525.Az

Arif Rəhimzadə MDB Məşvərət Şurasının iclasında iştirak edəcək


 

Arif Rəhimzadə MDB Məşvərət Şurasının iclasında iştirak edəcək<b style="color:red"></b> Azərbaycan Milli Məclisinin Regional məsələlər komitəsinin sədri Arif  Rəhimzadə MDB-yə üzv ölkələrin Əmək, miqrasiya və sosial müdafiəsi üzrə Məşvərət Şurasının  XXVII iclasında iştirak etmək üçün noyabrın 6-dan 8-dək Qazaxıstanda səfərdə olacaq.
 
Milli Məclisdən APA – ya verilən məlumata görə, Astana  şəhərində keçiriləcək toplantıda MDB-yə üzv ölkələrdə əlillərin sosial müdafiəsi sahəsində qanunvericiliyin təkmilləşdirilməsi, ünvanlı sosial yardımların verilməsi sahəsində şəffaflığın qorunması, habelə qaçqınlarla bağlı problemlərin həlli məsələləri  müzakirə  ediləcək.
 
Tədbirdə A. Rəhimzadənin “MDB-yə üzv olan ölkələrdə sosial qanunvericilik bazasının gücləndirilməsi” mövzusunda çıxışı  nəzərdə  tutulur.
 





05.11.2014    çap et  çap et