525.Az

Multikulturalizm-mədəniyyət fəlsəfəsinin yeni inkişaf mərhələsi kimi


 

Multikulturalizm-mədəniyyət fəlsəfəsinin yeni inkişaf mərhələsi kimi<b style="color:red"></b>

(Əvvəli ötən sayımızda)

Multikulturalizm Şərq nəzəri-fəlsəfi bir məsələ olmadığına, cəmiyyət həyatının demək olar ki bütün sahələri ilə əlaqəli, eləcə inkişaf etməkdə, dəyişməkdə olan təcrübi prosessual bir məsələ olduğuna görə onun elmi şəkildə müəyyənləşdirilməsi, təsnifləşdirilməsi s. üçün yanaşmalar müxtəlifdir. Multikulturalizmin genetik təhlili bizi bir neçə əsr əvvəldən günümüzə qədər - Maarifçilik dövrünə klassik rasional, metafizik fəlsəfənin bir sistem kimi yekunlaşdığı, beləliklə, tarix mədəniyyət fəlsəfəsinin formalaşdığı, sistem çərçivəsindən çıxaraq çox müxtəlif yanaşmalarla müxtəlif inkişaf istiqamətlərinin geniş bir spektrinə yönəltsə , tam bir ictimai-siyasi hadisə kimi, bir elmi-fəlsəfi kateqoriya kimi yarandığı, zəruri olaraq tələb olunduğu dövrün düşüncə məktəbləri təfəkkür sistemləri anlayışları çərçivəsində öyrənilməlidir. Bu baxımdan multikulturalizmi son yarım əsrin mürəkkəb inkişaf proseslərinin, bu inkişafın cəmiyyətdə təfəkkürdə gətirib yaratdığı xaos böhran fəlsəfəsi kimi meydana çıxan, Qərbin dar, birtərəfli, mürtəceləşmiş şəkildə təəssübkeş, dərinləşməkdə misilsiz şəkildə inkişaf etməkdə olan həyat təfəkkür sərhədlərini özünə sığışdıra bilməyən, onları izah etməkdə son dərəcə zorlanan təfəkkür çərçivəsini qırıb dağıdan, az qala orta əsrlərin ortodoksal dini ehkamları kimi sabitləşmək, mütləq həqiqət rolunu oynamağa çalışan klassik rasional düşüncə tərzini anlayışlarını dekonstruksiyaya məruz qoyaraq onları ali həqiqət mərtəbəsindən salan, beləliklə düşüncədə Avropa mərkəzçiliyinə son öldürücü zərbəni vuran, zaman məkan etibarilə heç bir fərq qoyulmadan insanlığın yaratdığı bütün düşüncə tərz sistemlərinə, mədəniyyətlərə bərabər hüquq, bərabər status tanıyan postmodernizm fəlsəfəsinin nailiyyətlərindən biri kimi baxmaq olar. Bu baxışaçısından multikulturalizm mədəniyyət fəlsəfəsinin postmodernist diskursu kimi başa düşülə, nəzərdən keçirilə bilər. Klassik Avropa metafizikasının rasionallığına, loqomərkəzçiliyinə totallıq universallıq iddiasına, xətti, strukturlaşdırılmış düşüncə quruluşlarına qarşı mübarizənin ifadəsi kimi meydana çıxan bu diskurs mədəniyyət sahəsində Avropamərkəzçiliyin, rasizm müxtəlif formalı diskriminasiyaların tənqidinin ifadə meydanına çevrilir. Bu diskursun yaranmasını şərtləndirən, onu tarixin təfəkkürün axınının əsas macəralarından birinə çevrilməsində başlıca rol oynayan fikir istiqamətləri - K.Levi Strossun struktur antropologiyası, J.Derridanın dekonstruksiyası, J.Delez F.Qvattarinin rizoma ideyası, nomadologiyası, C. de Bovuar Y.Kristevanın gender tədqiqatları, M.Buber, E.Levinas, M.Baxtinin dialogizm ideyası, J.Lakanın struktur psixioanalizi, eləcə bütövlükdə postmodernist düşüncəyə xas olan binar düşüncənin tənqidi, metatəhkiyələrin binar quruluşların dekonstruksiyasıdır.

