525.Az

Fəxrəddin Teyyubun şeirləri


 

Fəxrəddin Teyyubun <b style="color:red">şeirləri</b>

ÖMRÜMÜN


Düşdü
xəzəl kimi ömrün bir günü,

Demək, payızıdı ağac ömrümün.

Ünvanı heç zaman bəndə olmayıb

Tanrı sevgisinə möhtac ömrümün.

İstəklər qurulmur, kəmdi, görəsən,

Ümidim sərxoşdu, dəmdi, görəsən?

Mülkünü uçuran kimdi görəsən,

Viranə ömrümün tarac ömrümün?

Duyğum  arı kimi sözdən bal olar,

İstəyim arzuma bir gün yol salar.

Məni bu yaşımda çətin alalar,

İşi Allahlıqdı hərrac ömrümün.

olsun şirinəm, pətək balıyam,

Dünyanın sirrindən yaxşı halıyam.

Tanrın verdiyini qaytarmalıyam,

Yetişib zamanı xərac ömrümün.


İŞIQ
İSTƏYİRƏM


Düşüb
gözlərimə zor, görürəm mən,

Ömrümü, günümü çətin yarıda.

Eynəksiz olanda tor görürəm mən,

Ayıra bilmirəm adamları da.

Gözümdə bəlkə bir gözəl ahı var,

Gözüm sözə baxmır, sözümdən çıxır.

Mənim gəncliyimin min günahı var,

İndi damla-damla gözümdən çıxır.

Əkdiyim ağacdan bar istəmişəm,

Tamahım bir qaşıq, nəfsim bir qaşıq.

Tanrım, vaxt səndən var istəmişəm?

İşıq istəyirəm, gözümə işıq.


İSTƏ


Bu
gün xoş gün oldu,

Yuxularım çin oldu.

Eşq yuvası könüldü,

Sən əhdi başdan istə.

Tanrı alar gücünü,

Saxlama, ver borcunu.

İllər ağıl xurcunu

Ağlını yaşdan istə.

Ağac, torpaq ağladı,

Körpə budaq ağladı.

Bahar, qapın bağlıdı,

Açarı qışdan istə.


QAMAŞDIRIR


Duyum
nəfəsini torpağın, yerin,

Göy çəmən gözləyir, mənə yol verin.

Qızıl zəmi üstə yazdığım şeirin,

Sünbül misraları göz qamaşdırır.

Həsrət tikanıdı yolumda bitən,

Görən duyğudu içimdə ötən.

Odu küləklərin badına gedən

Ocaq qamaşdırır, köz qamaşdırır.

Düşər söz ovuna, açar səhəri,

Əzəldən söz olub barı, bəhəri.

Bəyənməz zəri, gövhəri,

Şairin gözünü söz qamaşdırır.


ÜRƏYİM


Hələ
qalxacaqsan neçə yoxuşu,

İçimdə ölçüsən, məhək daşısan.

Elə bil mənimlə mehriban qonşu,

Elə bil mənimlə yol yoldaşısan.

Qoymadın göz dikəm özgə əllərə,

Suyum içimdədir, dənim içimdə.

Coşub çağlayırsan gündə min kərə,

Sahilsiz ümmansan mənim içimdə.

Həsrətə, hicrana tuşsan, ürəyim,

Boynuna yükümü daşımaq düşüb.

Sinəmdə çırpınan quşsan, ürəyim,

Baxtına qəfəsdə yaşamaq düşüb.


SƏNİN
ŞƏKLİN...


Adın
bircə an da düşmür dilimdən,

Gözümün nəmini qoy nəmin üstə.

Şəklini cibimdə gəzdirirəm mən,

Şəklini qoymuşam sinəmin üstə.

Səni gözləyirəm qışda, baharda,

Həsrətin könlümün bəsidir, ana.

Daha üşümürəm şaxtada, qarda,

Şəklin vücudumu isidir, ana.


BACIMA


Gözümdə
palıdsan, kökün dərində,

Sən mənim dağ bacım, sən qaya bacım.

Özgənin yükünü çiyinlərində,

Daşımağa gəldin dünyaya, bacım.

Soyuq baxışlardan zəhrimar yağır,

Adama kim dayaq, kim arxa olar.

