525.Az

Multikulturalizm-mədəniyyət fəlsəfəsinin yeni inkişaf mərhələsi kimi


 

Multikulturalizm-mədəniyyət fəlsəfəsinin yeni inkişaf mərhələsi kimi<b style="color:red"></b>

Multikulturalizm vahid mədəniyyət məkanında müxtəlif növlü eynihüquqlu qrupların birgə mövcudluğunu səciyyələndirən bir tədqiqat anlayışı kimi humanitar elmləri tarixində, eləcə , mədəniyyət fəlsəfəsində millətlər, xalqlar mədəniyyətlər arasındakı münasibətlərdə yaranmış situasiyalara reaksiya olaraq son onilliklərdə meydana çıxmışdır.

Dünya tarixində dillərin, mədəniyyətlərin bir-birinə qarışması prosesi hər zaman müşahidə edilmişdir. Lakin müasir multikulturalizm öz mahiyyəti ilə fərqlənir.Qloballaşdırma mədəniyyətlərin bir-birinə qarışmasını normaya çevirmişdir. İndi artıq demək olar ki, dövlətlərin əksəriyyəti homogen deyil. Onların hər birində mövcud olan müxtəlif sosial qruplar submədəniyyətlərin qarşılıqlı əlaqə təsirləri mədəniyyətin şərhinin müəyyən variantını, müəyyən identiklik formalaşdırır.Multikulturalizm ideyası bir ölkədə bütün mədəniyyətlərin ümumi tərəqqi idealları əsasında qovuşması nəzəriyyəsinə əks olaraq meydana çıxmışdır. Multikulturalizm tərəfdarları sosial-mədəni qrup cəmiyyətlərin siyasi həyatda əhəmiyyətini, öz xüsusi mədəniyyətini inkişaf etdirmə hüququnu təsdiq edən siyasi sosial doktrina-kommunitarizm uğrunda çıxış edirlər. Onlar mədəniyyət müxtəlifliyinə, "başqası"nın mövcudluğuna yüksək dəyər kimi, cəmiyyətin formalaşması mənbəyi kimi baxırlar. Multikulturalizmin fəlsəfi əsaslarının formalaşması maarifçilik dövründə mədəniyyət fəlsəfəsinin yaranması ilə bağlıdır. Tam olaraq bir ideya kimi isə XX əsr filosofları U.Kimlik, M.Uoltser, Ç.Teylor s. filosofların adı ilə bağlıdır. İlk olaraq "Multikulturalizm" termini 1941-ci ildə "Nyu-York Herald Tribun"da Amerika yazıçısı E. Qaskelin əsərlərindən birinə yazılan "Multimədəni adam haqqında roman" adlı rəydə meydana çıxmışdır. E. Qaskel bu romanda amerikan cəmiyyətini kosmopolit, çoxdilli, ümumi dəyərlərin mənasını itirdiyi bir cəmiyyət kimi təqdim edirdi. Multikulturalizm nəzəriyyə təcrübəsinin yaranması isə Kanada ilə bağlıdır. Kanada cəmiyyətinin "mozaikliyi" haqqındakı təsəvvürlərlə əlaqəli olaraq multikulturalizm bu ölkədə idarəçilik siyasəti səviyyəsinə yüksəldilmişdir. Keçən əsrin 60- illərindən başlayaraq Kanada yeni mühacirlərin assimilyasiyasından imtina etməyə başladı. 1971-ci ildə isə multikulturalizm haqqında akt qəbul edildi buna müvafiq olaraq multikulturalizm üzrə Kanada Şurası müvafiq nazirlik yaradılmışdır. "Assimilyasiyasız inteqrasiya" kimi ifadə olunmuş mədəni müxtəlifliyin tanınması, mədəni fərqlərin qorunub saxlanılması bu multikulturalizm siyasətinin əsas istiqamət hədəfləri idi. Yarandığı vaxtdan etnik mədəni qrupların hüquqlarının tanınması, həyat tərzlərinin müxtəlifliyini, mədəni ənənələri inkişaf etdirmək s. kimi məqsədləri həyata keçirən bu siyasət 1990- illərdən başlayaraq cəmiyyət həyatının bütövlüyünün, tamlığının pozula biləcəyi gərəkçəsi ilə zəifləməyə başladı. Elə təxminən bu dövrdə son 200 ildə 66 milyon mühaciri qəbul edən ABŞ-da etnik qrupların qarşılıqlı münasibətləri probleminin fəal şəkildə müzakirə edildiyi bir zəmində multikulturalist cəmiyyətin formalaşması prosesi başladı. 