525.Az

Zəmanə sirrinə vaqif olanda


 

KAMAL ABDULLANIN “SİRRİ-ZƏMANƏ” KİTABI ÜZƏRİNƏ QEYDLƏR

Zəmanə sirrinə vaqif olanda<b style="color:red"></b>

Ədəbiyyat konteksti. Yazıçı mühiti. Kamal Abdulla məndaim bir-birimizin yanındayıq. O yazır, mən yozuram. “Yozduğumuo yenə yazır... Təbii, burda özmənimi ictimailəşdirirəm; ədəbi tənqid, ədəbi ictimaiyyət, elə ümumən ictimaiyyət mənasında.

Labirintkitabı çıxanda yazmışdım: “Birincidən sonra (“Hekayələr”, 2008) Kamal Abdullanın ikinci hekayələr toplusu çıxdı: “Labirint” (“Qanun”, 2012); romançı kimi tanıdığımız yazıçı özünü hekayəçi kimi təsdiq etdi...” budur, Kamal Abdullanın hekayələrdən ibarət daha bir kitabı: “Sirri-zəmanə” (“Mütərcim”, 2014) həmin yozumu bir daha təsdiqləyir...

Labirinthaqqındakı yazı (“Kamal Abdullanın metafizik labirinti”) belə anlamışdım ki, Kamal Abdullanın xoşuna gəlmişdi. hətta bu sözləri cızıqlamışdı:

Tehran, axşamın xeyir. Yazını oxudum. Sənə təşəkkür edirəm. Sənin duyumun məni heyrətləndirdi sevindirdi. O şeylər ki, mən düşünürdüm, onu birbəni-adəmhiss edə bilməyəcəkdir heyfslənirdim, sən onları görmüsən. Sən həqiqətən , mükəmməlsən. Əhsən bir təşəkkürlər.

Dostun Kamal Abdulla.

10.01.2013”.

Amma sirri-Xudamı, Ann.az Kult.az saytlarında yayımlanan o yazının elə bir səs-sədası, tutarı-filanı olmadı. Çox demirəm; deyək, nəşriyyatlar piar niyyətilə, K.Abdullanın kitablarının üz qabığını bəzərkən, məsələn: R.Rövşəndən, M.Süleymanlıdan, A.Talıbzadədən, S.Sarvandan, E.Başkeçiddən gözəl-gözəl sitatlar tapıb-verir... Qısqanclığım tutur, əlbəttə. Amma yox, Xudanın bəndədən sirri? Həm sirri-Xuda ” – yazıçı Elçinin maraq predmetidir. “Sirri uyduran bəndələrdir, nədisə buməhzsirri-zəmanədir, yazıçı Kamal Abdullanın maraq dairəsində olan məsələdir...

Təzə kitabını daSirri-zəmanəadlandırması əbəsmi?

lll

İndilikdəSirri-zəmanəni Kamal Abdullanın hekayələr külliyyatı hesab eləmək olar; çün mənə bəllisi, mətbu hekayələrinin cəmisi toplanıb burda. Həm silsilələr üzrə: “Sehrbazlar dərəsisilsiləsindən (“Qərar”, “İlişin qayıtmağı”),  Parisin seçimisilsiləsindən (“Son gəliş”, “Xaron, mərhəmətli Xaron”, “Dəvə yağışı”, “Adaşlar”, “Parisin seçimi”, “Çəngəl çiçəyi”, “Gülü qah-qah xanımın nağılı”), “Labirintsilsiləsindən (“İstintaq”, “Ay işığı”, “Kamera teatrı”, “Üçrəng pişik balası”, “Bir yay axşamı”, “Sirri-zəmanə”, “Labirint”, “Pəncərə”, “Bir sevgi hekayəti”), “Bilgə əhvalatlarısilsiləsindən (“Qədiməli kişi onun bülbülü”, “Köhnə məhlə”, “Tumsuz nar”, “Uca qaya başında”), “Balaca həyətin həngamələrisilsiləsindən (“Çil-çil toyuq”, “Dünyanın ən ucaboylu karliki”, “Mənə uçmağı öyrət”), “Səhvlərimizin qrammatikasısilsiləsindən (“Qədim mayyalara cavab”, “Korneliusun ölümü”, “Platon, deyəsən, xəstələnib...”, “Asiman Zəminə”, “Atama deyin ki, mən xoşbəxtəm...”, “Səhvlərimizin qrammatikası”, “Vakxanaliya mövsümündə Çalıquşu”, “Kölgə”). Bəzisində ikicə hekayə var, bəzisində iki o qədər, üç o qədər; ammasilsiləsindən” –  yəni həm o deməkdir ki: bitməyib, yenə var, yanaşı-paralel mövcuddur, yazılır...