Müasir cəmiyyətlər birgə yaşamaq zərurətində olan müxtəlif milli, dini s. qrupların konqlomeratlarıdır. Mədəniyyət bu qruplar arasında həm ümumi olan, həm təkcə, xüsusi olanı üzə çıxarır. "Mədəniyyət insanları həm birləşdirir, həm onları ayırır". Vaxtilə T.Hobbsun ifadə etdiyi "hamının hamıya qarşı müharibəsi" fikri mədəniyyətlər identikliklər çoxluğu olan müasir qloballaşma dövründə milli dini digər zəminlərdə özünü bəzən bütün amansızlığı ilə göstərir. Eyni zamanda bir tərəfdən bunun da şahidi oluruq ki, A.A.de Bonuanın qeyd etdiyi kimi,"cəmiyyət öz mədəni potensialına görə qədər mürəkkəb olarsa, mədəniyyət o dərəcə böyük ölçüdə orada tərbiyə təhsil rolunu oynayır".

Multikulturalizm nəzəriyyəsi multimədəni mühitdə konfliktsiz birgə mövcudluğun əxlaqi şərtləri, mədəniyyətin ayırıcı deyil, birləşdirici, "tərbiyə təhsil rolu oynadığı" şərtlər üzərində təmərküzləşir. Eyni zamanda, yuxarıda qeyd etdiyimiz postmodernist ideyaların bütünlüklə multikulturalizm çətiri altında gerçəkləşdirilməsi təcrübəsi minillərin rasionalist, loqomərkəzçi, mühafizəkar düşüncə mentalitetini daşıyan, başda elə Avropa topluluqları olmaq üzrə, cəmiyyət tərəfindən asanlıqla həzm olunmur. Hər bir düşüncə axını kimi postmodernizmin müəyyən dəyərlər qoyaraq başa çatma ehtimalı, nisbi, keçici xarakteri, indinin özündə artıq modernə yeni qayıdış çağırışlarının daha yüksək səslə, daha elmi məntiqlə ifadəsi multikulturalizmin gerçəklik şərtlərini nəzərə almasını öz daxilindəki təmayüllərin mövcud cəmiyyətlərin durumuna, inkişaf perspektivlərinə daha müvafiq olanın önə çəkməsini səciyyələndirir. Multikulturalizmin əsasında duran mədəniyyətlərin müxtəlifliyi ilə yanaşı həm onların bərabər dəyərliliyini ifadə edən pluralizm prinsipi özünün bir çox təcrübi gerçəkləşmə nümunəsində çoxluq azlıq binar əksliyinə söykənən, çoxluq elementinin əsas struktur mərkəzi dominant element olduğu milli dövlətlərin quruculuq əsaslarını, postmodernist təbirlə deyilərsə, onların "metatəhkiyələri"ni dekonstruksiyaya məruz qoya bilir. Ona görə hazırda multikulturalizm nəzəriyyəsində mədəni birliklərin, qrupların bərabərdəyərlilik prinsipindən daha çox "başqa mədəni təcrübələrin dəyərlərini nəzərə almaq, onları öyrənmək dialoq aparmaq" təmayülü ön plana çıxır. Bu təmayül həm onu əsas götürür ki, dəyər anlayışı son dərəcə fərdi səciyyə daşıyır bu ya digər tarixi ənənənin mədəni təcrübənin daşıyıcılarına aidiyyəti ilə şərtlənmişdir, ona görə mədəni təcrübələrə əvvəlcədən bərabərdəyərli kimi baxmaq hansısa bir əsasa söykənir. Amma hər hansı bir mədəni təcrübənin öyrənilməsi, onunla dialoq aparılması onun həqiqətən dəyərə malik olmasını bu dəyərin səviyyəsini göstərə bilir. Məhz bu zaman həmin mədəniyyətin saxlanılması, onun müdafiə olunması zərurəti yaranır. Dialoq müxtəlif mədəni təcrübələrin qorunub saxlanılmasına, inkişaf etdirilməsinə yönəlik qurucu bir fəaliyyətdir. Dialoqsuzluq daim öz xüsusi mədəni dəyərlərini ən üstün, universal, hamı üçün mühüm dəyərlər, başqa dəyəri isə qəbulolunmaz hesab etməklə konfliktə gətirib çıxarır. Birgə mövcudluq zərurəti dialoqu da zəruri edir. Fərdlər mədəniyyətlərarası dialoqun qurulması prosesində başlıca prinsip "Başqası" necə özünün xüsusi təcrübəsinin subyekti kimi başa düşə bilməkdir.