2011-ci ilin 11 sentyabr hadisələri tamamilə yeni daxili xarici situasiya yaratdığına görə bu proses dayandırıldı. Multikulturalizm siyasətinin fəal şəkildə həyata keçirildiyi ölkələrdən biri Avstraliyadır. İnsan resursunun keyfiyyətinə böyük önəm verilməsi, təhsil miqrasiyasının, bacarıqlı gəncliyin, həmçinin yüksək ixtisaslı əmək nümayəndələrinin, elm xadimlərinin ölkəyə mühacirətinin stimullaşdırılması Avstraliyanı dünyanın digər aparıcı ölkələri ilə bu sahədəki dünya rəqabətində aparıcı mövqeyə gətirib çıxarmışdır. 1982-ci ildə ölkəyə gəlmək istəyən mühacirlər üçün Kanada modeli olan bal sistemi tətbiq olundu. Bu sistem yaş, təkmilləşmə, təcrübəsi dili yaxşı bilmək kimi meyarları əsas götürür. Bu sistem mühacirlərin Avstraliyaya gedişindəki irqi milli maneələri əvəzlədi. Avstraliya nümunəsində 2003- ildə "multikulturalizmin üç əsas prinsipi olan azadlıq bərabərlik, hər bir şəxsiyyətə hörmət, ədalət prinsiplərinə iqtisadi qarantiyada əlavə olundu". Multikulturalizm siyasətinin Avstraliya cəmiyyətinin mədəni müxtəlifliyinin nəticəsi kimi sosial, mədəni iqtisadi mənfəətləri artırdığı qənaəti bu gün öz hökmünü qoruyub saxlayır. Lakin əlbəttə multikulturalizm prinsipləri təcrübədə bir çox ziddiyyət problemlərlə üzləşir. Mühacirlərə qarşı əhalinin neqativ münasibəti, işsizlik probleminin kəskinləşməsi nəticəsində cinayətkarlığın artması, qeyri-leqal mühacirliyin mövcudluğu s. Avstraliya hökumətinin multikulturalizm siyasətində vaxtaşırı müəyyən qanun dəyişikliklərini etməyə məcbur edir. Multukulturalizmin yaratdığı problemlər ölkənin daxili vəziyyətinə görə dəyişir. Məsələn, Böyük Britaniya hökuməti ölkədə multikulturalizm siyasətinin iflası barədə bəyanət vermişdir.Ölkədə Britaniya cəmiyyətinə inteqrasiya olunmağa mane olan qapalı mühafizəkar mədəni birliklərin yaranması zəminində xristianlığa əsaslanan ənənəvi Avropa dəyərlərinin qorunub saxlanması problemi yaranır, ölkədə islamın geniş yayılmasından narahat olan əhali etirazlara başlayır. Bu istiqamətdə digər Avropa ölkələrində müəyyən tədbirlərə əl atılır, hökumətlər multikulturalizmin prinsiplərindən müəyyən dərəcədə geri addım atmağa başlayırlar. İsveçrədə referendum vasitəsilə islam birliklərinin tikdikləri məscidlərin üzərində minarələrin ucaldılması ölkə şəhərlərinin tarixi görkəminin pozulması bəhanəsi ilə qadağan edilmişdir. Fransada küçədə kütləvi məkanlarda qadınların hicabla gəzməsi qadağan edilmişdir s.