Xatırlatdığım yazıda mən S.Sarvanın ardınca Kamal Abdulla hekayələrini ardıcıl, diaxron planda oxumağa cəhd etmiş, hardasametafizikasına gəlib-çıxmışdım zənnimdə: 1. Labirintə qədərkiHekayələr”... 2. “Labirintin içində... 3. Labirintin çölündə (“Bilgə əhvalatlarısilsiləsi)... İnsan həyat ölüm, varlıq yoxluq, sevgi özgəlik... arasındakı labirintdə. Hətta ədəbiyyatın bu əbədi temasıəbədiyyətin sirrinə varmaq niyyətiləSirri-zəmanəhekayəsinin qəhrəmanı qapı açıbbir zəmanədən özgə zəmanəyə adlamalı olur...

Təzə kitabında silsilələri yan-yanaşı (yanakı) düzməklə sanki Kamal Abdulla hekayələri indi bir üfüqi planda, sinxroniyada oxumağı israr edir. “...Hər əsrin, hər dövrün, hər ölkənin, hər kimsənin belə öz zəmanəsi var... Sirri-zəmanə öz dövründə, öz zəmanəsində üzə çıxdı. Üzə çıxan kimi onu tapdılar. Məsələ bitdi. O, bir şəxsin qisməti oldu. O biri zəmanələrdə sirri-zəmanənin özü yox idi, adı var idi. Axtaranlar onun özünü deyil, adını axtarıblar, sən daxil... Xoşbəxtliyin sirri, əgər tapılıbsa, o biri zəmanəyə keçə bilmir, elə öz zəmanəsində qalır...” (“Sirri-zəmanəhekayəsindən). “Labirintdən çıxıb, mənimcə, Kamal Abdulla biziöz zəmanəmizi dolaşmağa-gəzişməyə dəvət edir toplu(m)da...

lll

Sehrbazlar dərəsi silsiləsindənhər iki hekayəni mən ilk olaraqXəzərjurnalının 1996- il 2-ci sayında oxumuş, doğrusu, elə önəm verməyib, 1990- illərdə 1980-ci illərin əks-sədası, reminissensiyası kimi almışdım: “Qərarda bugünü  tarix vasitəsilə oxumaq (sırf realist tələbat) İlişin qayıtmağında dağılan quruluşun magik illüziyaları (dekadans oyunları)... İndiSirri-zəmanəhər iki mətn barədə mənə daha başqa şeylər deyir: “hakimiyyətadlı hardasa bir şirin-acı materiya var, magiyası qədər intiqamı da qurnazdırdadana əhsən, dadmayana rəhmət...; “qisas-intiqamdeyilən bəhrəsiz bir əməl var, bədəli günahından betər... – etirafa gələn yazıq, gəlməyən ... bütün bunlarınsirri”, habelə hələ qədər çözülməmiş bu sayaq müşküllərin açarı  heç uzaqda yox, yanımızda, Görükməz dağın ətəyindəkiSehrbazlar dərəsindədir (silsilənin adı aşkar bu ünvana, K.Abdullanın eyni adlı romanına işarə edir); hərzəmanəöz sehrbazı-yazarını istəyir ki, bunu yoza yaza...

lll

Parisin seçimi silsiləsindənhekayələr ümum-problemlərdən fərdin həqiqətinə, məhzseçimin morfologiyasına yön alır (Asif HacılınınKamal Abdulla: seçimin morfologiyasıadlı kitabı var)...

