525.Az

Yanğın baş verən məktəbdə dərslər sabahdan bərpa olunacaq


 

Yanğın baş verən məktəbdə dərslər sabahdan bərpa olunacaq<b style="color:red"></b>

Bakı Şəhəri üzrə Təhsil İdarəsi  51 nömrəli məktəblə bağlı məlumat yayıb.

İdarədən APA-ya verilən məlumatda bildirilir ki, səhər saatlarında 51 nömrəli orta məktəbdə qısaqapanma səbəbi ilə yanğın baş verib.
 
Bu zaman məktəbdə olan şagirdlər və müəllim kollektivi təxliyə edilib. Yanğın zamanı xəsarət alan olmayıb. Məktəbdə tədris sabahdan etibarən bərpa olunacaq.
 
51 saylı məktəbin direktoru Lətafət Səmədova da APA-ya bildirib ki, şagirdlər yanğına görə evə buraxılıblar, bu gün məktəbdə dərs olmayacaq.

 





06.11.2014    çap et  çap et