Multikulturalizm siyasətinin nəticələrinin qarşılıqlı anlaşma, hörmət, bir-birilərinin mədəniyyətlərini tanıma s. olması nəzərdə tutulur. Avropa Birliyində sakinlərin özlərini yalnız mənsub olduqları ölkələrin vətəndaşları deyil, həm avropalı hesab etmələri nəticəsində çoxsəviyyəli identiklik formalaşır. "Multikulturalizm siyasətinin gerçəkləşdirilməsi Avropa identikliyini-ikili vətəndaşlığı, polidentikliyi, ölkənin deyil, yaşadığı yerin vətəndaşlığı, diskriminasiya əleyhinə mübarizə s. formalaşmasını özünə daxil edir". 1999-cu ildə YUNESKO komissiyası tərəfindən işlənib hazırlanması "Konstruktiv plyuralizmə doğru istiqamət üzrə" Ümumdünya Konsepsiyasında ifadə olunmuş mədəniyyət sahəsində beynəlxalq əməkdaşlığın əsas prinsiplərinin bir sıra müddəaları multikulturalizm prinsipləri ilə yaxından səsləşməkdədir:

- "Dini, etnik, linqvistik digər qruplar qarşılıqlı anlaşma hörmət prinsipləri üzərində qurulmuş bərabərhüquqlu mədəniyyətlərarası dialoqa hazırlığı nümayiş etdirməlidirlər;

- miqrasiya urbanizasiya proseslərinə cəlb edilmiş müxtəlif etnik qrup onların ayrı-ayrı nümayəndələrinin mədəni inkişafına, dil mədəni irslərinə dəstək;

- təhsil prosesləri birliklər arasındakı əlaqələr sferasının qarşılıqlı təsir genişlənməsinə yardıma istiqamətlənməlidir;

- intellektuallar, siyasi xadimlər sosial işçilər üçün inteqrasiya strategiyasının işlənməsi üzrə dialoqa cəlb edilməsi məqsədilə vahid informasiya məkanının yaradılması s".

Müstəqilliyini bərpa etdikdən sonra görkəmli siyasi xadim, Heydər Əliyevin rəhbərliyi altında gənc respublikamızda demokratik dəyərlər yaradıcı şəkildə mənimsənilərək yeni dövlət cəmiyyət quruculuğuna uğurla tətbiq edilməyə başlanılmışdır. Bu siyasi dəst-xətti davam inkişaf etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dövlət idarəçiliyi səriştəsi bacarığı ilə bərabər özünün siyasi elmi kimliyindən, fikir adamı olmaq keyfiyyətindən irəli gələn yenilik uzaqgörənlik ruhu ilə cəmiyyət həyatının bütün sahələrində olduğu kimi dövlət idarəçiliyi siyasi düşüncə həyatımızda çağdaş dünyanın tələblərinə müvafiq quruculuq işlərini aparır. 2014- il fevralın 28- Azərbaycanda Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm dini məsələlər üzrə Dövlət müşavirliyinin təsis edilməsi bu idarənin rəhbəri, dövlət müşaviri Kamal Abdullanın təbiri ilə "Multikulturalizmin Azərbaycanda dövlət siyasəti səviyyəsinə qaldırılması" bu anlayışın özünün pozitiv, mütərəqqi yaradıcı yönləri ilə ictimai-siyasi həyatda dolğun şəkildə tətbiqi ilə yanaşı, onun elmi-fəlsəfi əsaslarının dərindən öyrənilməsi, Azərbaycan mühitində gercəkləşməsi, inkişafı nəticələri barədə elmi fikirlərin işlənilməsini milli düşüncə qarşısında zəruri bir tələb kimi qoyur.

Fəlsəfi planda multikulturalizm anlayışı özlüyündə geniş bir anlam ifadə edir. Keçən əsrin 80-ci illərinin sonlarından elmi status qazanmağa başlayan bu anlayış son zamanlar dünyanın bir çox ölkəsində, müxtəlif elmi dairələrdə çox geniş şəkildə istifadə olunmasına baxmayaraq hələ tam müəyyənlik əldə etməmişdir.

