525.Az

Antalya böyük turizm sərgisinə hazırlaşır


 

“ANFAŞ” ŞİRKƏTİNİN PREZİDENTİ MUSTAFA ÇALIK: “SƏRGİYƏ QATILMAQ İSTƏYƏNLƏRİN SAYI ÖTƏNİLKİNƏ NİSBƏTƏN 27 FAİZ ÇOXDUR, BU İSƏ REKORDDUR”

Antalya böyük turizm sərgisinə hazırlaşır<b style="color:red"></b>

Gələn il yanvarın 21-24-də Türkiyənin Antalya şəhərində “Anfaş” sərgi şirkəti 26-cı Beynəlxalq Qonaq Qəbulu və Yerləşdirmə Qruplarının İxtisaslaşmış Sərgisi keçirəcək.

Şirkətdən 525.az-a verilən xəbərə görə, Azərbaycanın da qatılacağı budəfəki sərgiyə maraq ötən ilkindən çoxdur. Bu da sözügedən sərginin tarixində rekord göstəricidir.

“Anfaş” şirkətinin prezidenti Mustafa Çalık bildirib ki, budəfəki sərgidə də otel təchizatı məsələsinə xüsusi önəm veriləcək:

“Sərginin başlamasına üç ay qalsa da, tədbirimizə maraq böyükdür. Təsədüfi deyil ki, sərgiyə qatılmaq istəyənlərin sayı ötənilkinə nisbətən 27 faiz çoxdur”.

Mustafa Çalıkın sözlərinə görə,  otellərdə qonaq qəbulu sahəsindəki xidmətlər Türkiyədə turizmin inkişafına birbaşa təsir göstərən amillərdəndir:

“Anfaş”ın keçirəcəyi 26-cı sərgiyə indidən 3500-dən çox marka qatılacağını elan edib. Bu isə qeyd etdiyim kimi, rekorddur. 2015-ci il sərgisində iştirak edəcək hər bir peşəkar otel, turizm şirkəti ehtiyac duyduğu məhsulu və xidməti müzakirə və müqayisə etmək şansı qazanacaq. Sərgimizdəki bu zənginlik hər birimiz
üçün xoş olacaq”.

M.Çalık son iki ildə iştirakçılar və  ziyarətçilər üçün VİP səviyyəli görüşlər təşkil olunduğunu, bunun isə sərginin nüfuzunun daha da artmasına kömək etdiyini söyləyib.

2014-cü il sərgisində VİP görüşlərdə iştirak edən BİRSAB firmasının baş direktoru Özgür Yalçın deyib:
 
“Bu sərgi sayəsində əlaqələrimiz, uğurlarımız daha da artıb ki, buna görə də “Anfaş” şirkətinin rəhbərliyinə təşəkkür edirik. VIP görüşlər sayəsində əlaqələr qurduğumuz “Microfinans” firması ilə Gürcüstanda yeni açılacaq otelin bütün işlərini biz həyata keçirdik. Gürcüstana 2 tırdan çox ləvazimat göndərdik. “Anfaş” Beynəlxalq Qonaq Qəbulu və Yerləşdirmə Qruplarının İxtisaslaşmış Sərgisi bizi yeni otellər və bazarlarla yaxınlaşdırdı”.

“Anemon” otelleri fəxri prezidenti İsmail Akçura sərgi ilə bağlı bunları bildirib:

“Otellərimizə lazım olan avadanlıqlarla əlaqədar hər il ziyarət etdiyimiz “Anfaş” sərgisindən müsbət mənada yararlanırıq. Ehtiyac duyduğumuz hər markanı bu sərgidə tapa bilirik”.

Qeyd edək ki, sərgi çərçivəsində nüfuzlu otellərin, turizm şirkəti nümayəndərinin ikitərəfli görüşləri nəzərdə tutulub.

250 milyon dollar sərmayə ilə 5 ildə 5 ilduzlu 5 otel tikəcək “Dosso Dossi Hotels”in idarə heyətinin sədri Hikmət Eraslan də deyib ki, Antalyada düzənlənəcək sərgidə ikitərəfli iş görüşmələri olacaq.

 





05.11.2014    çap et  çap et