Eyniadlı əsəri mən günün ən məşhur hekayəsi kimi təsbitləmişdim; məxsusənLitqazetada dərc olunub, əks-səda qoparandan sonra. “Belə yazmaq olarmış!” – antik mifin ən sadə (!) dekonstruktəsi var burda. Paris çox asanca, göylərin məntiqinə zidd gedərək, almanı gözəllər gözəli Yelenaya deyil, Zevsin arvadı Heraya təqdim edir... Bir anlığaseçimin ləzzətlərini təsəvvür edirsizmi: nifaq-münaqişə dayanır, Troya müharibəsi-filan olmur   s... Hər şey necə mümkünmüş!

Bir çoxlarının ardınca mən bu qənaətdəyəm ki: “Dəvə yağışıbizdə son illərin (bəlkə bütövlükdə Azərbaycan ədəbiyyatının!) uşaqlar böyüklər üçün yazılmış ən gözəl nağılıdır. Virtual realiya təkcə balaca qəhrəmanınUşağın seçimi deyil ki,  külli-aləm elə əzəldən ovsun ecaz (dəvənin göz yaşı) üzərində qərar tutmayıbmı?! Dəyişən dildir hekayənin günümüzə yaraşan terminolojisi dürüst qənirsizdir: İnsasanlar ölkəsi, Damdabacalar küçəsi, virvizual dəvə, sansor idarəetmə, germetik təsəvvür, Çözüm Komissiyası, Ümumi sülh saatı s.

Çəngəl çiçəyihekayəsində, bilsəniz mənə ən çox xoş gəlir; “Bir qalanın sirrifilminin sonunda ki, elmin-məlhəmin gücüylə zülm tilsimin qurutduğu daşlar-qayalar da gül açıb- canlanır, eynən hekayədə insanın çiçəyə, çiçəklərin dönüb insanlara çevrilməsi texnologiyasının özü, yəni bədiiyyat... Qalanıideologiya məsələsidir; fironmu haqlıdır, kahinmi?; sözmü birincidir, zormu?; tarixmi gerçəkdir, sənətmi? – “sirri-zəmanədir, seçiminə bağlı...

Xaron, mərhəmətli Xaron  Gülü qah-qah xanımın nağılımənim seçimimdir; hekayələrdən birincisini ilk dəfə Tənqid.net jurnalının ilk, 1-ci sayında (2006), ikincisini isə 5-ci sayında (2008) vermişəm. Təkcə ona görə yox ki, jurnal təzə olduğu kimi, K.Abdullanın hekayəçilik tərzi tamam təzəydi; “Xaron, mərhəmətli Xaronhekayəsində biryaddaşməsələsi vardı, elə Tənqid.net yaddaşın sərhədində onu qırıb qayıtmaz yerlərə çıxmaq şövqündəydi... “Gülü qah-qah xanımın nağılı”, mənimcə, yalnız bizdə ola biləcək duzlu-məzəli, absurd, özün-özünlə oyun (“kişmiş oyunu”), şaqraq gülüş təzahürüdür; Tənqid.net-in 5-ci sayına çox yaraşırdı, belə ki, jurnalda hər istəsən vardısa da, bir yana çıxa bilmir, karuseldəki tək öz ətrafında fırlanırdı...

Adaşlarhekayəsində yazıçıoynayır”; amma bu, artıq məharətli şahmat oyunudur: yuxular gerçəklər, indi dünən, olanlar olmayanlar, ədəbiyyatın həyatın sərhəddi, real fərz olunan Kamal, o cümlədən Borxes mən müstəvisində... Həmin hekayə barəsində mən ayrıca yazmışam: “Borxessayağı Kamal Abdullayazısında (bax: Tənqid.net, № 5, 2008)   