Bir çox tədqiqatçıların da qeyd etdiyi kimi, müasir kürəsəl mədəniyyət problemlərini mədəniyyət anlayışının özünü fəlsəfi refleksiyaya məruz qoymadan, onun bir məfhum olaraq sərhədlərini müəyyənləşdirmədən, həmçinin, yaranması, institutlaşması inkişafı mərhələlərini nəzərə almadan həll etmək mümkün deyil. Bu gün mədəniyyət sahəsindəki milli beynəlmiləl səviyyədəki konfliktli məqamlar, müasir Avropa mədəniyyəti ilə digər dünya mədəniyyətləri arasındakı qarşılıqlı əlaqə təsirlər, modernist təmayüllər ənənə problemi, mədəniyyət din, mədəniyyət iqtisadiyyat, mühacirət, dil s. problemlər əsas anlayışları genetik təhlildən keçən mədəniyyət fəlsəfəsi sistemində həll oluna bilər. Bu həm bundan sonrakı mədəniyyət fəlsəfəsi mədəniyyət haqqında elmin əsas problemlərinin qoyuluşuna həllinə öz təsirini göstərir.

İnsanlıq tarixinin dərinliklərindən boy göstərən mədəniyyət anlayışının institutlaşması prosesi bir neçə əsr əvvələ-maarifçilik proqramının gerçəkləşdiyi tarixi dövrə təsadüf edir. Bu dövr insan zəkasının doqmatizmi rədd etdiyi, dünyanın dərkində rasional əsaslandırmaların hakim olmağa başladığı, teoloji təlimlərin zəka üzərində təsirinin zəiflədiyi, zəkanın bu təlimlərə meydan oxuduğu, elm sənətin sonrakı vüsətli inkişafının təkan aldığı mütərəqqi maarifçilik düşüncəsinin bütün inam təsəvvür kontekstinin tamamilə mədəniyyət anlayışınıəhatə etməyə başladığı dövrdür. İnsanın əqli mənəvi inkişafının onun düşüncə qabiliyyətlərinin tərəqqisinə əsaslandığına inanan maarifçilik tarix fəlsəfəsini sistemləşdirməyə cəhd etməklə yanaşı mədəniyyətin özünə tarixi proses kimi yanaşmağa başladı. İnsanı yalnız təbiətin məqsədəuyğun varlığı olmaqdan qoparıb tarixin məqsədəyönlü inkişaf axarına salan, onun əsas vəzifəsini özünü refleksləşmədə görən maarifçilik mədəniyyət  anlayışının özünü refleksiv konseptə çevirir. Bu refleksiyada  mədəniyyət  anlayışı yalnız tərəqqiyə inam kimi maarifçilik ideyalarını ifadə edən pozitiv yönü ilə deyil, həm özündən əvvəlki bütün sivilizasiya prosesinin  mənfi nəticələrini özündə əks  etdirən neqativ yönü ilə özünü göstərir.

Tarix mədəniyyət fəlsəfəsinin  sistemləşməyə başladığı maarifçilik  dövrünə refrospektiv baxış bizi bugünkü  qloballaşmış dünyada tarixin axarında yaranmış əsas istiqamətlərdən biri kimi multikulturalizmin genetik təhlilindəki başlanğıc açar nöqtələrə aparır. Bu  başlanğıc nöqtələrdən biri Maarifçilik dövrü filosoflarından olan Jan Batista Vikonun elmlərin  sistemli fərqlənmə təhlilini aparan "Yeni  elm"  əsərində günümüzə qədər  davam edən bir istiqamətin  əsasıdır. Mədəniyyəti insan həyatının subyektlərarası bir sahəsi kimi başa düşməyə  cəhd  edən Vikonun  fikrinə görə təbiət elmlərini öyrənən metodları  onun yeni elminə tətbiq etmək olmaz.

