525.Az

Ermənistan Avrasiya İqtisadi Birliyinə qoşulması ilə bağlı yekun qərarını gələn həftə verəcək


 

Ermənistan Avrasiya İqtisadi Birliyinə qoşulması ilə bağlı yekun qərarını gələn həftə verəcək<b style="color:red"></b> Ermənistan Konstitusiya Məhkəməsi noyabrın 14-də ölkənin Avrasiya İqtisadi Birliyinə (AİB) qoşulmasının konstitusiyaya uyğunluğunu müzakirə edəcək.

525.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə “RİA Novosti” məlumat yayıb.  Məlumata görə, bu barədə  Ermənistan Konstitusiya Məhkəməsinin rəsmi saytında dərc olunmuş məlumatda bildirilir.
 
Məlumata görə, Konstitusiya Məhkəməsinin iclası səhər saat 10.00-da başlayacaq. Konstitusiya Məhkəməsi Ermənistanın AİB-ə qoşulması haqqında müqaviləni dəstəkləyəcəyi halda, sənəd ratifikasiya olunması üçün parlamentə təqdim olunacaq. 
 
 
Qeyd edək ki, Rusiya, Belarus və Qazaxıstan bu ilin may ayında 2015-ci ilin yanvarın 1-dən Avrasiya İqtisadi Birliyinin yaradılması haqqında müqavilə imzalayıb və ratifikasiya ediblər. AİB-ə Ermənistanında daxil olması barədə müqavilə isə oktyabrın 10-da  Minskdə imzalanıb.
 





05.11.2014    çap et  çap et