lll

Mənimcə beləydi ki: Kamal Abdulla bir yazar olaraq həyatın hər gün qarşımıza çıxardığı hadisə, qavram, aktuallıqara çox da qane aludə olmayıb, öz mifoloji aləmini qurur... bu mülahizənin izinə düşərək, məhzLabirint silsiləsindənhekayələr əsasındaKamal Abdullanın metafizik labirintini təsəvvür təsvir etməyə çalışmışdım xatırlatdığım yazıda. Bu ki, K.Abdullaya görə: varlıq-həyat dediyimiz nədir? – yoxluq-ölüm bildiyimizin bu üzü, bizə görünən tərəfi; ölüm-yoxluq andığımız sandığımız bəs nədir? – həyat-varlıq sərhədinin o üzü, ha baxsaq da görəmmədiyimiz yönəmləri... Xatirə, nisgil yaşayırsan (varlıq), arxasında ayrılıq (yoxluq) durur (“Ay işığı”); elə dünən, keçmiş (yoxluq) vardır ki, “yoxluğuna bu gün alışa bilmirsən, demək: vardır (“Bir yay axşamı”); həyat teatrdır deyirik, biz aktyorlar, demək ki: yoxluğu oynayırıq; ya bəlkə tərsinədir: özümüz yoxuq, roldayıq, bu şəkildə varlığımızı yaşayırıq (“Kamera teatrı”), hər gün sabaha (yoxluq) pəncərə açırıq, qarşımıza möcüzələr çıxırsa, həyat-varlıq dediyimiz elə möcüzə (yoxluq bildiyimiz) deyilmi (“Pəncərə”), ya: həyat-ömür hesab etdiyimiz (varlıq) tale deyə təsəvvür qıldığımızın (yoxluq) elə kölgəsi deyilmidir? (“Üçrəng pişik balası”); sevgilər ölümlərbiri digərində əks olunan güzgülər kimi, haçansa sonu görünəcəkmi... (“Labirint”), sevgi həyat, biri digərindəvarlıq kimi, bəs ayrıldıqda-“ayrılıqda necəyoxluqmudur (“Bir sevgi hekayəti”)... Bütün bu metafizik üzərində düşüncələr, sonda bizi Kamal Abdullanınparalel dünyalarına gətirib çıxarır (“Sirri-zəmanəhekayəsi); dərəcədə aşinayıqsa buna, “zəmanənin sirri , demək, elə o qədər vaqifik...

lll

Kamal Abdullanınhəpsi rəng dolu hekayələrində çıxış üçün o qədər nöqtələr var ki, özülünü-poetikasını tapmaq da çox çətin olur... Ha yana istəsən, aparıb-çıxara bilər səni; odur ki bəzən, yazıçının öz eyhamını yada salsaq, “kimsə ağlına gələni, kimsə ağzına gələnidanışatəəccüblənməyinə dəyməz, mənimcə. Məxsusən, təzə silsilələrin diapazonu açıqdır bu cəhətdən. “Balaca həyətin həngamələri silsiləsindənhekayələr, məsələn, əslhəngamədir elə; axı hadisə adınabalaca həyət başqa ola bilər ki... Üstəlik, “balaca həyətanlamına rəmzi-simvolik rəng versək, pa-hooo! Məsələn, “Çil-çil toyuqhekayəsində, sirri-Xudamıdır nədir, bu dəfətoyuq diri qalmır”; amma yox, əlbəttə, “sirri-zəmanədir”, çün fərasətli oğlan Vəliş heç bir aşırı peşmançılığa-filana uymadanəsl mərəkədən qalib çıxır... Əslində, bir növ ləqəblər (Şişman Hənifə, Keçəl Bağır, Cırtdan Ağaqulu, Seyid Qəmbər, Zümzümə Mərifət, Karlik Babacan, Məcnun...) ləqəblərin metamorfozundan söz açan nəhayətindəhamımızın ürəyindən tikən çıxaran” “Dünyanın ən ucaboylu karlikihekayəsində elə amansız xırdalıqlar var ki, bubalaca həyətsindromundan kənara tut, əsl komiksdir ki durubdur...

doğrusu, hərdən mənə elə gəlir, Kamal Abdullahəngamələri sırf acığa (açığa!) çox sevdiyi Xorxe Luis Borxesin növbənöv sirli silsilələri işığına bizim bubalaca həyəti tutub, parodiyasını yazır... Amma nədirsə, bəzən əksinə, effekti çox poetik alınır... Məsələn, “Mənə uçmağı öyrətkimi.