Tarix   mədəniyyət  təbiətdən fərqli olaraq insan ruhunun öz işi olduğu üçün mədəniyyəti tarixi anlama metodu ilə öyrənmək mümkündür. Bu yeni yanaşma tərzi, günümüzə qədər özünün fəlsəfi  həllini bir çox  istiqamətlərdə axtaran mədəniyyət - təbiət dixatomiyasi  mədəniyyət fəlsəfəsinin genetik  sistemli  təhlilindəki başlanğıc  nöqtələrdən  biridir. Viko mədəniyyət ideyasını tarix yaratmag üçün  bir insan  bacarığı kimi  müəyyənləşdirir.Hər bir mədəniyyət üçün müəyyən düşüncə forması- mədəniyyəti formalaşdıran mentalitet  mövcuddur. Hüquq, dil, mərasimlər s. kimi sosial   mədəni fenomenlərdə ifadə olunduqlarına görə onlar dərk olunandırlar. İnsan  ruhunun təbiətinin  tarixiliyindən çıxış edən  bu nəzəriyyə  mədəniyyətin  dərki, onun bir elm kimi sistemləşdirilməsi  üçün  edilən ilk cəhdlərdəndir. Filosofa görə tarixi mədəniyyətin inkişafının təməl  qanunları  insan fəaliyyəti ilə yaradılır müəyyənləşdirilir. Nəticədə meydana çıxan universal düzən, mədəniyyət tarixinə immanent olan  tarixin məntiqi gedişi tarixi dövrlərin irəli geri hərəkətləri kimi özünü  göstərir.

Jan Batista  Vikonın əksinə  olaraq Maarifçilik dövrünün  digər bir görkəmli filosofu, müasir postmodernizmin nümayəndələrinin öz nəzəriyyələrini qurmaq  üçün  fikirlərinə çox müraciət etdikləri Jan Jak Russo tarixi  inkişafın hərəkətini yüksəliş tənəzzül deyil, birbaşa tənəzzül  olaraq düzxətli hərəkət kimi göstərir. Russoya görə, bəşəriyyət tarixi getdikcə  insanın özgələşdirməsini gücləndirən bir mədəni prosesdir. O bu proseslə  insanın təbii halının, özgələşməmiş vəziyyətinin bir-birinə qarşı olduğunu, mədəni inkişafın insanın təbii mahiyyətinin itirilməsinə, həmçinin hər cür mümkün formalı ictimai yoxsulluğa gətirib çıxardığını iddia edir.

Mədəniyyət insan tələbatlarını gücləndirir, bu isə nəinki insana azadlıq verir, əksinə onu öz  tələbat arzularının  qulu edir, getdikcə onun öz azadlığını itirməsinə səbəb olur. Russo mədəniyyətin "həyat qabiliyyətliliyi "nin yavaş- yavaş məhv olmasını, insanlıq tarixinin geri dönməyən bir şəkildə tənəzzül prosesi oldugunu bildirir.

Həm Vikonun, həm Russonun bir-birinə zidd fikirlərindən  bəhrələnən  İohan Hotfrid  Herder özünün universal  tarixi nəzəriyyəsində tarixi  inkişafı" insanlığın humanistliyə doğru mədəni formalaşması" kimi  görür. Herder sələfi Russo kimi maarifçilik mədəniyyətini qəbul etmir, lakin tarixi inkişafa münasibətdə daha nikbindir. Vikonun mədəniyyətin insan mövcudluğu formalarının bütün tarixi spektrini əhatə etdiyi "cəmiyyətin təşkili formasının mental üfüqü" olduğu ideyasını qəbul edən Herder tarixin yalnız adekvat olarak adamların mədəniyyətlərin fərqləndirilməsi  vasitəsilə başa düşülə biləcəyini ifadə edir.  