Dialoq bir fəlsəfi konsepsiya kimi müxtəlif fəlsəfi cərəyanlarda bariz şəkildə təşkil olunmuşdur. Bu anlayışın fəlsəfi səciyyəsi M.M.Baxtin tərəfindən belə ifadə edilir: "...dialoq münasibətləri-kompozisiya şəklində ifadə olunmuş dialoq replikaları arasındakı münasibətlərdən daha geniş bir hadisədir, bu, demək olar ki, bütün insan nitqinin insan həyatının bütün münasibət təzahürlərinə nüfuz edən universal bir hadisədir, ümumiyyətlə, məna əhəmiyyəti olan hər bir şeydir. Şüurun başladığı yerdə... dialoq başlayır".

Multikulturalizm fenomeninin təhlilində mövzu qoyuluşu müxtəlifliyi ilə əlaqədar olaraq vahid nəzəriyyəyə istinad etmək mümkün deyil. Multikulturalizm adətən sol radikal ideologiyaları ideyalarının, həyat fəlsəfəsi, hermenevtika, fenomenologiya s. kimi bəzi ənənəvi ideyaların poststrukturalizm, neofreydizm kimi postklassik ənənəvi fəlsəfi istiqamətlərin, müasir Qərb siyasi fəlsəfəsinin, postsosiologiyanın eklektik sintezi kimi nəzərdən keçirilir. Bu ona gətirib çıxarır ki, multikulturalizm özlüyündə tamamlanmış bir konstruksiyadan daha çox yeni yaranan ideya konsepsiyaların daim əlavə olunaraq prosessual bir təşkilat kimi özünü göstərir. Bir tərəfdən tədqiqat predmetinin qeyri-müəyyənliyi, bu fenomenin hələ təşkil prosesində olması, digər tərəfdən postklassik fəlsəfəsinin anlayışlarının hələ refleksləşməməsi, yeni postmodernist fəlsəfi anlayışların fəlsəfi diskursa nifuz edərək onun forma məzmununu dəyişdirməsi multikulturalizmin bir prosessual situasiyalılığını şərtləndirir. Klassik fəlsəfə ənənənin subyekt monoluqu üzərində qurulmuş diskursundan fərqli olaraq multikulturalizm dialoq ideyasını başlıca istiqamətə çevirir. Dialoq ideyası - Başqasını öz xüsusi təcrübəsinin subyekti kimi başa düşmək problemi keçən əsrin fəlsəfi fikrində müxtəlif istiqamətlərdə həll edilməyə çalışılmışdır. Bu təcrübənin mövcudluğu təbiətinin fəlsəfi inandırıcılıq meyarı ilə uzlaşdırılması probleminin E. Qusserl, R. Karnap, M. Haydegger, E.Levinasın əsərlərində müxtəlif yönlərdə təhlil edilmişdir. E.Qusserl fenomenoloji baxış çərçivəsində Başqasının duyğu hissləri anlayışı ilə fəlsəfi inandırıcılıq meyarı ilə birləşdirə bilməmişdir. R.Karnap bu problemin tədqiqi üçün biheviorizm metodologiyasına müraciət etmişdir. Lakin bu metodologiya fəlsəfi tədqiqatlar üçün olduğu kimi bu problemin həllində yetərsiz qalmışdır. M. Haydegger hər bir şəxsi varlığın özünə Başqasını başa düşmək kimi fitri bacarıqlı varlığı daxil etməsi fikri ilə məsələni irəliyə götürməyə çalışmışdlr. E.Levinas şəxsiyyətin transendent fəallığının həddini müəyyənləşdirmək istəmişdir. Dialoq nəzəriyyəsi problemini Levinas Başqasının avtoritetinin qəbulu onun üçün məsuliyyət hissinin yaranması kimi