Babam mənə danışardı ki, hər adamın bir cini olur...” – tez-tez demirikmicinim tutmuşdu”, deyirik, əlbəttə; hekayəçi indi həmin mifolojinin gerçəyini, gerçəklərdə illüstrəsini cızır; məharətlə içimizdə cin gəzdirməyimizi bir quyu başına toplayır. Maşallah, cin barəsində primitivizmlərimiz əfsanələrdə, deyimlərdə, xalq təfəkküründə gizlənərək, bugün yerində, aktual, gözəl-gerçək durubdu, fəhm istəyirsirrini quyudan çıxarıb da faş edə. Tərslikdən, bu sirrin mərkəzində ədəbiyyat müəllimidir : “Bütün bunlar Miras müəllimə əndazəli ölçülü-biçili, uzun bir şeir kimi gəlirdi. Bu, elə həqiqətən şeir idi ki, vardı...” Üstəlik, hekayəçi qələmində bir şair ola, “saçları çiyinlərini örtən, qaraqaş, qaragöz, xoş əndamlıHəmidəninçox böyük nazı çəkə bilə...

lll

Hər qədər çətin olsa da, zənn edirdimKamal Abdullanın metafizik labirintiyazısında hekayələrinin poetikasına çıxmışam; həm ayrıca müstəvidə yox, bütünlükdə nəsrimizin kontekstində yerini-yurdunu bəlləmişəm... Harasıdır!? Birisi şərh yazmışdı ki: T.Əlişanoğlu burda demək istəyib, bəlli deyil... Sonra isə daha böyük qınaqlar: ümumən Tehran Əlişanoğlunun cümləsini anlayan varmıdır s. Görünür, mənim problemim köhnə, “poetika zamanlarında qalmağımdadır, qəlizlikolmayan yerlərdə poetikaaxtarmağımdan gəlir. Bu barədə düşüncələrə məniSəhvlərimizin qrammatikası silsiləsindənhekayələr sövq etdi...

Labirintinə baş vurub demişdim axı: “Kamal Abdulla bir yazar olaraq həyatın hər gün qarşımıza çıxardığı hadisə, qavram, aktuallıqlara çox da qane aludə olmayıb, öz mifoloji aləmini qurur...” Çox da elə deyilmiş; “səhvimin qrammatikasına vaqif olub bəlkə belə deməliyəmmiş: yox, ...Kamal Abdulla heç mif qurmur, əksinə, soyuq bir ləzzətlə hər cür mifləri (həyatda kitabda!) dağıtmağa maildir... Bugünlərdə  zövqünə inandığım həmkarlarımdan biri ilə dəhliz söhbətində oxşar mülahizələr eşidib, daha da ürəkləndim: bu ki, Kamal Abdulla hətta özünün qurduğupoetik strukturlarıda növbəti mətnlərində asanlıqladağıda”, dekonstruktə edə bilir, buna həvəslidir ... 

Korneliusun gəlib-çıxdığı nəticə budur ki: “meyar yoxdur!” (!), varsa da: “Dünyanın mərkəzi ən böyük əzabın çəkildiyi yerdir...” (“Korneliusun ölümü”). məqsəd (“meyar”!) heç məluməzabların üzərində durmaq, israr etmək olmamalıdır; “poetikalar məhz bunu edirdi (“O heç cür anlamır ki, üçün onlar yerə uzanmış açıq gözlərini onlara dikmiş atasının yanından bu cür biganə ləngimədən keçib gedirlər...”) Əslləzzətməhz gülə-gülə, gülümsünərək ağrılardan-əzablardan  uzaqlaşa bilməkdə, həm bunu bacardıqca plastik-mükəmməl tərzdə eləyə bilməkdədir: “Gözünün yanı ilə Kornelius baxıb görür ki, atasının onun arxasınca baxan gözləri gülür, ağaran dişlərinə təbəssüm qonub. Bu zaman Kornelius hiss edir ki, onun da gözləri niyəsə gülür, yanaqlarına isə səssiz göz yaşları süzülür”...