Maarifçilik dövrünün insan mərkəzli romantik səciyyəli ruhuna müvafiq olaraq Herder tarixi inkişafı, onun mərhələlərinin insanın bioloji-sosial həyatı ilə müqayisəli şəkildə səciyyələndirir. Filosofa görə hər bir tarixi dövrün insan həyatında olduğu kimi yaşlanma, inkişafının zirvə nöqtəsinə çatma zəifləyib dağılma mərhələləri vardır. Dövrlər özünəməxsusluğu, fərdiyyəti, təkrarsızlığı ilə bir-birlərindən fərqlənirlər. Hər bir tarixi dövrün mədəniyyəti özünəməxsus dünyagörüşünü, təsəvvür anlayışlar sistemini s. yaradır. Bütün dövrlərdə dünyanın hər bir yerində insan onun həyatını müəyyənləşdirən xarici təbiət şərtlərindən asılıdır, mədəniyyətin səciyyəsi insanın onu əhatə edən təbii mühitlə mübarizəsinin nəticələrindən asılıdır. Bu şərtlər mədəniyyətlərin milli xüsusiyyətlərini yaratmaqla bərabər bütövlükdə dünyanın mənzərəsini müəyyənləşdirən mədəni identiklik doğurur. Coğrafi şəraitindən, ətraf təbii mühitlə əlaqəsindən asılı olaraq hər bir xalqa onun davranış mənəviyyatının xüsusiləşdirilməsini şərtləndirən müxtəlif "mənəvi üfüqlər" xasdır.

Lakin Herder tarixi mədəniyyətlərin özünəməxsusluğu, fərdiliyi, təkrarsızlığı ilə bərabər bütün insanlıq tarixinə vahid bir ideyanın-humanizm ideyasının təkmilləşməsinin xas olduğunu bildirir. Bu ideya bütün dövrləri bir kontekstdə birləşdirir. Herder bunu bəşəriyyətin ümumi universal tarixi kimi anladaraq, ayrı-ayrı mədəniyyətlərin bütün özünəməxsusluq intəhasızlığına baxmayaraq onların hər birinin mövcudluğunun bir universal tarixi bədəndə gerçəkləşdiyini yazır.

Herderin nəzəriyyəsi tarix mədəniyyət fəlsəfəsinin inkişafında yeni düşüncə üfüqləri açdı. Bu nəzəriyyə həmin dövrə xas olan Avropa mərkəzçiliyinə, Avropanın inkişaf etmiş mədəniyyətini digər xalq qəbilələrin guya geridə qalmış mədəniyyətlərinə qarşı qoyan baxışa ciddi bir zərbə vurdu,digər xalqların da mədəniyyətlərinin tərəqqi humanizimin ümumi inkişafında rolunu təsdiq etdi. Herder nəzəriyyəsi mədəni müxtəliflik haqqında təsəvvürlərin millətlərarası fərqliliklər ideyası ilə daha sıx əlaqələndirilməsində elmi zəmin yaratmışdır.

Maarifçilik dövrünün onun təsiri ilə formalaşmaqda olan mədəniyyət fəlsəfəsi bir tərəfdən "mədəniyyətin  təbiətin qarşı- qarşıya qoyulması", digər tərəfdən isə mədəni fərdiyyətçilik haqqında təsəvvürlərin tarixiliyi ideyasına əsaslanan"düşüncə istiqamətləri üzərində  inkişaf etməyə başladı.

