525.Az

Zahid Orucdan yeni rektora kəskin qınaq


 

Zahid Orucdan yeni rektora kəskin qınaq<b style="color:red"></b>

Dünən parlamantdə komitələrin hökumətlə birgə büdcə müzakirələrində millət vəkili Zahid Oruc maliyyə naziri Samir Şərifova hər iki valideynini itirmiş bir tələbə ilə bağlı müraciət edib. Deputat bildirib ki, təhsil haqlarını ödəməkdən azad olunan şəxslər magistratura təhsilinin 1-ci ilini bitirdikdən sonra 23 yaşına çatdığından məlum güzəştdən məhrum olunurlar. "Bu isə dövlətin başlatdığı siyasətin uğurla sonuclanmasına mane olur sözügedən tələbələrə ağır problem yaradır"-deyə, millət vəkili vurğulayıb.

Məsələ ilə bağlı Z.Orucun ətraflı məlumat verməsini xahiş etdikdə, o həqiqətən müxtəlif elmi müsabiqələrdə qalib gəlmiş bir tələbə barəsində İqtisad Universitetinin rəhbərliyinə müraciət etsə , onun təhsil ödənişinin yalnız dörddə birinə güzəşt olunacağı cavabını alıb buna görə məsələni Milli Məclisin tribunasına gətirməyi məqsədəuyğun hesab edib: "Azərbaycan dövləti hər iki valideynini itirmiş şəxslərin təhsil almaq hüququnun gerçəkləşdirilməsi üçün müvafiq qanun qəbul edib.Söhbət 23 yaşınadək tələbələrin ödənişlərindən azad edilməsindən gedir.Etiraf etmək lazımdır ki,cəmiyyətin müxtəlif təbəqələrinin-xüsusilə məcburi köçkünlərin himayədən məhrum olunmuş insanların  davamlı təhsil problemini həll etmək əslində Qarabağ müharibəsinin vurduğu böyük humanitar fəlakətin aradan qaldırılması siyasətinin tərkib hissəsidir.

Ölkə başçısı bu il ali məktəblərə qəbul olunan şəxslərin prezident təqaüdləri ilə təmin olunması haqqında xüsusi sərəncam imzalayarkən  hər iki valideynini itirmiş 7 tələbəni siyahiya daxil etməsi ilə  təhsildə humanizmə,istedadlı gənclərə yardıma  kimsəsizi müdafiə etməsinə bariz nümunə sayılacaq ən yüksək addımdır. Ölkəmizin ali təhsil sistemində mühüm yeri olan İqtisad Universitetinin yeni rektoru isə hesab edir ki,himayədən məhrum olunmuş uşaqların gələcək ixtisaslı kadrlara çevrilməsi istisnasız olaraq onların təhsil haqlarını ödəməsindən keçir.

Dünyada məhşur universitetlərin istedadlı tələbələrə  yüksək güzəştləri,hətta bütün təhsil xərclərindən tələbəni azad etməsi praktikasını elmi ictimaiyyət yaxşı bilir bizim rektorların  da bunu öyrənməsində bir fayda var. Günlər öncə müraciət etdiyim bir tələbənin timsalında şahidi oldum ki,istər qanunvericilik,istərsə praktiki səviyyədə biz təhsil sistemində hələ çox görməliyik.İqtisad Universitetinin yeni rəhbərliyi ola bilsin müəllim-tələbə münasibətlərində mövcud olan neqativ halları aradan qaldırmaq üçün hansısa addımlar atır,lakin doğrudanmı bunlar təhsilinin fundamental prinsiplərinə xidmət edir? Yəqin əvvəlki rekrorların Ulu öndərlə Prezident İlham Əliyevlə görüşlərini özündə əks etdirən fotostendləri divardan açıb götürmək idarəçilikdə normal varislik ənənələrinin yaranmasına yol verməmək eyni dərəcədə "təhsil islahatı" kimi təqdim olunur. Halbuki kimsəsiz gəlir mənbəyini itirmiş əlaçı tələbələrə təhsillərini davam etdirmək üçün yollar aramaq hər bir elmi müəssisənin başlıca vəzifəsidir. Mən büdcə müzakirələri  zamanı qaldırdığım məsələnin müsbət həlli üçün Təhsil Nazirliyinə,Elmin İnkişafı Bilik Fonduna müraciət etmişəm. Ümidvaram ki,təmsil etdiyim bölgədən olan bir tələbənin magistratura təhsilini uğurla başa vurması üçün müvafiq dövlət orqanlarından arzuladığımız dəstəyi ala biləcəyik".

Kamil HƏMZƏOĞLU

 





06.11.2014    çap et  çap et