Bir halda ki, “dünyanın məhvəridağılıb, hansı dayanıqlı instansiya (“poetika”!) sevdasında ola bilərsən. Kamal Abdullapoetikaların dağıldığı ərazilərin hekayələrini yazır. “Mənə isə elə gəlir ki, dünən gecə dünyanın sonu oldu. indi biz bu sondan sonra yaşayırıq. Biz bir-birimizin yuxusuna köç etmişik...” – qədim mayyalarınaxirət təqvimi cavab olaraq çox möhtəşəm, vədverici bir məqamla açılanQədim mayyalara cavabhekayəsi, amma çox tez bizimbalaca həyətsindromuna uduzub, realiyaların darıxdırıcı axarına düşür. məsələ heç onda deyil ki, təhkiyəçi-qəhrəman Farizinbalaca dilənçiyuxusu guya çin çıxmır, balaca Hüseynin-Nazirin yaşadığı özyuxusuvarmış; “balaca həyətin yuxularının miqyası budur (“, sən düz fikirləşirsən, mən atamı görməmişəm. Amma... heç eliyə bilmirəm. Yaman oxşayır atama”), başqa heç ...

sankiSəhvlərimizin qrammatikası silsiləsindənhekayələr məhz buyuxuları çözməyə məhkumdur... Eyni adlı hekayədə Eyvazlının bir dəfə uydurduğumuz heç cürə qopammadığımız Koroğlu mifini dəf edə bilməməsi kimi (“Səhvlərimizin qrammatikası”); ya yüzillərin mirasıqan davası günümüzdə bircə mobil telefon mesajının çözə bilməsi kimi (“Atama deyin ki, mən xoşbəxtəm”)... “Asiman Zəminəsankibalaca həyətin namus prioritetləri üzərində, amma Borxessayağı ustalıqla qələmə alınmış klassik bir hekayədir; çün məsələyəmoyralar qarışırnamusmifini antik əyyamlara yaraşan bir şəkildə çözür... “Vakxanaliya mövsümündə Çalıquşuhekayəsində buna bənzər cəhd var; amma Camal həkim, Çalıquşu... mətndə bacardıqca gizlədilən Vakxanaliya motivinin çözümünə hazır deyil; görünür ki elə mətnin özü ...

Kamal Abdulla hekayələrində rahatlıqla dünya ədəbiyyatı məxəzlərinə girib (“Parisin seçimindənPlaton, deyəsən, xəstələnib...”, “qədim Şra-Sinda rəvayəti” “Kölgəhekayələrinəcən), eyni zamanda ədəbiyyatımızı (“poetikamızı”!) da bura daşıyır, görükdürməyə səylər edir. Müasir oxucuya görünməyin başqa yolu da yoxdur; həm təkcə mətn-içi yox, elə bilavasitə . Odur ki, mən yazanda ki: “İldə bir kitab, üstəlik biri artıq (təkrar yaxud xaricdə nəşr) – bu artıq məhsuldarlığın Avropa standartlarıdır...” – heç yanılmamışam. Bugün dünya ədəbiyyatının açıq sərhədlər boyu bac verib- bac alanhiper-mətndurumunda Azərbaycan yazıçısının dasöz bazarına girməsi məhz sirrə-vaqif-olmağındadır (lap son İtaliya nəşrindəYarımçıq əlyazmadan Homerəcən passajları yada salaq)...

lll

Yenə Bilgə əhvalatları silsiləsindənhekayələrə açılammadım. Halbuki daha da çox realizmə meylli oxucuyam. Burda nəsə bir fərqli aura var. Abşeron qatı var. Canlı xatirə var. Məxsusi sirr axtarışı yoxdur. sirri-Xuda, sirri-zəmanə. Yaşanan anların özü sirdir elə, keçib-getmiş, ələgəlməz, amma sanki yanımızdadır... Mənə görə: Abşeron bağlarının dadı ədəbiyyatımızda yarımçıq qalıb, az-qala itib-batıbdı. Son mətnlərdən bir az Mirzə Talıbovun hekayələrində var, ələlxüsus da Aydın Talıbzadənin xokkularında, vəssalam.

Ötən yazımda məhz belə fərz qılmışdım ki, Kamal Abdullanın oxuyacağımız növbəti hekayələr kitabı: “Bilgə əhvalatlarıolacaq. Yazıçı hələ sirrini gərəyincə bilmədiyimiz sırfxatirəfenomeninisöküb”-yığmağa təzəcə girmiş-girişmişdir... Proqnozum doğrulmadı. Hərçənd hansı proqnozlar vaxtında axıracan düz çıxıb ki. Yenə gözləmək qalır.    

Oktyabr, 2014

 





03.11.2014    çap et  çap et