525.Az

"Avropa Birliyində daha geniş iqtisadi perspektivlər görsək, üzvlükdə qala bilərik"


 

"Avropa Birliyində daha geniş iqtisadi perspektivlər görsək, üzvlükdə qala bilərik"<b style="color:red"></b>

Böyük Britaniya Avropa Birliyində daha geniş iqtisadi perpsektivlər görəcəyi halda, bu ittiffaqdakı üzvlüyünü davam etdirmək niyyətindədir.

Bunu APA-nın sualına cavabında Böyük Britaniyanın Avropa məsələləri üzrə naziri Devid Lidinqton deyib. O bildirib ki, Böyük Britaniyanın Avropa Birliyindən çıxacağı barədə indidən fikir bildirmək tezdir:
 
"Biz Avropa Birliyinə böyük əhəmiyyət veririk. Böyük Britaniya vətəndaşları üçün baş nazir Devid Kemeronun Brüsseldən hansı islahatlar paketi ilə qayıdacağı maraqlıdır. Ümid edirəm ki, bu istiqamətdə müsbət nəticə əldə edə biləcəyik".

 





05.11.2014    çap et  çap et