Sənin damarında yaxşılıq axır,

Adam da bu qədər xeyirxah olar?!

Qışda da, yazda da gül açasısan,

Yaşa vətən qızı, yaşa el qızı.

Sən ki təbiətin bir parçasısan,

Əs, ey külək qızı, coş, ey sel qızı.

Səninlə qədərqardaşöyünür,

Sağ olunyolunu gözləmə, gecdi.

Sinəndə elə bir ürək döyünür,

Min kişi ürəyi yanında heçdi.

Necə doğmadı ürək can kimi,

Dur qala anamdan qalan təndiri.

Qucaqla bağrına bas anam kimi,

O yetim təndiri, solan təndiri.

Sən özün yaxşısan, özündən varmı?

Mələktək tanıtma hər kəsi mənə.

İşığa bələnib, sözündən varmı?

Bəsdir işığının kölgəsi mənə.


TOY


həyadı, ardı bu,

şamdı, nahardı bu.

Toycüdü bu, biyardı bu,

Bir adı dərd, bir adı toy.

Çoxu toyu toya qatır,

Giley-güzar ərşə çatır,

Baş ağrıyır,qulaq batır,

İşgəncədi, cəzadı toy.

Hara gedək, hara qaçaq,

Bu tilsimi necə açaq.

Açıqcalar qucaq-qucaq,

Öldürücü dozadı bu.

Lap zər-ziba geyəni ,

Sinəsinə döyəni ,

Mənəm-mənəmdeyəni ,

Tir-tap yerə uzadır toy.

Yoxdu ümid, yoxdu çara,

İmkansızın günü qara,

Gətiribdir lap zinhara

Həm doğmanı, həm yadı toy.

Müsibətdi qışda, qarda,

Heç bilmirsən ünvan harda.

Ömür keçir tıxaclarda,

Gündə neçə qəzadı toy.


BU
DÜNYA


Qış
mənim içimdə, bahar çölümdə,

Qayğısı, dərdi yox, gülür bu dünya.

Bir az ayağımda, bir az əlimdə,

Bir az da gözümdə ölür bu dünya.

Aşıq yerindədir, ozan yerində,

Yazan yerindədir, pozan yerində,

Ölçü yerindədir, mizan yerində,

Çıxır, üstə gəlir, bölür bu dünya.

Kimin varı varsa, müdrik, həyalı,

Varla nəfəs alır əhli-əyalı.

Pulun yanındadır fikri, xəyalı,

Kasıbı süpürüb silir bu dünya.

Hayana gedirəm, hayandan gəlib,

Ömrümün ilindən, ayından gəlib.

Üstümə qəm-kədər həyamdan gəlib,

Hər kəsin qismətin bilir bu dünya.


YOL
GƏLİRƏM


Ürək
azmı töyşüyüb,

Soyuq gözdən üşüyüb.

Misraları döşəyib,

Yaşıma yol gəlirəm.

Yenə xal-xaldı payız,

Barı bol, baldı payız.

Arxada qaldı payız,

Qışıma yol gəlirəm.

Bulaq verin içməyə,

Dərə verin keçməyə.

Söz zəmisin biçməyə

Döşümə yol gəlirəm.

Dünya düzün üstündə,

Ocaq közün üstündə.

Ölüm gözün üstündə,

Qaşıma yol gəlirəm.

   

QARDAŞLIĞI BACARMASAM...

Bakı şəhəri, 52 saylı məktəbin direktoru, Əməkdar müəllim Elmira xanım Ələsgərovaya


Ulu
Tanrı nur çiləyib üzünə,

Sözün sözdü, söz qoyan yox sözünə.

Batan oxdu bədxahların gözünə,

Səndə vüqar, o əzəmət, ay bacı.

gözəldi səhər erkən oyanmaq,

Ümidlərə, arzulara boyanmaq.

İnsanlığın zirvəsində dayanmaq,

Hər bir kəsə olmur qismət, ay bacı.

Bacım, qəlbin necə kövrək, incədi,

Yaxşı adam adamların dincidi.

Alın təri bir dürdü, bir incidi,

Hayıf deyil halal zəhmət, ay bacı?!