Mən vəziyyəti prizmasından tədqiq edir. Məhz bu düşüncə multikulturalizm ontoloji əsaslanmasını təşkil edir. Dialoq fəlsəfəsinin müasir düşüncəyə tətbiqi düşüncədə fundamentalizmdən imtinanın səbəblərindən biridir. Fundamentallıqdan imtina intellektual fəallığı artırır, fəlsəfə "sosial tənqid" rolunda çıxış edir. XX əsrin sonlarını əhatə edən müxtəlif multikulturalist nəzəriyyələr bir-birindən radikallığı mötədilliyi ilə fərqlənir. Radikal baxış multimədəniyyəti daimi, keçilməz bir dəyər hesab edərək tolerantlıq mədəni identiklik ideyalarına əsaslanır. M.Maruyamanın E.Sankovskinin çalışmalarında bu istiqamət dominant səciyyə daşıyır. E. Cems digərlərinin aparıcı olduğu mötədil multikulturalizm hər bir mədəniyyətdə özünəməxsus təzahür formasını tapan müsbət mənfi tolerantlığın sərhədləndirilməsi nəzəriyyəsini inkişaf etdirir. Özünün postmodernist səciyyəsi ilə multikulturalizm modernizmin monomədəniyyətinə qarşılıq olaraq açıqlılıq dialoqluluq, metatəhkiyələrin olmaması yeni tipli mədəniyyətin mövcudluq şərtidir. Subyekt haqqında yeni təsəvvürlər yaradılmadan multikulturalizmə keçid mümkün deyil. Tarixin fəal hərəkətverici qüvvəsi olan insanın daxili azadlığı ən müxtəlif istiqamətlərdə mədəniyyətin təkamülünü mümkün edən başlıca səbəbdir. Multikulturalizmdə subyekt problemi müxtəlif düşüncə istiqamətlərində yenidən şərh olunmaqla, müasir epistomologiya özünü postsubyekt-subyekt sonrası düşüncə tipi kimi təqdim edir. Son dərəcə gözlənilməzliklə müşaiyət olunan dəyişikliklərə məruz qalan subyekt anlayışı biloloji, psixoloji, ruhi struktur kimi önə çıxır. Gerçəkliyin subyekt-obyekt kimi dualist şərhindən imtina multikulturalizmi ənənəvi modernist miflərin əvəzinə yeni mifologiyanın yaranmasına gətirib çıxarır. Yeni Avropa mədəniyyətinin danışan subyekti dağıdılır, yeni subyekt tip cinsi irqi əlamətlərinə görə dəqiqləşdirilir. Postmodernizmin iddialı termini "subyektin ölümü" müasir fəlsəfənin sərhədlərində subyekt-obyekt ikilisinin əvəzlənmə ənənəsinin qaldırılması üçün tətbiq edilir. Çağdaş düşüncənin "subyektin ölümü" əqli nəticəsi subyektin xalis rasionallığını daşıyıcısı kimi klassik fəlsəfənin inkişafı ilə bağlıdır. Subyektin monolit vahidliyi hələ postmodernizmdən öncə, psixioanalizin Mən O qarşıdurmasının hərəkililiyi ilə, postmarksizmdə cəmiyyətin mücərrədliyi, fenomenologiyada intensionallıq anlayışı, poststrukturalizmdə şəxssiz mətnlə dağıdılır. Lakin qeyri-klassik fəlsəfədə subyekt-obyekt ikilisini tamamilə aradan qaldırmır. Struktur psixoanaliz, dekonstruktivizm, multikulturalizm kimi bir sıra yeni, postmədəniyyət dövrü fəlsəfələri adlandırılan istiqamətlərin düşüncə sərhədlərinin daxilində subyekt-obyekt dixotomiyası əriməyə başlayır.