XIX əsrdə Kant Hegel fəlsəfəsi dünya metafizik fəlsəfi  fikrinin sistemləşdirilməsi, tamamlanması yeni düşüncələrin doğuşuna zəmin hazırlamaqları baxımından mədəniyyət fəlsəfəsinin inkişafına da böyük təkan verdilər. Kantın insan əxlaqı  haqqındakı sistemləşdirilmiş düşüncələri  mədəniyyətin sonrakı fəlsəfi antropoloji  baxımdan müəyyənləşdirilməsində mühüm rol oynadı. Yalnız insana məxsus olan, onun özünəməxsus mövcudluq xüsusuyyəti olan mədəniyyət əxlaqiliyə əsaslanan zəka ideyası kimi  çıxış etməyə başladı. Mədəniyyət anlayışı tarixi prosesdə insan fəaliyyətinin yaratdığı dəyərlərlə müəyyənləşməyə başladı. Fəlsəfə tarixində XX əsrdə Kant irsini inkişaf etdirən Yeni Kantçılıq istiqamətinin nümayəndələrindən biri Henrix Rikkert öz mədəniyyət fəlsəfəsini dəyər anlayışı üzərində qurmuşdur. Yeni Kantçılığın digər bir  nümayəndəsi Ernst Kassirer isə mədəniyyətin simvollarla müəyyənləşdiyi ideyasını irəli sürmüşdür. Filosofun nəzəriyyəsinə görə insan təbii mühitdə deyil, məcazlar universumunda yaşayır. Bu  baxımdan təbii varlıq olmayan insan  müxtəlif  dil formalarına, elmi düşüncələrə, sənət əsərlərinə, mifik simvollar, dini mərasimlərəvə s. ilə dolmuş, yüklənmiş bir varlıqdır. O, yükləndiyi, içində qərq olduğu bu vasitələr  olmadan dünyanı hiss dərk edə bilməz. Adi şüurla reflekssiz yaşayan insan içində bulunduğu mədəniyyəti "təbii" qəbul edir. Bütün adi yaşam tərzi şərtləri kimi öz mədəniyyətidə ona son dərəcə "təbii" gəlir.

Elmi refleksiya zamanı, mədəniyyətə elmi nəzərlə, elmi təhlillə yanaşdıqda isə insan özü-özünə münasibətdə müəyyən məsafəyə malik mövqedə durur. Məhz bu zaman o bu mədəniyyətin içindəki xüsusi vəziyyətini dərk edə buna müvafiq olaraq obyektiv mədəniyyət anlayışını formalaşdıra bilər.

Mədəniyyəti dəyərlər simvollar üzərində formalaşdıran bu düşüncə Maarifçilik dövrünün irəli sürdüyü "mədəniyyət-təbiət" qarşıdurmasını təbiəti insan mövcudluğunun əsas şərtlərindən biri kimi aradan qaldırmaqla həll etmişdir. Mədəniyyət artıq predmetli bir anlayış olmur bununla da etnologiyanın mədəni antropologiyanın düşüncə üfüqlərinə daxil olur.

Mədəniyyətin bu yeni - "qeyri təbii", predmetlər, maddi əsaslar üzərində deyil,simvollar, məcazlar, dil formaları, dini-mistik-mifik təsəvvürlər s.üzərində formalaşması kimi səciyyələndirilməsi ona yanaşma metod prinsiplərini dəyişdirməyi tələb edir. Bu baxımdan mədəniyyət bağlamı funksional əsaslar üzərinə keçirilir funksional təhlil perspektivində öyrənilməyə başlayır. Bu yeni baxış zahirən maarifçilik dövrünün "mədəni fərdiyyətçilik" ideyası ilə uzlaşır mədəni  dəyərlərin nisbiliyini, çoxluğunu müxtəlifliyini tanıyan yeni elmi təhlil prinsiplərinin meydana çıxmasını şərtləndirir.

Bu yeni təhlil prinsipləri mədəni universiyalar sisteminin müxtəlifliyində hər bir mədəni ənənənin bütövlüyünü, özünəməxsusluğunu, təkrarsızlığını səciyyələndirməklə tədqiqat vasitəsilə onların ümumi yerlərini,birgə tərəflərini, tipikliklərini üzə çıxarır bu eyniyyət zəminində inkişafın ana xəttini müəyyənləşdirirlər.Ənənələrin bütövlüyü ideyası dəstəklənməklə qarşılıqlı mədəniyyət əlaqələrinə müstəqil mahiyyət kəsb edən tərəflərin kommunikasiyası kimi baxılır.Belə bir kommunikativliyi əsas götürən mədəniyyət anlayışı multikulturalizm nəzəriyyəsinin əsasını təşkil edir.

(Ardı var)

 





04.11.2014    çap et  çap et