Ucalığın öz yolundu, izindi,

Yaxın-uzaq ocağında isindi.

Deyirəm ki, ömür boyu bəsindi

Qazandığın xətir-hörmət, ay bacı.

Səmimiyəm dediyim hər sözümdə,

Səbrin dağdı, əvəzin yox dözümdə.

Varlıların varlısısan gözümdə,

Sən varın həya, ismət, ay bacı.

Ürək gərək məhəbbətdən güc ala,

Etibardan, sədaqətdən güc ala.

Qardaşlığı bacarmasam, imzala,

Ver mənə bir yağlı töhmət, ay bacı.

29.01.2014


MƏNİ


Ucaldım
baş əyə-əyə,

Ulduzlara başım dəyə.

Xeyrim dəysə bir kimsəyə,

Harda olsam, tapar məni.

Sev Tanrını bir bəndətək,

Tanrım sənsən, sən məndə tək.

Lalə olsam, çəməndə tək,

Səf pozular qopar məni.

Qəmli keçir günüm, ayım,

Bəzən qışa dönür yayım.

Qoluma gir, ümiddayım,

Xoş günlərə apar məni.


GÖRSƏ


Bu
gül hələ naz görməyib,

Qışda bitib, yaz görməyib.

Sifətləri boz görməyib,

Dəyişəcək sığal görsə.

Bəzən qılıq, mehirtələ,

Göz öyrəşib baxsın ələ.

Lap ən zirək uşaq belə,

Aldanacaq qoğal görsə.

Ümid ölsə, inam sönər,

Günəş göydən yerə enər.

İnsan qəlbi dağa dönər,

Bir qurucasağ olgörsə.


ÇIX
GÖRÜM, ÇIXA BİLSƏN


Göz
yaşını ha sil sən,

Eh, düzələn deyilsən.

Çıx görüm, çıxa bilsən,

Günahların içindən.

Buludlar ağır-ağır,

Yağış ümmana yağır”.

Görürsən min dərd çıxır,

Bir gün varın içindən.

Ana torpaq oyanır,

Yer alışır, göy yanır.

Yaşıl dünya boylanır,

İlk baharın içindən.


YARADANIN
MÖHÜRÜ VAR

Xalq şairi Fikrət Qocaya


Çıxdın
uzun yola, ustad,

 Ümidlə qol-qola, ustad.

Qəlbə sevgi dola, ustad,

Hər sevginin bir mehri var.

Bu varaqdı, bu qələmdi,

Söz yükümdü, söz şələmdi.

Qara gözlər bir aləmdi,

Ala gözün öz sehri var.

Üzümüzdə ar, neyləyək,

Qaçır bizdən var, neylərək.

Ümid vermir bar, neyləyək,

Bir hikməti, bir sirri var.

Bir ağılllı, min-min dəli,

Ürəyində sözün ləli.

Çiynin üstə Tanrı əli,

Yaradanın möhürü var.

Neçə-neçə düz görmüşəm,

Bükülməyən diz görmüşəm.

Mələk kimi üz görmüşəm,

Tuluq-tuluq zəhəri var.

Hər qafiyə, hər misra tər,

Baharçağı dil-dil ötər.

Dan yerində ümid bitər,

Şairin öz səhəri var.

Sudan duru ustadımı,

Sözün nuru ustadımı.

Tanrım, qoru ustadımı,

Hələ min-min şeiri var.


TORPAQ
DƏRDİ

Şair Adil Cəmilə


Kəlbəcərin
daş yaddaşı,

Gözdən axan yaş yaddaşı.

Saxlamaz hər baş yaddaşı,

Qardaş, baxsan haradərddi.

Bu məmləkət çadır-çadır,

Ömür daha zəhər dadır.

Yerim arxa sıradadır,

Vallah, qabaq sıra dərddi.

Kimin getdi, kimin qaldı,

Həsrət ilan, azmı çaldı?

Düşmən zəhər versə baldı,

Dostdan alsan yara, dərddi.

Yazı yazan, yazımı poz,

Mən səbri, dözümü poz.

Torpaq dərdi , boz,

Torpaq dərdi qara dərddi.

Fəxrəddin TEYYUB

 





03.11.2014    çap et  çap et