 Struktur pisixoanaliz kontekstində J.Lakan şüursuzluğun dil formasını Başqasının nitqi kimi üzə çıxarmışdır. Burada Mən şüursuzluğun impulslarından çox, onun ümumi simvolik düzənə determinə edilir. Şüursuz arzuların mədəni normativlərə tabe olması kimi pisixoanalitik tezis J.Lakan tərəfindən arzuların dilin maddi formaları tərəfindən verilməsi haqqında tezisdə yenidən formulə edilmişdir. Subyekt gerçəklik, təsəvvür olunan məcazi olan arasında bağlayıcı halqa kimi çıxış edir. Fikrin mövcudluqdan özgələşməsi nəticəsində qeyri-mərkəzləşmiş kimi səciyyələnir. Şüursuzluq dil kimi, realliq isə mətn kimi durur. "...Mətnlər pluralist cəmiyyətdə yaranan, baş verən sosial tarixi transformasiyaları əks etdirən səslərin multiplisitliyini təcəssüm etdirir.

Klassik fəlsəfənin rasional subyekti mədəni mənaların təcəssüm aləti kimi çıxış edən subyektlə əvəzlənir. Multikulturalizmdə bu subyekt mədəni mənaların mövcud pluralizmini təcəssüm etdirən multi-subyekt kimi çıxış edir.

Mədəniyyətdə pluralizmin multimədəni ideyasını oxucuya, mətnə, şərhə maraq yaradan poststrukturalizmin "açıq əsər" anlayışı qabaqlayır. Bədii formaların strukturlaşdığı üsul müasir mədəniyyətin reallığı qəbul etdirən üsulu əks etdirdiyi üşün açıq əsər modeli əvvəllər mövcud olmayan kodu təsdiq edərək paradiqmaların bir-birini əvəz etməsini əks etdirməlidir. Şərt qaydanın qoyuluşu informasiyanın alınmasını məhdudlaşdırdığından qaydasızlıq faydalı olur, xaos konstruktiv rol oynayır. Açıq əsər birtərəfli kodsuzlaşmanı istisna edir, şərhlər çoxluğuna yol açır. Sonsuz şərhlər ideyası mədəniyyətin mövcudluğunun əsası kimi qeyri-məhdud semiozis ideyasına transformasiya edilir. Bu ideya multikulturalizim mədəniyyət fəlsəfəsinə mədəniyyətin çoxluğu açıqlığı ideyasının yaranması formasında təsir göstərmişdir. Klassik rasionalizm mədəni məkanda mövcud olan tarixən verilmiş mənaları inkişaf etdirmişdir. Modernizmin metatəhkiyələri yeganə düzgün yeganə məqbul statusa iddia edən müəyyən tip diskursu təsdiq edir. J.F.Liotarın səciyyələndirdiyi kimi, postmodernizm böyük təhkiyələrin qürub dövrü kimi mədəniyyətə bütün dil rasionallıq növlərinin legitimləşməsini təklif edir. Belə bir şəraitdə mətnin klassik şərhi mümkün deyil, şərh yalnız mətni müəyyən semiotik düyünlərin ətrafında mərkəzləşdirə bilər. Dekonstruksiya mətnin əvvəlcədən məqsədliyini pozmağı nəzərdə tutur. Rekonstruksiya daha irəli gedir mətnin yeni strukturunu işləyir. Subyekt obyekt mətnin içində əriyir. Postmodernist mədəniyyətdə, R.Bartın ifadə etdiyi kimi, "müəllif heç mətnin ona münasibətdə predikat ola bildiyi subyekt deyildir". Postmodernizmin nəzəriyyəçiləri subyekt obyekt kimi mücərrəd anlayışları dağıdırlar, multikulturalizmin nəzəriyyəçiləri isə bu anlayışları mədəniyyətin intermətnliyinin çoxölçülü məkanında yenidən bərpa etməyə çalışırlar.

Multikulturalizmin formalaşmaqda olan çoxgörüşlüyü Avropa mədəniyyətində yüksək dəyər sayılan vahid zəka obrazını dağıtmaqda davam edir. Gerçək zəka yekcins deyil, müxtəlif variantlıdır, bəzən şüuraltı impulslar instinktlərlə idarə edilir. Rasionallığın multikulturalizm tərəfindən yenidən bərpası çoxmənalılığın variantlılığın təsdiqinə yönəlmişdir bir istiqamətdə klassik rasionallığın multimədəni alternativləri formalaşır, digər istiqamətdə isə yeni metodologiyanın-metodoloji fərdiyyətçiliyin yaranması prosesi gedir. Multikulturalizmdə vahid universal zəkanın mövcudluğunu inkar edən baxış təsdiq edilir. Rasionallığın müxtəlif tiplərinin pluralizmi ümumiyyətlə rasionalizmin mövcudluğunu şübhə altında qoyur, anlayışın özü isə "qeyri-müəyyən predmet-məna sahəli bulanıq ideallaşmaya çevrilir". Klassik rasionallığın iflasından sonra yeni rasionallıq axtarışları bir çox baxımdan köhnə sxemin üzərində yenidən düşünməsi ilə müəyyənləşdirilir. Rasionallıqdan imtina edilmir, onu genişləndirir tamamlayırlar.

