

Tatarıstanın paytaxtı Kazanda keçirilən Türk dünyası Ədəbiyyat Dərgilərinin Konqresi haqqında materiallara daQardaş qələmlərin bu sayında geniş yer ayrılıb.

S.MÜRVƏTQIZI

 





03.11.2014    çap et  çap et