525.Az

Sabah hava şəraiti sabitləşəcək


 

Sabah hava şəraiti sabitləşəcək

Sentyabrın 12-də Azərbaycan ərazisində hava şəraitinin nisbətən sabitləşəcəyi, yağışın səhər qərb rayonlarında, gündüz isə şərq rayonlarında kəsiləcəyi gözlənilir.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti məlumat verib.

Bakıda və Abşeron yarımadasında sentyabrın 12-də hava şəraitinin gün ərzində əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 16-19, gündüz 23-26 dərəcə isti olacaq.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu 20-22 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında sentyabrın 12-də gecə və səhər bəzi yerlərdə yağış yağacağı, gündüz kəsiləcəyi gözlənilir. Qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 14-19, gündüz 23-28, dağlarda gecə 5-10, gündüz 11-16 dərəcə isti olacaq.

 





11.09.2012    çap et  çap et