Rasionallığın genişləndirilməsi yollarından biri reduksionizmin dəf edilməsidir. Reduksionizm sadə obyektləri universum haqqında bütöv bir supersistem kimi təsəvvürlərə söykənən antireduksionist şərhlərin çoxluğunun təhlili ilə əvəzləməni nəzərdə tutur. Kainatın qoloqrafik mənzərəsinin yaranması məna anlayışının yeni mərhələlərə çıxışı bunun nəticəsidir.

Yeni rasionallığın idraki situasiyasının ziddiyyətliliyi irrasionallaşmaya doğru güclənən təmayülü dərinləşdirir. Rasionallığın irrasionallıqdan fərqi fərqləndirilməsi meyarları getdikcə daha kövrək, daha əsassız olur, rasionallığa qədər-rasional, mistik rasional "hibrid-obyektlər"i meydana çıxır. Konnor rasionallıq-irrasionallığın fərqlənməsinə dair müzakirəni bu qarşıdurmaya qeyri-rasional fon adlı yeni bir anlayış əlavə edərək daha da genişləndirir. Rasionallıq irrasionallıq meyarları yalnız qeyri-rasional fonla qarşıdurmada funksiya göstərə bilər. Bu yeni anlayışın rasionallığın şərhində mütləqləşdirmədən nisbiləşdirmədən qaçmağa imkan verir.

Rasionallıq bir anlayış kimi öz şərhindən müxtəlif variantlara bölünür yeni qarşıqoymalarda; rasional tarixi, zəka-zəkalar çoxluğu kimi qarşıdurmalardan tutmuş həqiqətin metafizik iştirakını nəzərdə tutan rasionallıqla təcrübi xarakterli rasional məhsul - əsərlər arasındakı qarşıdurmalara qədər bir aralıqda müəyyənləşdirilməyə çalışılır.

Çağdaş fəlsəfi müzakirələrdə çoxölçülü dünya ontologiyasının qurulması prosesindəki rasionallığı mədəni pluralizmin multimədəni görünüşünün təsdiqinə olan təmayülü qeyd etmək olar. Multimədəni rasionallığın tipologiyalaşdırılması prosesində yaranan dilemma suveren tipli zəkaların mövcudluğu ya müxtəlif tipli rasionallıqların ziddiyyətli vəhdət kimi qiymətləndirilməsinin tanınmasıdır. Hər iki yanaşma rasionallığın müxtəlif şərhlərinə münasibətdə tolerantlığa əsaslanan rasionallığın antireduksionist şərhinin pluralizmini təsdiq edir. Rasionallığın dar genişləndirilmiş nəzəriyyələri təsdiq edilir. Rasionallığın dar şərhi rasional başlanğıc elmi rasionallığın müxtəlif kəsimləri kimi başa düşülməsi üzərində qurulur. Elmi rasionallıq kəsimləri dedikdə tənqidilik, aydınlaşdırma, izah etmə vasitələri, paradiqmal standartlar s. başa düşülür. Genişləndirilmiş nəzəriyyə isə rasionallığı iki cür şərh edir: ya sosial - mədəni fenomen kimi, ya da mədəniyyətdə daim artan informasiya axını üzərində nəzarət sistemi qismində. Rasionallığın digər bir genişləndirilməsi isə klassik fəlsəfi rasionallığa münasibətdə tənqidi ustanovkalardan çıxır onu digər tip rasionallıqlarla - mif, incəsənət, tamamlamaq cəhdi ilə müşayiət edilir.

 





05.11.2014    çap et  çap et